Bu yazıda çox önəmli üç müqavilədən danışacağam.

Bu müqavilələri kiminləsə deyil, özümüzlə bağlamalıyıq. Özümüzlə qarşı – qarşıya oturub razılığa gəlməliyik.

Bunu niyə etməliyik?

Lazımsız bir çox məşğuliyyətin enerjimizi, diqqətimiz, vaxtımızı işğal etməsinə izin verməyib, ən önəmli işlərə fokuslaşmaq və bunlar üzərində uzun müddətli icraata davam edə bilmək üçün.

Odur ki, qısaca açıqlayıram.

Davamlı suallar alıram və bu sualların çox böyük əksəriyyəti bu şikayətləri əhatə edir.

Motivasyam tez ölür nə edim? Özümə inamımı itirmişəm nə etməliyəm? Ümidim yoxdur heç, necə yenidən başlaya bilərəm əvvəlki pozitivliklə? Çox çətindir qorxuram alınmayacağından nə məsləhət görərsiniz? Və bənzər suallar.

Əgər sizdə də, bu suallar yaranır və bu axtarış içərisində olursunuzsa o zaman bu üç müqavilə sizi bunlardan xilas edəcək. Ancaq bir şərtlə bunu doğurdanda etsəniz. Yəni bunların nələr olduqlarını öyrənməklə, anlamaqla kifayətlənməyib ən əsas addımı atsanız. İCRAATA keçirtsəniz.

Aşağıda üç acımasız reallıq sıralanıbdır. Bu reallıqları inkar etmək, dolayı yolla hədəfə getməyən bir yola yönəlib o yolda addımlamağa davam etməkdir. Bunun isə necə nəticə verəcəyini əminəm ki anlayırsınız. Bu təhlükədən omin olmaq üçün bu reallıqların qalibiyyət üçün tələb etdiyi müqavilələrin nəlrə olduğunu və bu müqavilələıri kiminlə və necə bağlayacağımızı aşağıda paylaşdım sizlər üçün.

I REALLIQ: Hədəfinizə çatmağınız düşündüyünüzdən, təxmin etdiyinizdən, hesabladığınızdan daha uzun bir müddətdə baş tutacaq. Yəni daha çox vaxt sərf etməli olacaqsınız. Daha uzun müddət işləməli, mübarizə aparmalı, oxumalı, yazmalı məşqlər etməli olacaqsınız.

M1. Bu mənim xoşuma gəlsədə – gəlməsədə çox normaldır. Bunu çətin olsada qəbul edirəm. Səbrim tükəndiyində, artıq bitsin dediyimdə bu müqaviləni xatırlayacağam daima. Mütləq biraz kənara çəkiləcəyəm, istirahət edəcəyəm amma əsla vazkeçməyəcəyəm. Və bu uzun, kəşflərlə dolu səyahətin sonlandığı nöqtəyə qədər gedəcəyəm mütləq. Yorulduğumda, bezdiyimdə deyil, NƏTİCƏLƏNDİRDİYİMDƏ dayanacağam.

II REALLIQ: Bu gedəcəyiniz, izləyəcəyiniz proses gözlədiyinizdən çox daha çətin, məşəqqətli, ağır olacaq.

M2: “Dəyərli heç bir şey asanlıqla əldə edilmir.” universal qaydasını, qanununu, prinsipini daima xatırladacağam özümə. Alacağım ağır zərbələr məni nakaut etdiyində belə qalxıb davam edəcəyəm. Ümidim itə bilər, özgüvənim sıfırlana bilər amma bir şey əsla olmayacaq – VAZKEÇMƏK. Kiçik, çox kiçik addımlarla belə olsa, addımlamağa davam edəcəyəm. Məşəqqətlər sadəcə xəyallarımın EVERESTİNƏ zəfər bayrağımı sancmaq üçün deyil, həm də, mənim zincirlərimi bir-bir qoparıb ən ideal özümü, ən yaxşı versiyamı kəşf etmək, buna çatmaq üçün olmazsa-olmaz acımasız görsənən, amma ən dəyərli hədiyyələrdəndirlər mənim üçün.

Problemlər, krizislər, çox çətin günlər, nəticə verməyyən uzun günlər çox təbiidir və mən bu reallığı danacaq, bundan qorxacaq, ya da şikayətlənəcək qədər zəif deyiləm. Bu MEYDANOXUMANI qəbul edirəm və bütün bunların tam içərisindən addımlayıb, aldığım yaralara, zərbələrə baxmayaraq hədəfimə doğru davam edəcəyəm.

III REALLIQ: Sizə əsl kömək olacaq və ZƏFƏRƏ aparacaq olan, kənar faktorlardan – motivasya edici kitabblar, təlimlər, kurslar, videolar, audiolar – deyil, sizin Allahın sizə verdiklərini nə qədər və hansı dərəcədə istifadə etdəcəyinizdən asılıdır.

M3. Motivasya edici bütün vasitələrə – təlimçi, kouç, kitab, video, audio, kurslar və.s – əsla və əsla əsas təkanverici güc, qurtarıcı, çıxış, xilas, həll yolum, əsas vasitəm olaraq baxmayacaq, öz gücümə müraciət edəcəyəm daima. Çünki bilirəm ki, mən hələ sərhədlərini özümün də bilmədiyi qədər GÜCLÜYƏM.

P.S. VAZKEÇMƏMƏK, bu çox güclü səslənir və çox ruhlandırıcıdır. Bu hər insana və bu insanın üzərində işlədiyi hədəfə, layihəyə görə dəyişir. Buna görə də, burda bu notu yazmaq və sizlərlə paylaşmaq qərarı verdim. Üzərində işlədiyimiz hər proyektin mütləq sonuna kimi gedəcəyik deyə bir yanaşma doğru olmaz. Bu bu işin əhəmiyyətinə və digər bir çox kənar faktorlara görə dəyişir. Buna artıq siz özünüz qərar verəcəksiniz.
İkinci not isə ən son reallıqla əlaqəlidir. Burda demək istədiyim əsla sizi ruhlandırıcı, motivasya verici materiallardan və vasitələrdən uzaq durun deyil. Bunlardan mütləq istifadə edəcəyik amma bunlar bizim etməli olduğumuz işləri edib-etməmək üçün bir əsas səbəb olmamalıdır. Yəni bunlar olsada – olmasada biz İCRAATA davam edəcəyik, amma bunlara da, bir növ bəsləyici faktor olaraq qəbule dib vaxt ayıracağıq.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s