İradə, İradə Gücü…

Bu koçinq proqramlarımda, vebinarlarda, və digər proqramlarımda iştirak edən sahibkarlar, idarəçilər, tələbələr, karyerasında irəliləmək isdəyən fərqli sahələrdən mütəxəssislərin çox böyük əksəriyyətinin “ah iradəm biraz daha güclü olsaydı, iradəli olsaydım, iradə gücümdən bir istifadə edə bilsəydim…” kimi şikayətlərlə, heyfslənmələrlə bunu bacarsalardı çox daha uğurlu olacaqlarını, hazırda qarşılarında duran və onlara əngəl olan problemlərin çoxdan öhdəsindən gələ biləcəklərini artıq çəki, siqaret, internetdə boş-boşuna vaxt itirmə və digər mənfi vərdişlərin həyat və karyeralarını təsir edə bilməyəcəklərini deyirlər.

Hər birimiz İRADƏ nə qədər önəmlidir, vacibdir, həyatıdır bunu bilirik. Amma, iradəmizi necə daha aktiv, daha güclü edəcəyimiz haqqında şablon, motivasya edici, yanaşmalardan o tərəfə keçən bildiyimiz bilgilər, metodlar, alətlər hardasa yoxdur.

Mən də, bu mövzuda çox maraqlıyam. İstər universitetdə ortalamanı artırmaq olsun, istər sahibkarlıq, öz işini başlamaq olsun, isdər davamlı idmanla məşğul olmaq, daha ağıllı pulunu xərcləmək, investisyalar etmək olsun, qidalanmasında daha diqqətli olub sağlam qidalanmaq, ofisdə daha məhsuldar , karyera yükslişində daha uğurlu olmaq olsun. Bütün bu sahələrdə daha güclü iradə önəmini daima gördüyümüz bir ehtiyyacımızdır.

Son zamanlar bu sahədə araşdırmalar etdim. İradə gücü ilə bağlı yazılan kitabların əksəriyyəti eyni motivasya verici deyimləri, yanaşmaları təkrarlamaqdan və fərqli təqdim etməkdən o tərəfə keçə bilmir. Bunun üçün, mən də, bu mövzunu daha dərin bir şəkildə araşdırmağa və öyrənməyə qərar verdim.

Çox faydalı biliglər öyrəndim, metodlar, alətlər, strategiyalar tapdım. Bunların çoxunu özüm bunlar haqqında yazmadan, danışmadan öncə öz həyatıma tədbiq etdim və nəticələr də aldım. Effektini öz həyatımda gördükdən sonra, bu bilgiləri maraqlı olan hərkəslə paylaşmağa qərar verdim.Bu yazı da, daxil olmaqla, növbəti yazılram sadəcə bu mövzu ətrafında olacaq bəlli bir müddət.
Yazılarda, İRADƏ niyə zəifləyir, necə zəfləyir və gücləndirmək üçün nə edə bilərik suallarının cavablarını paylaşacağam.

Bu yazıda paylaşacağım isə ən məşhur olan yanaşmalardandır. “Özünə inanan insan iradəsinə də, təsir edə bilər və gücləndirər” yanaşmasıdır. Bu yanaşmanın doğruluq payı var, lakin əksər hallarda işə yaramır və tamamilə CƏFƏNGİYYAT deyəcəyimiz bilgilər, inanclar, alətlər sırasına daxildir. Bunun üçün də bu yazıda ilk təklif edəcəyim budur: İradənizi Gücləndirmək isdəyirsinizsə ÖZGÜVƏNƏ, ÖZÜNƏ İNAMA inanmayın, arxalanmayın, etibar etməyin. Şübhəsiz özgüvən faydalıdır, amma yetərli deyil. Bir çox hallarda isə təhlükəlidir və təkrarlanan faciəvi məğlubiyyətlərimizin ən əsas, bir nömrəli səbəbkarıdır. Bilirəm bu, ümumi qəbul edilmiş yanaşmalara, hərgün eşitdiyimzi, oxuduğumuz bilgilərə ziddir, amma mən bunu növbəti yazılarda sübu edəcəyəm.

Bugün ilk addımı atırıq. Qərar veririk, bundan sonra, Uşaq Kimi Həvəslə Deyil, Sərkərdə Kimi Strategiyayla İşləyəcəyik. Yəni, bugündən qəbul edirik ki, sadəcə özgüvənlə olmur bu, daha ağıllı, daha stratejik, daha ayıq-sayıq olacaq və bucür hücum edəcəyik iradəmizi zəiflədən hərşeyə. Sadəcə özgüvənə, motivasya bel bağlayacaq qədər saf deyilik nə siz, nə də mən.

Bu qərarı verin bugün, bu yanaşmanı qəbul edin, inanmırısnızsa belə, bir test edin. Növbəti yazıda daha detallı, spesifik metodları paylaşacağam və bunları tədbiq etdikdə nəticəni siz özünüz də, görəcəksiniz.

Növbəi yazıya qədər, bu yanaşmanı mənimsədiyinizdən əmin olun ki, hazır olasınız və gecikməyəsiniz. Bu yüksəyə doğru çıxacağmız pilləkana atdığımız ilk addımımızdır.

Vər hər tək addım, ən azı digəri qədər önəmlidir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s