100% əmin deyiləm ilk olaraq kim çıxış edibdir bu fikirlə, amma ilk Brian Tracy-dən eşitmişəm, həmçinin bir çox digər dünyaca məşhur mütəxəssislərin də qaynaq olaraq cənab Tracy-ni göstərdiklərini oxumuşam və dinləmişəm dəfələrlə.

Bu, məhsuldarlıq, vaxtın idarə olunması mövzuları ilə əlaqəlidir.

Yəni, Brian deyir ki, hər gün nəqliyyatda kifayət qədər çox vaxt sərf edirik və bu vaxtdan maksimum şəkildə faydalanmalıyıq. Bunu da motivasya edici, öyrədici audiokitabları, cd-ləri dinləməklə edə biləcəyimizi deyir. Çox əla bir məsləhətdir. Doğurdan da, bu vaxt ərzində çox şey öyrənmək olar.

Bəs niyə mif dedim? Çünki, cənab Tracy-nin, həmçinin bu fikri Brian Tracy-dən alıb, dinlləyicilərinə, oxuyucularına təklif edən hərkəsin təkrar-təkrar, həyacanla vurğuladığı bir nüans var ki, heç cürə razılaşa bilmirəm. O da budur ki, biz bunu edəriksə, X vaxt ərzində y sayda kitab oxumuş olacağıq, bu da, ABŞ-da prestijli universitetlərdə PhD (doktorantura) üçün tələb olunan kitab sayına bərabərdir. Demək ki, bu qədər vaxt biz bu audiokitabları dinləsək, CD-lər alıb onlardan öyrənsək, PhD təhsilinə bərabər təhsil almış olacağıq. Bunu etdikdən sonra isə özümüzü PhD səviyyəsində bilikli, intellektual olaraq qəbul edə bilərik artıq. Həm də ABŞ-in ən prestijli PhD proqramlarının məzunları ilə eyni səviyyədə.

Bilmirəm sizin PhD təhsiliniz varmı, yaxud da PhD təhsili alan neçə nəfərlə söhbət etmə və bu proses haqqında bilgi alma imkanınız olubdur. