Listinizə Sadəcə Edəcəklərinizi Yazmayın!

goog

Başqa nəyi yazaq ki, deyə soruşursuz yəqin.

Çox önəmli bir şeyi daha yazın, yəni heç nə etməməyi. Misal üçün günün hansısa bir hissəsini təyin edin və o vaxtda heç nə etməməyi yaızn.

Burda heç nə etməməkdən nəzərdə tutulan əslində ən çətin olanı etməkdir.

Bu yazını oxyursunuz deyə mən, sizin haqqınızda bir şeydən əmin oluram –

davamlı oxuyur + öyrənir  + özünüzü inkişaf üçün çalışırsınız.

ƏHSƏN!

Digər hərkəsdən nəisə öyrənmək əlbətdə ki, önəmlidir amma bəs özünüzdən də, öyrənirsinizmi?

Deməyin ki, mənim nə təcrübəm, nə qədər bilgim var ki, mən özümdən nəisə öyrənim.

CEO deyiləm, professor deyiləm, sahəmin eksperti deyiləm.

Dostlar sizə qısaca bir cavab verəcəyəm – qəbin səsinin, intuisyanın, xəyal gücünün bəzən bu yuxarıdakı səbəblərlə əlaqəsi olmur. Yəni sərhədlənmir onlarla və sizə heç kimin və heç nəyin verə bilməyəcəyi qədər önəmli bir məsləhət verir, edə biləcəyiniz ən stratejik seçimin nə olduğunu pıçıldayır.

Bunun üçün də, əsla küçümsəməyin intuisyanızı, xəyal gücünüzü və qəlbinizə yönələcək ilhamların gücünü.

Şübhəniz varsa biraz təkrar edin zehninizdə ən nəhəng uğurlu olanların həyat hekayələrini.

Ya da, açın bir neçə səhfə oxuyun.

Özünüzə hərşeyinizlə dəyər verin.

Bu ən alı borcunuzdur.

Və unutmayın, İCRAAT yoxdursa, nəticə də yoxdur və olmayacaq da!