2016-nin öyrətdiyi 21 dərs.

 

1. PLANSIZ OLMA. PLANSIZ YAŞAMA.
Günlərini Plansız yaşayaraq, xəyallarını yaşayacağın bir sabaha oyanmaq hardasa imkansızdır.

2. ƏSAS OLAN DAVAMİYYƏT, MÜNTƏZƏMLİK, ARDICILLIQDIR,
Bir gün, bir həftə etdiklərin deyil, davamlı, uzunmüddətli, təkrar-təkrar etdiklərin təyin edəcək alacağın mükafatın həcmini, keyfiyyətini, davamlılığını.

3. MOTİVASYA VƏ ÖZGÜVƏN QƏDƏRİNDƏ YAXŞIDIR. ABARTMA!
Başlamaq üçün özünə inanmağı gözləmə.Motivasya və həvəsi də, həmçinin.
Başla! Həm də, İndi!

4. ÖZ KİTABINI OXU. MÜTLƏQ!
Dünyadakı ən dəyərli kitablardan biri olan və istədiyin anda və istədyin yerdə açıb oxuya biləcəyin o kitabı daha tez-tez oxu, o kitabdan öyrənəcəklərini küçümsəmə və mütləq bunu bir vərdiş/rutin halına gətir. Kitabın Adı Nədir? Yazarı Kimdir?
ADI: Həyatın, öz təcrübələrin, uğurların, uğursuzluqların, ən stratejik manevrlərin, ağıllı qərarların, axmaq seçimlərin. Hərşeyinlə Həyatın!
YAZARI: Sən!

5. BİLMƏK, İCRAATDIR + YAŞAMAQDIR + NƏTİCƏLƏRDİR.
Oxuduğun kitabların, öyrəndiyin möhtəşəm ideyaların sayı ilə öyünmə. İşin, icraatın və nəticələrinlə öyün, bunlara fokuslaş, və bunları seç ölçü və meyar olaraq.

6. UŞAQ KİMİ DEYİL, SƏRKƏRDƏ KİMİ OL.
Uşaq kimi həvəslə (motivasya ilə) başlama, işləmə nə də bel bağlama həvəsə, motivasyaya, sərkərdə kimi STRATEGİYA ilə başla, işlə, və bucür də, davam et.

7. DİQQƏTLİ OL. XÜSUSİLƏ DƏ, ÖZÜNLƏ DANIŞARKƏN.
Ətrafdakı insanların sənin haqqında düşündükləri və dedikləri sənə təsir edəcək mənfi mənada, amma səni durduran, səni məğlubiyyətə düçar edən, təslimiyyət bayrağını qaldırmana səbəb olan SƏNİN ÖZÜN HAQQINDA DÜŞÜNDÜKLƏRİN, ÖZÜNƏ DEDİKLƏRİN OLACAQDIR, Özünlə və özün haqqında danışarkən, diqqətli ol. Çox Diqqətli!!!

8. PROBLEMLƏR MƏHV ETMƏK ÜÇÜN YOX, TƏLİM KEÇMƏK ÜÇÜN GƏLİRLƏR.
Yaşadığımız fəlakətlər, krizislər səni məhv etmək, nokaut etmək üçün deyil, getmək və olmaq istədiyin yerə hazırlamaq üçün gəldilər.

9. VAXTI DEYİL, DİQQƏTİNİ + ENERJİNİ İDARƏ ET.
ƏSLA! ƏSLA! ƏSLA! Vaxtımı idarə edəcəm demə, bunu etməyə çalışma. DİQQƏTİNİ + ENERJİNİ idarə et. Bunda ustalaşmağa çalış.

11. LAZIMSIZLARI AT. (MÜNTƏZƏM OLARAQ)
Həftədə bir dəfə desktop, iş masası, otaq və rəfdə təmizliklər edin. Mütləq nələrisə atın və qaydaya, səliqəyə salın. Bu daha çox hüzur, daha disiplinli zehin, daha şəffaf düşünmə gətirəcəkdir sizə.
Daha az önəmli unutqanlıqlarınız olacaq, daha az vaxt sərf edəcəksiniz materialların axtarışı üçün, daha yaxşı planlaşdıra biləcək, daha effektiv, sürətli və rahat olacaqsınız.

