Niyə netsiz və sosial media hesablarsız (tel-də) yaşayıram 3.

Öncəki yazıda vaxt mövzusuna toxunmuşdum.

Bu yazıda isə daha da önəmli olandan yazıram – DİQQƏTİMİZDƏN.
Uğurlu olmağımızda, dəyişməyimizdə diqqətimizin nə qədər ciddi əhəmiyyəti var bilirsiniz.

Yəni güclü diqqət olmadan diqqət tələb edən işlərdə nəaliyyət qazanmaq da, çox çətindir. Diqqətdən burda nəzərdə tutduğum bir iş üzərində uzun müddətli fokuslaşmış olaraq işləyə bilməkdir kənar sensasional mesajlar ignore edərəkdən.
İlk olaraq bunu deyim, əgər telefonda bu sosial media hesabları varsa, diqqətimizin yayınması, zamanla da, fokuslaşa və konsantrasya ola bilmə qabiliyyətimizin cılızlaşması üçün möhtəşəm bir şərait var deməkdir.
Necəmi? Bu nə deməkdir?
1. Hərhansı bir səbəbdən bizə maraqlı görsənən hər post – yazı, video, şəkil – diqqətimizi çəkir və onunla məğul olmağa başlayırıq o andan etibarən.
Yəni hansı işə fokuslaşmışdıqsa, nə ilə məşğul idiksə ondan zehni olaraq qopmuş oluruq. Və yaxud da, zehni olaraq özümüzü tam o işə verə bilmirik və bu da performansımıza ciddi təsir edir (mənfi mənada). Uzun zaman öncə hazırladığım bu videoda https://www.youtube.com/watch?v=w9IBZPfKWNU da, izah etdiyim kimi, fokuslaşa və işi tamamlama gücümüz zəifləyir. Daha da, aydınlaşdırmağa çalışsaq belə izah etmək olar hərhalda bir aya bitirəcəyimiz işi 2,3 və ya daha uzun bir müddət ərzində bitiririk. Hətta bəzi hallarda bitirmirik. Yəni iş çox uzandığından, ya bezib yarıda buraxırıq, vəya artıq tamamlaya bilməyəcəyimizə qənaət gətirib vazkeçirik. Bu həm də, davamlı olaraq “vaxtımızı deyil diqqətimizi idarə etməliyik” deyə təbliğ etdiyim yanaşmanın səbəblərindəndir. Hazırda idarə etməkdə ən çox çətinlik şəkəcəyimiz şeylərdən biri məhz budur. Diqqətimizi İdarə Etmək. Çünki bizim diqqətimizi satmaq istədikləri məhsul və xidmətlərə çəkmək üçün korporasiyaların ciddi məbləğdə maaş ödədikləri, bizim psixologiyamızı bizdən daha yaxşı bilən diqqət mühəndisləri oturub hər gün saatlarca işləyirlər. Bu hərhalda izah edir bu mövzunun ciddiyətini. Diqqətinizin nə qədər önəmli olduğunu anlamaq üçün aşağıdakı 4 sətrlik yazını oxuyun və düşünün və qərar verin.
Üzərində işlədiyimiz iş nə qədər önəmlidirsə, bu (adətən) o qədər çətindir deməkdir. Və çox çətin olması bizdən digər işlərdən fərqli bir yanaşma ilə bu iş üzərində işləməyimizi tələb edir. Yəni biz diqqətimiz yayınmamış, eyni anda bir neçə işlə məşğul ikən deyil, hərşeydən qopmuş və tamamilə bu işə fokuslaşmış halda işləyəriksə əla nəticələr ala bilərik.
2. Digər önəmli səbəb də, yaranmış boş vaxt bloklarıdır. Necə olur bu? Sürprizlər səbəbindən yaranmış boş vaxtlar olur hər günümüzdə və biz bu boş vaxtlarda hansısa önəmli bir iş üzərinə düşünmə şansımız varkən, zehnimizdə nə vaxtdır dolaşan suala cavab düşünmə imkanımız varkən, bu vaxtı sərf edirik telefonumuza. Yəni dərhal baxırıq ki, YENİ nə var. Və maraqli bir post görürük, bəzən ordan hansısa linkə “KLİK” etməmiz istənilir və edirik, ordan başqa bir sayta yönləndirilirik və bu davam edir. Bu proses bizə əyləncəli gəlir bunda şübhə yoxdur. Amma nə qədər faydalıdır bu bizim üçün. Bundan da, önəmli olan sual budur, bucür davamlı olaraq fərqli yerlərə yönlənən diqqətimiz, əzələləri zəifləir yəni artıq gücü qalmır uzun müddətli sadəcə bir yerə yönəlmiş halda qalmağa. Bu isə bizə şəxsi və professional həyatımızda sıçrayış yaşadacaq bacarıqları öyrənmək, bunlarda ustalaşmaq şansımızı minimuma endirir.
3. Bu bizdə bugün yaşadığımız ölkə və cəmiyyətdən asılı olmayaraq hər birimizin ortaq problemi olan o karyerə məhvedicisi, şəxsi və professional həyatda yüksəlişimizin önündəki ən ciddi modern əngəllərdən, vərdişlərdən birinin formalaşmasına səbəb olur, münbit şərait yaradır və bu vərdişin kök salıb daha da güclənməsinə səbəb olur. Bu virusun/vərdişin adı “Bir İş (Önəmli+Çətin) Üzərində Uzun Müddətli və Fokuslaşmış Halda İşləyə Bilməməkdir.”

Qısaca bunlar mənim əsas səbəblərimdir telefonumdan bu sosial media hesablarımı silmıəyimin, internet ən az olan paketə keçməyimin.
Əlbətdə ki, bu ən ideal, ən doğru seçimdir demirəm. Hər kəsin hədəfləri, öhdəlikləri fərqlidir və bunun üçün də seçimi də buna uyğun olmalıdır. Hətta düşünürəm ki, insan həyatın fərqlı zamanlarında fərqli strategiyalar izləməlidir. Yəni bəzən mənim hazırda özüm üçün seçdiyimi bəzənsə fərqli biraz bunun əksi olacaq bir yanaşmanı. Bu da, hər ilin, hər rübündə (bəzən də, ayında) üzərinə işlədiyimiz layihələri nəzərə alaraq təyin olumalıdır. Amma, mən hərhalda çooooox uzun bir müddət (bəlkə də bir daha heç vaxt) telefonuma təkrar yükləməyəcəyəm bu sosial media hesablarımı.
Siz də, düşünün + dürüstcə dəyərləndirin + analiz edin və qərar verin ən faydalı olan sizin üçün hansıdır və bundan sonra da seçiminizi edib uyğun olaraq da hərəkətə keçin.

EDƏCƏKLƏRİMİZ:
1. Özümüzü analiz edirik. Bu sosial media hesablarımızı istifadə edərkən və anidən sual soruşuruq: Hazırda niyə bu hesabımdayam? Burdan nəyi oxuyuram, dinləyirəm və niyə?
2. Hərhansı səbəbdən gözləməli olduğumda (marşurut, növbə, kiminləsə görüşdən öncə) bu anlarda telefonlamı məşğul oluram yoxsa hansısa bir iş üzərində düşünürəm, yoxsa sadəcə oturub istirahət edirəm?
3. Yuxarıdakı iki suala cavablarımıza əsasən qərar veririk nələr etməliyik bundan sonra, həmçinin nələri artıq etməməliyik? Və ən əsası hərəkətə keçirik həmən.

Niyə netsiz və sosial media hesablarsız yaşayıram 2.

İlk bunu deyim ki, bu tərz yaşamaq çox xoşuma gəldi, çox bəyəndim.

Amma, bu asan deyil, hələ ilk günlər çox narahatedicidir. Çünki bir anda, sizə yenilik, maraq, həyacan verən telefonunuz yorucu bir alətə çevrilir. Çünki artıq heç bir sosial media hesabınızdakı aktivliyi sizi xəbər verən o adrenalın püskürdən səsləri eşitmirsiniz.
Bir aylıq təcrübəni bir yazıda tamamilə detalları ilə anlatmaq çətindir, amma, ən önəmli bildiklərimi qısaca anlatmağa çalışacağam.Başlayaq…
Növbədə gözləyərkən,
Evdə yorğun olduğunuzda, əhvalınızın yaxşı olmadığı anlarda, heç bir işlə məşğul olmadığımızda.Hərhansısa bir səbəbdən boş vaxt yarandığında və heçbir işlə məşğul olmadığımızda.
Metro və ya avtobusda yol gedərkən və bənzər vəziyyətlərdə etdiyimiz, yeni normalımız olmuş,  diqqətimizi və vaxtımızı bizi əyləndirərək tükədən bir məşğuliyyətimiz var.

Yəni…
Bu hallarda edə biləcəyimiz ən əyləncəli, maraqlı, həyacanlı şey telefonumuzu alıb onunla dünyaya bağlanmaqdır. Yəni sosial media hesablarımız yoxlamaq və bizə vaxtın necə keçdiyini unutduracaq yeni postlar, şəkillər, videolar və fərqli xəbərlərlə zehnimizi əyləndiməkdir.
İndi kobud bir hesajblama edin sırf bu məşğuliyyətlərə gündə neçə dəqiqə vaxt ayırırsınız və hesablayın bu bir ayda nə qədər vaxtınızı alır. Biz hesablamımızı ana görə edirik. Yəni misal üçün növbədə gözləyərkən 5-10dq, hər gün qatarda, avtobusda 30-40dq dəqiqə bu məşğuliyyətlərə sərf etmək çox da böyük bir hesab kimi görsənmir bizə. Bunu indi bir də bir ayla hesablayın, daha sonra 12 ayla, daha sonra çox yox sadəcə 5 ilLLƏ.

İndi isə öyrənməyi ən çox istədiyiniz, ustalaşmaq mütəxəssisi olmaq isdədiyiniz o sahədə artıq özünü təsdiqləmiş insanların o səviyyəyə gəlmək üçün nə qədər vaxt sərf etdikülərini öyrənin. Bundan sonra görəcəksiniz ki, siz vaxtınız azdır deyə deyil, diqqətinizi başqa yerlərə yönləndirmisiniz deyə irəliləyiş edə bilmirsiniz. Müsbət bir dəyişiklik müşahidə edə bilmirsiniz həyattınızda. (bu həmdə o demək də, deyil ki, bu insanlar heçbiri bu yeniliklərdən istifadə etmirlər. Önəmli olan necə və niyə istifadə etdikləri və nə qədər istifadə etdikləridir)
Son bir hesablama daha edin, əgər bucür davam etsəniz 5 il sonra bu sosial media hesablarınız sizə nələr verəcək? Yəni necə bir professional və şəxsi həyat?
Dəyişib bunun tam əksi bir tərzdə davam etsəniz və zehninizi davamlı olaraq ən önəmli işlərinizlə məşğul etsəniz və o hədəfləriniz üzərində çalışşsanız 5 il sonra necə fərqli olacaq həyatınız professional və şəxsi olaraq?

Öncəki yazıda da, vurğuladığım kimi bir daha demək istəyirəm ki, mən bununbla hərkəs telefonundan sosial media hesablarını silməli, evdə WiFi-ı bağlatdırmalıdır yoxsa uğurlu olmayacaq demirəm. Bu hər kəsin işi və gələcək planları ilə birbaşa əlaqəlidir. VƏ bunun üçün də siz də, necə bu hesabları işlədəciyinizlə bağlı qəarı özünüz dürüst və səmimi sorğulama və analizdən sonra verəcəksiniz.

Növbəti yazıda bu sosial media hesablarımızın və asanlıqla internetə çıxışımız olmasının profesiional inkişafımız baxımından nə qədər zərərli olduğunu daha dərin incələyəcəyik. Növbəti yazı xüsusilə o insanlar üçün maraqlı və faydalı olacaq ki, onlaırn hədəfləri onlardan ciddi fokuslaşma, dərin konsantrasya tələb edir. VƏ onlar NADİR olmağı hədəfləyiblər, hərkəs kimi deyil. Bunu da, digərlərindən üstün olmaq üçün deyil, bunu bacaracaqlarına inandıqları üçün.

EDƏCƏKLƏRİMİZ:

  1. Təxmini hesablayırıq gündə nə qədər vaxtımızı sərf edirik  telefonumuzda sosial media hesablarımızı yoxlamağa?
  2. Bu məşğuliyyət bizə nələr verir nə qədər faydalıdır professional və şəxsi həyatımız baxımından?
  3. Nə etməyə qərar veriririk və bundan sonra necə istifadə edəəcəyik bu hesabalrımızı, telefonumuzda yenə saxlayacağıqmı, saxlayacağıqsa maksimum neçə dəqiqə ayıracağıq hər gün və ən əsası bu müddət ərzində nə edəcəyik?