Planlarınız Arasına Bunu Yazmayın. (Əsla!)

Bu metod bizə adətən etməli olduğumuz bir çox iş olduğunda və bunların böyük hissəsini tamamlamaq və ya, nə vaxt edəcəyimizi planlaşdırmaq və zehnimizdə və günümüzdəki dağınıqlığı səliqəyə salmaq və zehni olaraq yüngülləşmək, fərahlamaq üçün qollarımızı çirmələyib işə başlamağa qərar verdiyimizdə lazım olur.
Nədir bu metod? Və o nədir ki, ƏSLA edəcəkləriniz listinə yazmayın deyirəm?
Buyurun oxuyun növbəti cümlədə izah olunandır o:

“İki (2) Dəqiqədən Daha Az Vaxt/ınızı Alacaq İşlər.”
Birbaşa keçək mətləbə:
Nə zaman ki, başladınız işləməyə qarşınıza çıxan işlərdə bir sualı daima soruşursunuz. Sual budur: “Bunu iki dəqiqədən daha az bir vaxt ərzində edə bilərəmmi?” Əgər cavabınız bəlidirsə o zaman o işi həmən edirsiniz. Hər nədirsə gecikdirmirsiniz, edəcəkləriniz listinə yazmırsınız, soraya saxlamırsınız. Dərhal edirsiniz.
Niyə?
Həzz və Enerjidən Məhrumiyyət.
Edəcəyəm deyə özümüzə vəya başqasına söz verdiyimiz bir işi (fərqi yoxdur nə qədər kiçik və ya böyük) edib bitirmənin yaşatdığı, insana verdiyi rahatlığı, enerjini bildiyinizdən əminəm. İndi düşünün, iki dəqiqədən daha az vaxt alacaq bir işi etməməməklə ilk olaraq özümüzü bu işin tamamlanmasından alacağımız yuxarıda haqqında danışdığım enerjidən, müsbət əhvaldan məhrum etmiş oluruq. Hansı ki, bu güclü hiss bizə lazımdır daha çox, daha cəld, daha uzun müddətli işləmək və icraatına başladığımız o planı tamamlamaq üçün.
Biti Dəvə Etmək.
İkincisi, zehni olaraq özümüzü biraz daha yükləmiş oluruq bunu gələcək bir zamana qərarlaşdırmaqla. Yəni, edəcəkərimiz listindəki işlərin sayını artırmış oluruq. Biti bir növ dəvə etmiş oluruq. Çünki edəcəklərimiz listindəki işlərin çoxluğu bizi zehni olaraq yorur. Bəzən biz onlara baxdıqda, oxuduqda, düşündükdə az-çox olan həvəsimiz də, sönükləşməyə başlayır.
İşdən Soyumaq.
İşləyirik amma ürəkaçan bir nəticə vəya nəticələr alma şansımız varkən bunlardan da, özümüzü məhrum edirik. Bu da, bəzən “İşləyirəm amma, boşuna işləyirəm” kimi iç deyinmələrə, donquldanmalara və əlimizn işdən soyumasına səbəb olmağa başlayır.
Daha Çox Enerji Sərfi. (Həm də, Boş Yerə)
Son olaraq isə, həm təcrübədə, həm elmi araşdırmalarda da, dəfələrlə təsdiqini tapmış bu maraqlı halı yaşayırıq. Bir işi edib-etməməklə bağlı oturub düşünmək üçün sərf olunan enerji, o işi etmək üçün tələb olunan enerjidən daha azdır. Bundan əlavə də, birinci etdikdə və bunu uzun müddət etdikdə sonda sadəcə yorğun olmursunuz, bütün əhvalınnız da, korlanmış olur. Özünüzün-özünüzdən xoşu gəlməməyə başlayır. Amma, ikincini etdikdə yorulursunuz amma sonda bu yorğunluğa baxmayaraq müsbət enerji sizi əhatələyir, işi bitirib, tamamlamış olmanın fərahlığını yaşayırsınız ən əsası isə özünüzü iş bitirən, intizamlı biri kimi görür və daha çox sevməyə başlayırsınız.
Zehni Əsarət. (Həm də bəsit şeylər tərəfindən)
Ən əsası isə, zehniniz bunlardan, bu işlərdən arındığından, daha önəmli məsələlər üzərində düşünmək üçün imkan və şərtlər ideallaşmış olurlar ki, bu da tək başına iki dəqiqədən daha az vaxt alacaq işləri həmən etmək üçün yetərli bir səbəbdir.

