Bu metod bizə adətən etməli olduğumuz bir çox iş olduğunda və bunların böyük hissəsini tamamlamaq və ya, nə vaxt edəcəyimizi planlaşdırmaq və zehnimizdə və günümüzdəki dağınıqlığı səliqəyə salmaq və zehni olaraq yüngülləşmək, fərahlamaq üçün qollarımızı çirmələyib işə başlamağa qərar verdiyimizdə lazım olur.
Nədir bu metod? Və o nədir ki, ƏSLA edəcəkləriniz listinə yazmayın deyirəm?
Buyurun oxuyun növbəti cümlədə izah olunandır o:

“İki (2) Dəqiqədən Daha Az Vaxt/ınızı Alacaq İşlər.”
Birbaşa keçək mətləbə:
Nə zaman ki, başladınız işləməyə qarşınıza çıxan işlərdə bir sualı daima soruşursunuz. Sual budur: “Bunu iki dəqiqədən daha az bir vaxt ərzində edə bilərəmmi?” Əgər cavabınız bəlidirsə o zaman o işi həmən edirsiniz. Hər nədirsə gecikdirmirsiniz, edəcəkləriniz listinə yazmırsınız, soraya saxlamırsınız. Dərhal edirsiniz.
Niyə?
Həzz və Enerjidən Məhrumiyyət.
Edəcəyəm deyə özümüzə vəya başqasına söz verdiyimiz bir işi (fərqi yoxdur nə qədər kiçik və ya böyük) edib bitirmənin yaşatdığı, insana verdiyi rahatlığı, enerjini bildiyinizdən əminəm. İndi düşünün, iki dəqiqədən daha az vaxt alacaq bir işi etməməməklə ilk olaraq özümüzü bu işin tamamlanmasından alacağımız yuxarıda haqqında danışdığım enerjidən, müsbət əhvaldan məhrum etmiş oluruq. Hansı ki, bu güclü hiss bizə lazımdır daha çox, daha cəld, daha uzun müddətli işləmək və icraatına başladığımız o planı tamamlamaq üçün.
Biti Dəvə Etmək.
İkincisi, zehni olaraq özümüzü biraz daha yükləmiş oluruq bunu gələcək bir zamana qərarlaşdırmaqla. Yəni, edəcəkərimiz listindəki işlərin sayını artırmış oluruq. Biti bir növ dəvə etmiş oluruq. Çünki edəcəklərimiz listindəki işlərin çoxluğu bizi zehni olaraq yorur. Bəzən biz onlara baxdıqda, oxuduqda, düşündükdə az-çox olan həvəsimiz də, sönükləşməyə başlayır.
İşdən Soyumaq.
İşləyirik amma ürəkaçan bir nəticə vəya nəticələr alma şansımız varkən bunlardan da, özümüzü məhrum edirik. Bu da, bəzən “İşləyirəm amma, boşuna işləyirəm” kimi iç deyinmələrə, donquldanmalara və əlimizn işdən soyumasına səbəb olmağa başlayır.
Daha Çox Enerji Sərfi. (Həm də, Boş Yerə)
Son olaraq isə, həm təcrübədə, həm elmi araşdırmalarda da, dəfələrlə təsdiqini tapmış bu maraqlı halı yaşayırıq. Bir işi edib-etməməklə bağlı oturub düşünmək üçün sərf olunan enerji, o işi etmək üçün tələb olunan enerjidən daha azdır. Bundan əlavə də, birinci etdikdə və bunu uzun müddət etdikdə sonda sadəcə yorğun olmursunuz, bütün əhvalınnız da, korlanmış olur. Özünüzün-özünüzdən xoşu gəlməməyə başlayır. Amma, ikincini etdikdə yorulursunuz amma sonda bu yorğunluğa baxmayaraq müsbət enerji sizi əhatələyir, işi bitirib, tamamlamış olmanın fərahlığını yaşayırsınız ən əsası isə özünüzü iş bitirən, intizamlı biri kimi görür və daha çox sevməyə başlayırsınız.
Zehni Əsarət. (Həm də bəsit şeylər tərəfindən)
Ən əsası isə, zehniniz bunlardan, bu işlərdən arındığından, daha önəmli məsələlər üzərində düşünmək üçün imkan və şərtlər ideallaşmış olurlar ki, bu da tək başına iki dəqiqədən daha az vaxt alacaq işləri həmən etmək üçün yetərli bir səbəbdir.

Advertisements

One thought on “Planlarınız Arasına Bunu Yazmayın. (Əsla!)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s