Əvvəlki yazıda İradəmizi gücləndirməyin, daha güclü iradə sahibi olmağın və özümüzə verdiyimiz sözləri tutub, standartlarımıza uyğun həyatın yollarından ən önəmlisinin ÖZÜNƏ İNAM olmadığı fikrini sizinlə paylaşmışdım.

İlk olaraq bunu bilidrim ki, özünə inam yanaşmasının əleyinə deyiləm, ya də əhəmiyyətsiz olduğunu demirəm. Sadəcə yetərsizdir. Bütün situasiyalarda ən doğru yanaşma deyil. Hətta, bəzən məhz tək səbəbidir uğursuzluqlarımızın. Bunun niyəsini yazılarda bir-bir paylaşacağam və siz də daha yaxşı anlayacaqsınız.

Əvvəlki yazıda sərkərdə kimi STRATEGİYA başlayaq, işləyək və bu cür də davam edək demişdim.

Niyə strategiya? Nəyə görə bu yanaşma?

Çünki İRADƏ, İRADƏ GÜCÜ limitsiz deyil. Yəni, işləndikcə, istifadə edildkcə zəifləyir. Nə qədər çox istifadə edilərsə, növbəti iradə gücü tələb edən situasiyalarda biraz daha az resursla mübarizə aparmalı oluruq. Bu bir az qarışıqlıq yarada bilər zehnimizdə, amma azca səbirli olun, oxumağa davam edin, açıqlayıram.
Yəni, iradə gücümüz əzələ kimidir. İdman zalına gedib ard-arda fərqli ağırlıqlarla işlədikcə yorulduğumuz kimi iradə gücümüz də yorulur, zəifləyir. Amma davamlı, strateji, şüurlu, niyyətli olaraq iradəmizi çətinə saldıqca, limitlərinə doğru itələdikcə və çətinliklərlə test etdikcə də güclənir.

Məhz bunun üçün də çox diqqətli olmalıyıq. Xüsusilə də, ilk başlarda, ilk testlərimizdə,ilk pəhrizlərimizdə. Maksimum strateji olmalıyıq ki, iradə gücümüzü yoran nə varsa mümkün qədər ətrafımızdan təmizləyək ki, onlarla mübarizə aparmaq ehtiyacı belə qalmasın.

Misal üçün, əgər siz qərar verimisinizsə ki, a) həftədə iki-üç dəfə idmanla məşğul olacaqsınız, b) artıq zərərəli olduğunu bildiyiniz içkiləri tamamilə çıxaracaqsınız həyatınızdan, c) internetdə vaxtınızı israf etməyəcəksiniz, d) sahənizdəki o beynəlxalq dərəcəli sertifikatı almaq üçün oturub imtahana hazırlaşacaqsınız, e) ofisdə daha məhsuldar olacaqsınız…
Bu isə yeni bir həyat tərzi deməkdir.
Təsəvvür edin:
1. İşdən gəldiniz, yorğunsunuz, xatırladnız ki, zala getməlisiniz bu gün. Bunu etmək üçün iradə lazımdırmı?
2. Sabah ofisdə daha da məhsuldar olmaq üçün bu günü gözdən keçirib sabahı planlaşdırmaq lazımdırmı? Bəli. Həm də zaldan gəldikdən, o yorğunluqdan sonra.
3. Ahh, hələ o sertifikat üçün hazırlaşmaq var. Gününüzü dəyərləndirdiniz, sabah üçün planlar da qurdunuz, şam yeməyi də yediniz (şam yeməyində də, sağlam qidalanacaqdınız, unutmayın!). İndi bu qədər işdən sonra oturub o çətin materialları oxumaq, testləri etmək üçün disiplinli, intizamlı olmaq lazımdırmı?
4. Gecə internetdə sosial media hesabları, xəbər və magazin saytları, Youtube-dakı maraqlı videolar, inbox-unuzdakı mesajlar hamısı yadınıza düşəcək. Bunların hər birinə sırf erkən yatmaq və sabah dinc, istirahət etmiş olaraq oyanmaq xatirinə “YOX!” deyib yatmaq üçün iradə lazımdırmı?
5. Sabah oyandınız, geyim, səhər yeməyi, evdən vaxtında çıxıb işə gecikməmək, bütün bunları etmək üçün iradə lazımdırmı?
Bu suallarla mən sadəcə normal bir günü təsəvvür etməyə çalışdım və əminəm sizə də yad deyil.

Bəli bütün bunları etmək üçün bizə iradə lazımdır. Amma indi düşünün, siz sağlam qidalanacağam dediniz lakin, hələ də soyuducuda Coca-Cola var. Misal üçün, bundan sonra daha az şokolad yeyəcəyinizi demisiniz, amma soyuducuda şokolad da var.

Siz bu yuxarıdakı işləri edərkən bir anda susadınız və getdiniz mətbəxə, soyuducunu açdıqda Coca-Cola oradan təbəssüm edəcəkmi sizə, hələ şokolad dad reseptorlarınıza və mədənizə siqnallar göndərəcəkmi? Bəli. İndi bütün o işlər bir yana, siz bir də buna “YOX!” deyəcək iradəni özünüzdə tapmalısınız. Gəlin qəbul edək ki, bu an o içəcəyə və qidaya “YOX!” heç demək də isdəmirik. Nəyə görə? Çünki artıq “YOX!” demə bacarığımız yorulubdur, sabah oyanandan günün sonuna qədər istifadə etmişik. Üstəlik biz o içəcəyi və ya qidanı çox sevirik. Vərdiş etmişik illərdir. Hələ bu yorğun, stresli günün sonunda dərman kimi gəlir deyilmi?! Bunun üçün də “YOX!” deyə bilmirik. Bugün artıq son sabahdan başlayaraq içməyəcəyəm, yeməyəcəyəm və sair deyirik və əlimiz ahənglə uzanır və artıq məğlub olduq, həzz ala-ala həm də.

Bunu etdikdən bir müddət sonra nə olur? Özümüzü günahkar hiss edirik, artıq alınmayacağına inanırıq və bir neçə cəhdən sonra da qəbul edirik ki, yox, məndə alınmır, mənim iradəm zəifdir, iradəm yoxdur, iradəsiz insanam.Çox uzatmayacağam, mövzu daha ətraflı izah tələb etsə də. Qısası, bütün bunlarla nəyi demək isdəyirəm? İradə gücününü limitli olması ilə nə əlaqəsi var bu yuxarıdakıların?

Ofisdə daha məhsuldar olmaq, hazırlaşıb o beynəlxalq dərəcəli sertifikatı almaq, idmanla məşğul olmaq, sağlam qidalanmaq, bütün bunlar mütləq mübarizə aparmağa dəyər hədəflərdir. Biz bunlarla mübarizə apardıqca gün ərzində get-gedə iradəmiz zəifləyir. Yəni, hər növbəti bizi hədəfdən yayındıran əngələ iradə gücümüzün endirdiyi zərbə əvvəlkilərdən bir az daha zəif olur. Yaxud, bu zərbələri endirmə ehtimalı azalır.
Amma burada çox incə bir nüans var: hər gün bu mübarizəyə davam etdikcə və hədəflərimizə doğru irəlilədikcə iradəmiz güclənir. Daha güclü iradə sahibi oluruq.

İradənin zəifləməsi əsasən günlə əlaqəlidir. Yəni, bir istirahət etdikdən, yatdıqdan sonra növbəti gün zəifləmiş deyil, güclənmiş iradəylə başlayırıq günə.

İkinci olaraq, Coca-Cola və şokolad misallarına aydınlıq gətirim. Siz bu kimi əngəllərlə mübarizəni nə qədər çox aparsanız, o qədər iradə gücü resurslarınızı sərf etmiş, tükətmiş olursunuz. Bir az əvvəlki yazdığım vacib hədəflər üçün daha az resurslarınız qalmış olur. Bu da o hədəfləri başlama, bitirmə sürətinizi azaldır, bəzən də, hətta, tamamlamadan qalır və illərcə gözləyir.

Bunun üçün də o qədim atalar sözümüzü (Gözdən iraq olan, könüldən də uzaq olar) həyatımıza tədbiq edəcəyik ki, hər əngəl üçün iradə gücümüzdən istifadə etmək ehtiyacımız olmasın. Yəni, hansısa içkini və ya qidanı artıq qəbul etməyəcəyinizə dair özünüzə söz vermisinizsə, edəcəyiniz ən strateji seçim onları evinizdən, ofisinizdən, ətrafınızdan uzaqlaşdırmaqdır.
İnternetdə mənasız yerə vaxt sərf etməyəcəyəm deyirsinizsə, telefonla oynamayacağam deyirsinizsə, ən ağıllı olan işləməyə başladığınız anda söndürməkdir telefonu.
Yəni, İradə gücünüzü hər mənasız, lazımsız, əhəmiyyətsiz şey üçün sərf etməyin.

DƏRHAL EDƏ BİLƏCƏKLƏRİMİZ:

1. Əgər daha iradəli olmaq istəyirsinizsə, ilk öncə həyatınızın auditini edin və baxın nələri gözünüzdən uzaq edə bilərsiniz ki, könlünüzdən də, iraq olsun.
2. Bunu davamlı etməyə elə indi qərar verin. Çünki sadəcə bir dəfə etməklə həll olacaq bir problem deyil.
3. Ən vacib hədəflərinizi, layihələrinizi mərkəzə qoyun və iradənizi məhz bunlar üçün istifadə etməyə başlayın.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s