SEÇİMİN hansıdır: Çənədənsazlıq, yoxsa İCRAAT?

Hır birimizin ortaq problemidir bu hərhalda.
Hər birimizin hədəfləri reallaşdırmaq istədikləri var. Biz bu həddəflərə çatmaq istəyimiz, araşdırmalarımız, bunun üçün sərf etdiyimiz saatlar və digər mövzular haqqında davamlı söhbətdəyik yaxınlar, dostlar tanışlarımızla.

Bundan əlavə də, davamlı olaraq axtarırırq, öyrənirik, tapmağa çalışırıq bizi hədəflərimizə paracaq ən güclü , effektli metodu, bilgini sirri və ya aləti.
Davamlı araşdırmaq, öyrənmək sahəsindəki və əlaqəli sahələrdəki yeniliklərdən xəbərdar olmaq əlbətdə ki, olmazsa-olmaz şərtlərdən, həta minimum standartlardandır deyə bilərik rahatlıqla.

Amma, burda bir problem də var ki mütləq diqqətimizi yönləndirməli və bundan xəbərdarolmalıyıq . Çünki bunu etəmsək, bu problemə qarşı ayıq-sayıq olmasaq davamlı olaraq bizim yerimizdə saymamıza səbəb olacaqdır bu. Bu problem öyrəndiyi heç bir bilgi metod, alət ilə kifayətlənməməkdir.

Öyrəndiklərimizin heç birindən istifadə etmədən, onları test etmədən, yoxlamadan başqa bilgilər və metodların axtarışına başlayırıq. Bu da bizim öyrəndiklərimiz üszərində hərəktə keçməmək və davamlı olaraq yaxşı, amma lazımsız işlər üzərində işləməklə çox mənfi bir vərdiş formalaşdırmış oluruq. Bu da öyrənmək, kifayətlənməmək (test etmədən, tədbiq etmdədən həyatına) və yenilərini öyrənməyə davam etməkdir.

Bu prosesin nəticəsində biz çox şey öyrənə bilərik. Hardasa söhbət açılanda çox danışa bilərik çox məlumatlı olduğumuzdan. Hətta bununla qürurlana da bilərik. Amma çox məlumatlı olmağın artıq heç bir dəyəri yoxdur. Önəmli olan NƏTİCƏLƏRDİR.

İndi deyə bilərsiniz ki, bəs nə edək?

Bu suala ən düzgün, dolğun cavabı verəcək insan mən deyiləm, amma öz təcrübəmdən həmçinin tanıdığım bir çox insan təcrübəsindən əsaslanaraq işə yaramış (dəfələrlə) bir metodu sizinlə paylaşacağam.

1. Yenə öyrənməyə davam edin, axtarışınız davam etsin. Amma, eyni zamanda da, oturub üşünün hazırkı hədəfinizi reallaşdırmaq üçün sizə faydası olacaq hansı metodları, alətləri bilgiləri bilirsiniz.

2. Bundan sonra isə onların içərisindən birini seçin və başlayın onun üzərində işləyəmə.

3. Belə bir qaydanız da olsun: yeni metodu etmədiyiniz günlərdə yeni bilgiləri öyrənmə, axtarma, internetdə yeni qarşınıza çıxan və sirrli metodlar öyrədəcəyini və həyatınızı dəiyşəcəyini vəd edən bütün proqramlara qarşı laqeyd qalın və nə varsa bildiyiniz və effekdli metod onun üzərində işləməyə davam edin.

Burda seçim edirsiniz əslində, BOŞBOĞAZLAR və ÇƏNƏDƏNSAZLAR klubunamı, yoxsa QALİBLƏR və ULTURA UĞURLULAR klubunamı üzv olma istiqamətində irəliləmə seçimi.

Yəqin indi, anladınız Boşboğaz və Çənədənsaz İnsanlar niyə UĞURLU OLMURLAR?