“Başqa nəyi yazaq ki” deyə soruşursuz yəqin.
Çox önəmli bir şeyi daha yazın, yəni heç nə etməməyi. Misal üçün, günün hansısa bir hissəsini təyin edin və o vaxtda heç nə etməməyi yazın.
Burada “heç nə etməmək” deyərkən nəzərdə tutulan əslində ən çətin olanı etməkdir.
Bu yazını oxyursunuz deyə mən sizin haqqınızda bir şeydən əmin oluram –
davamlı oxuyur + öyrənir + özünüzü inkişaf üçün çalışırsınız.
ƏHSƏN!
Digər hərkəsdən bir şey öyrənmək əlbəttə ki, önəmlidir, amma bəs özünüzdən də öyrənirsinizmi?
Deməyin ki, mənim nə təcrübəm, nə qədər biliyim var ki, mən özümdən nəisə öyrənim?
“CEO deyiləm, professor deyiləm, sahəmin eksperti deyiləm.”
Dostlar, sizə qısa bir cavab verəcəyəm – qəbin səsinin, intuisyanın, xəyal gücünün bəzən bu yuxarıdakı səbəblərlə əlaqəsi olmur. Yəni sərhədlənmir onlarla və sizə heç kimin və heç nəyin verə bilməyəcəyi qədər önəmli bir məsləhət verir, edə biləcəyiniz ən stratejik seçimin nə olduğunu pıçıldayır.
Bunun üçün də əsla intuisyanızı xor görməyin, xəyal gücünüzü və qəlbinizə yönələcək ilhamların gücünü əsla və əsla əhəmiyyətsiz görməyin.
Şübhəniz varsa, zehninizdə çox nəhəng uğurları olanların həyat hekayələrini bir az təkrar edin.
Ya da, açın bir neçə səhifə oxuyun.
Özünüzə hər şeyinizlə dəyər verin.
Bu, ən ali borcunuzdur.
Unutmayın, İCRAAT yoxdursa, nəticə də yoxdur və olmayacaq da!
Bənzər Yazılar:
- S. R. Covey: Təsir və Qayğı Dairəsi
- Özgüvəni (DƏRHAL) Gücləndirmənin 3 Əsas Metodu
- Maria Şarapovanın uşaqlıqdan gələn çempionluq sirri
- Daniel Qolemandan öyrəndiyim: güclü liderlərin 3 sirri
- Brian Tracy-dən öyrəndiyim SuperGüclü 3 Metod I
- Kobi Brayant və Ən Yaxşı Olmağın Sirrləri II
- Ümid + Qətiyyət + Mübarizə = Qalibiyyət!