Niyə facebook, linkedin, hangout, messenger və internetsiz yaşayıram?

Etiraf edim, çətin idi bu qərarı vermək.
Çünki bunu hərkəsə deyəcəkdim və düşünürdüm ki, bu sözümdə çığallıq etsəm heç yaxşı olmayacaq.
Başlayacağamsa davam etməli və uğurla tamamlamalıyam bu prosesi.
Bu nə idi? Aşağıdakı üç maddəlik  (özümə)  bir meydanoxuma. (CHALLENGE)
1. Evdə bir ay WiFi bağlatdıracaqdım. Çıxacaqdım abunəlikdən.
2. Telefonumda da, sadəcə nəqliyyatı izləməyə yetəcək qədər olan ən az internet paketinə keçəcəkdim.
3. Telefonumdan facebook, twitter, face-messenger, hangout, linkedin-i siləcəkdim.
Bünün niyə çətin gəldiyini, edim-etməyim deyə düşünməyimin səbəbini əminəm ki, təxmin edə bilirsiniz.
Təsəvvür edə bilirsiniz çünki, telefonda bir anda gələn bütün rəylər, ismarıclar, digər hər cür bildirimlərin səsi kəsilir və telefonunuz bir anda fərqliləşir. Artıq hər əlinizə alıb baxdığınızda sizə mütləq bir neçə YENİLİK təqdim edə bilmir. Yeni nə isə görə, dinləyə, izləyə biləcəyiniz sizə saniyəlik adrenalin yaşadan bir cihaz deyil, o özəllikləri yoxdur artıq vəya belə deyək əlindən alınıbdır.

Necə olur bu halda, beyniniz bir növ diksinir sanki bugünə kimi onsuz heç bir yerə gedə bilmədiyiniz həyacan, yenilik, maraq mənbəyiniz telefonunuzdan.
Bir neçə saniyəlik düşünün, hiss edin necə olur reaksiyanız telefonunuzda o səs gəldiyində. Hansı ki, duyduğunuz anda bilirsiniz ki, bu hesablarınızın birindən, kimsə sizə və yaxud da, sizin üçün nə isə yazdı. Rekasiyanız nə və necə olur o anda?
O səsi eşidəndə nə edirsiniz? O an hansı qərarı verir, nələr düşünürsünüz?
1. Deyirsinizmi ki, 3-4-5 saat sonra baxaram kimdəndir və nədir?
2. Yoxsa, heç önəmsəmirsiniz və başınızı salıb işinizə davam edirsiniz heç nə olmamış kimi?
3. Bəlkə iclasdasınız və səs deyil TİTRƏŞİMİ hiss edirsiniz, səbrinizə nə olur, zehniniz necə hərəkətə gəlir?
4. İştirak etdiyiniz toplantıda deyilənlərin neçə faizini eşidə bilirsiniz?
5. Ofisdə çətin bir problem üzərində otaqda təkbaşınıza oturub işləyirsiniz və artıq həllə yaxınlaşdığınızı, sona çatdığınızı hiss edirsiniz yorğun olsanızda həyacanlızınız və həll etmədən qalxmaq niyyətiniz yoxdur masadan. Amma bir anda o səs gəlir və diqqətiniz anasını gördüyü anda ona qaçan körpə kimi, o səsə qaçır və zehniniz artıq həllə yaxınlaşdığınız o işdən qopdu. Təbriklər!
6. İndi yenidən tam da o intensivlikdəki bir fokuslaşma və yoqilərə bənzər konsantrasya ilə problem üzərində necə işləyəcksiniz və ya da bu səviyyə gəlmək üçün indi neçə dəqiqə sərf etməlisiniz?
7. Marşurutda, metroda gedirsiniz, çox sıxlıqdı zorla bir əlinizlə bir yerdən tutmusunuz və birdən dııınnnnn eşidirsiniz telefonunuzdan və bu messengerin səsidir.
Nə edirsiniz? Daha sonra rahat baxaram deyirsiniz, yoxsa elastikliyinizi maksimum səviyyədə işə salıb, o sıxlıqda bir yolunu tapıb, əlinizi yaxınlaşdırırsınız telefona biraz gimnastik əyilmələrdən sonra qovuşa bilirsiniz telefona. Baxırsınız, oxuyursunuz nə gəlibdir və artıq bildiniz nədir. Nə olur sonra? Dəriiiiin bir nəfəs alırsınız….oooohhh deyir və rahatlayır bir növ beyniniz…
Bəs özünüzü idarə etməyə çalışdığınızda, baxmayacam gələn hər nədirsə deyə ciddi qərar verdiyinizdə nələr olur?
