…Dəyişimə qarşı olan qorxularımız bizim edə biləcəklərimizə dair olan inamımızı zədələyir. Amma qorxudan nə qədər qaçsan, sənin gözündə bir o qədər böyüyəcək və bir yerdən sonra artıq ona qarşı gələ bilməyəcəyini düşünüb məğlubiyyəti qəbul edəcəksən. Bir dəfə məğlubiyyəti qəbul etməyin o andan sonrakı həyatında hər hansı önəmli işlərdə də bunu referans olaraq xatırlayacağın deməkdir.
Bu da zehnində daim var olacaq bir şübhənin toxumlarını əkməyin və artıq ətrafdakılar bir tərəfə, öz zehnindəki təkcə bu şübhənin sənin performansın üzərində sonu gəlməz öldürücü bir təsirinin olmasına icazə vermək deməkdir.
Daim xatırlanması lazım olan bir şey var, o da heç bir məğlubiyyətin və uğurun davamlı var olmayacağıdır. Hər şeyin son istifadə tarixi var. Bunun üçün də uğursuzluq deyə bir şey yoxdur əslində. O HALDA Kİ, SƏN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİNİ ÖYRƏNİR VƏ BİR DAHA ONLARI TƏKRAR ETMİRSƏN, BU SƏNİN ÜÇÜN UĞURSUZLUQ YOX, ÇOX ƏHƏMİYYƏTLİ BİR İBRƏT DƏRSİ OLUR. Və bunun üçün üzülmək, gileylənmək yox, sadəcə dərs alıb, səhvlərini görüb, bir daha bunlara yol verməməklə yoluna daha düzgün bir şəkildə davam etmək lazımdır.
Əgər seçdiyin hədəf böyük və önəmli bir şeydirsə sən o hədəfə gedən yolda heç düşünmədiyin problemlər, krizlər, çətinliklərlə üzləşəcəksən. İlk cəhdində bunları həll edə bilməməyin özünə olan inamını zəiflədəcək amma heç vaxt ilk cəhdlə uğur qazanılmır, uğur ancaq sonuncu cəhddə qazanılır.

Yəni fərqi yoxdu neçə dəfə məğlubiyyət, uğursuzluq, cətinlik olursa-olsun, sən bunlara və deyilənlərə baxmayaraq hər yıxıldığında yenidən ayağa qalxıb yoluna davam edəcəksən və bu proses hər arzuolunmaz nəticədən sonra davam edəcək. Ta ki, sən istədiyini əldə edənə kimi. Bu da sənin sonuncu cəhdin olacaq ki, uğur da sonuncu cəhdlə əldə edilir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s