Bəli, növbəti yazıda görüşürük.
Xoş gördük. Təbrik edirəm davam etdiyiniz üçün.
Əmin olun buna dəyəcək.
Bu yazıda özümüzü sorğulayacaq və bəzi suallara acavab tapacağıq.
Öyrəndiyimiz və öyrənəcəyimiz bütün alətlər bu sualları soruşub cavablandırmadan çox effektli olmayacaq. Bunun üçün də, bu etap gözardı etmə cəsarətini göstərməyəcəyimiz kritik bir mərhələdir.
Başlayaq…
Bugün edəcəyimiz iş, aşağıdakı suallara cavabımızı. mümkün qədər şəffaflaşdırmaq, netləşdirməq, dəqiqlədirmək və spesifikləşdirməkdir.
Mən bunu etmiş olmağıma baxmayaraq yenədə, hələ də, bu suallar üzərinə təkrar-təkrar düşünürəm. Dəqiqliklə təyin edilmiş hədəfin önəmini, əhəmiyyətini nə qədər anlatsam az olar deyə düşünürəm. Çünki, bunun əksi, uğurszuluğa hazırlaşmaq, münbit şərait yaratmaq, uğursuzluğun həyatımıza gəlişi üçün bütün imkanları səfərbər etmək kimi bir şeydir.
İndi, bir anda həyatımızın bütün sahələrində mükəmməl iradə nümayiş etdirməyə çalışmayacağıq. Sadəcə, əsas sahələri seçəcəyik, hətta bəzən sadəcə əsas bir sahəni.
Yəni bir anda həm sağlam qidalanma, həm həftədə üç dəfə idman zalına gedib idmanla məşğul olma, gündə hazırkından 4-5 dəfə çox dərslərə, imtahanlara hazırlığa vaxt ayırma, ofisdə üç dəfə daha məhsuldar olmaq kimi bir çox hədəfə eyni anda fokuslaşmayacağıq.
Bunların hərbirini eyni anda etmənin mümkün olmadığını demirəm. Çox əla mümkündür. Amma, başlanğıc üçün bunların effektli olmadığını paylaşmaq isdəyirəm. Ancaq, siz bugünə kimi olan həyat tərzinizə görə sizin üçün nəyin çox ola biləcəyinə qərar verib hədəflərinizi də, uyğun olaraq seçəcəksiniz.
Bu sualları özümüzdən soruşacaq və dəqiq cavab verəcəyik.
Daha güclü iradə sahibi olmaq nə deməkdir? Həyatımda hansı dəyişikliklər olacaq mən bunu bacarsam? Daha güclü iradə sahibi mən indikindən nələrlə fərqlənəcək?
Ən əsası isə, iradə gücümü hansı hədəflərim üzərində nümayiş etdirəcəyəm?
Suallar sadəcə bunlar olmaq məcburiyyətində deyil. Siz özünüz də, daha da məqsədinizi spesifikləşdirmək, daha net, şəffaf, aydın şəkildə zehninizdə hədəfinizi görmək üçün sualların sayını çoxalda, fokusunu isə mümkün qədər daralda bilərsiniz.
Əgər sabaha, ya da, növbəti həftəyə tamamən indikindən fərqli bir biz olaraq oyanmağə ümid ediriksə bu olmayacaq. Amma, bu zamanla mütləq bacaracağımız bir hədəfdir.
Gəlin bir həftə, bir ay ərzində edə biləcəklərimizi həddən artıq şişirtməyək, altı ay, bir il, beş il ərzində edə biləcəklərimizi isə kiçiltməyək, önəmsizləşdirməyək.

İndi növbəti yazını oxumadan öncə, yəni mən növbəti yazını hazırlayıb paylaşana qədər oturun və yuxarıdakı sualları cavablandırın.
Amma, sağollaşmadan öncə bir xatırlatma edim:
İradənizi gücləndirə biləcəksiniz bundan 100% əmin ola bilərsiniz.
Amma, təyin edin, hücum planınızı hazırlayın və ilk nəyə hücum edəcəyinizi bir sərkərdə həssaslığı ilə dəqiqləşdirin. Şuarımızı xatırlayın: Uşaq Kimi Həvəslə Deyil, Sərkərdə/CEO kimi Strategiya İlə işləyəcəyik.
İndi sizin bir, mənimdə həmçinin bir öhdəliyim var işləməli və tamamlamalı olduğumuz.
Sizin öhdəliyiniz oturub hədəfi netləşdirmək .
Mənim öhdəliyim isə, istifadə edəcəyimiz alət, metod və strategiyaları hazırlayıb paylaşmaq.
Mən söz verirəm çox effektli, güclü alətlərlə gələcəyəm növbəti görüşümüzə, siz də, söz verin ev tapşırığını etməyə və başlayın.

Gerisayım başladı…

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s