Sanki deyinmə üzrə rekordlar kitabına düşmüş QAYNANA oturub zehninizin içərisində və sadalamağa başlayır səbəbləri hansılara görə ki, siz mütləq yoxlamalısınız kim yazdı, nə yazdı…
Baxmadıqca sakitləşmir və deyinməyə, donquldanmağa davam edir.
Tamam deyək ki, baxırsınız və bilirsiniz nə yazıb, kim yazıb. Cavab verirsiniz, həmən və ya da biraz daha sonra qarşı tərəfdən/tərəflərdən cavablar gəlir.
Sonra nə olur?
Aha, məndə bunu deyəcəkdim – Növbə sizdədir və cavablandırırsınız, müzakirə qızışır və siz bir müddət sonra əslində o hesabınızda olmasanız belə, başqa işlə məşğul olur olsanız belə diqqətinizin bir hissəsi o söhbətdə, müzakirədə qalır…
Biz dinləməyi belə doğru-düzgün bacarmırıq real ünsiyyətdə, yəni bilirsiniz qarşı tərəfi tam anlamağa çalışmaqdansa, nə cavab verəcəyimizə hazırlaşırıq onu dinləyir kimi görsənməyimizə baxmayaraq. Bu effekt, bu EQO MƏRKƏZLİ zəif yönümüz özünü burada da, göstərir. Yəni diqqətimiz iki arada, bir dərədə qalır deyə bilməyəcəyəm. Daha da, çox şaxələnir, yayılır, və nəticə olaraq ən önəmli işimizə, ən kritik bacarığımızı, kontrolumuzda olan ən güclü resursumuzu yönləndirə bilmirik. Və aldığımız nəticələr də daima buna paralel olur. Kobudca rhesablamağa çalışsaq aşağıdakı kimi olur:
Ən önəmli iş üzərinə ayrılan, yönləndirilən diqqətin keyfiyyəti + intensivliyi + müddəti = əldə olunan nəticə.
İndi isə, uzatmadan bir sual soruşacağam:
Sizcə diqqətinizi bu qədər dağıtmış olduğunuz halda, hansı önəmli işin əla bir formada üzərində işləyə bilərsiniz?
Nə qədər orda və o işlə ola bilərsiniz?
Ən əsası bu cür bir diqqətdən, fokusdan, nə dərəcə – dərin, intensiv, uzunmüddətli – bir performans gözləyə bilərsiniz?
Bəlkə də sualı belə ünvanlamalıyam:
1. Nə qədər ədalətlidir bu cür öhdəlikləri olan diqqətdən ELİT PERFORMANS gözləmək, istəmək, arzulamaq?
2. Bu miqdar və keyfiyyətdə bir FOKUSLAŞMA nəticəsində aldığın nəticələri potensialının azlığınıa, yetərsizliyinə bağlamaq, bununla əlaqələndirmək və nəticə olaraq da, VİZYONUNU, xəyallarını aşındıra-aşındıra CÜCƏLƏŞDİRMƏYİ, özünə xəyanətdən başqa necə adlandırmaq olar?
Özünüz özünüzdən soruşun və özünüzə də cavab verin. (dürüstcə)
İndi bu sualları cavablandırın və qərar verin nə qədər lazımdır sizə telefonunuzda o hesablarınızın olması? Onlar olmasa çoxmu şey itirəcəksiniz? Hədəfləriniz, xəyallarınız bu hesablarınızdan gələn səslərin insafına buraxılacaq qədər dəyərsizdirlərmi bəyəm?İndi siz bu analizləri edin, və növbəti yazıda mən təcrübə etdiklərimi, bu bir aylıq prosesi, detallı  paylaşacağam sizinlə.
P.S. Əsla hərkəs bucür etməldiri demirəm. Nə də, internet və sosial media hesabları işlətmək laızmsızdır da demirəm sadəcə mən bunu etdim özüm üçün, və paylaşıram təcrübəmi sizinlə. Siz də, dürüsttcə analiz edib qərar verəcəksiniz nəyi, necə və nə qədər istifadə edəcəyinizə.