12.ÖZÜNDƏN ƏN AZI BİR VƏRDİŞİ/RUTİNİ AT.
Yeni ildə yeni bir biz arzulayırıqsa, bu ildə etdiklərimizin bir neçəsini artıq etməməliyik. Yeni BİZ üçün yeni biliklər, bacarılaq lazım olduğu kimi, köhnə bizdə olanların da tərk edilmiş olması şərtidr. Bilirsiniz bu qədim prinsipi: Sən Dəyişmədikcə Həyatında Dəyişməyəcək.

13. ÇOX OXUMAQ: BU TƏLƏYƏ DÜŞMƏ!
Çox oxumaq icraat olmadıqdan, test edilmədikdən, tədbiqata keçirilmədikdən sonra yaşadığımız fəlakətlərin ən əsas səbəbkarlarında biri olur asanlıqla.

14. İŞ MASANA SUSUZ OTURMA.
Kifayət qədər su içmədikdə bilirsiz beynin performansı düşür.

15. MƏNAYA VƏ DƏRİNLİYƏ FOKUSLAŞ.
Həyatının nə qədər sürətli, tempolu, məşğul keçməsi ilə deyil, nə qədər mənalı keçməsi ilə məmnun ol. Çör-çöp toplamağa deyil, inşa etməyə, yaratmağa, köklü dəyişikliklərə oyna.

16. PLANLARI SADƏCƏ ONLARI ETMƏK ÜÇÜN QURMA.
Plan qurarkən ilk hədəfin onları etmək, tamamlamaq, ikinci isə mütləq lazım olduğunda dəyişmək olsun. Mütləq nöqtəsinə, vergülünə qədər icra etmək üçün deyil, dəyişdirib, daha da, təkmilləşdirib icra etmək üçün qur planlarını.

17. RAHATLIQDAN, NARAHAT OL!
Ətrafdakı insanların çoxu səni təsdiqləyir, fikirlərinlə razılaşırsa, narahat ol. Səhf gedən nəisə var.

18. RƏDD ET VƏ ADDIMLA.
Kim olursa – olsun haqqında deyilən mənfi limitləyici ifadələri, sözləri, qənaətləri əsla qəbul etmə. O deyilən şeyi dünən etmiş olsan belə. RƏDD ET! Çünki, hər gün bircə addım digər yönə doğru atmaqla dəyişəcək və tam istədiyin kimi olacaqsan. Vazkeçmə + Tələsmə + Təslim Olma + Davam Et.

19. HƏRKƏSİN OXUDUĞU KİTABLAR TƏHLÜKƏLİDİR.
Oxuduğun kitabların hamısı ətrafındakı çoxluğun oxuduğu kitablardırsa bilki kitab seçimində səhflər edirsən. Mütləq səhfi tap və gərəkəni et.

20. TƏLXƏKLƏRI və PEŞƏKARLARI TANI.
Sosial medyanın uğurlularını (sahəsinin təlxəklərini) deyil, real uğurlu insanları dinlə + onlardan öyrən + düzgün alətlər, sistemlər, biliklərlə yaşa. Gələcəyinlə qumar oynama.

21. TƏSDİQ GÖZLƏMƏ. HƏM DƏ, HEÇKİMDƏN.
Bu gün özünə söz ver! Özünü bucür görəcək qəbul edəcək bucür inanacaqsan.
Hardan gəlirsənsə gəl, keçmişin nə olursa olsun , nə dərəcədə uğurlara imza atmış olursansa ol, Çox dəyərlisən, Sevgiyə Hörmətə Layiqsən, Bacararsan, Güclüsən, və bunların heç biri üçün kiminsə təsdiqləməsinə ehtiyyacın yoxdur..

 

Advertisements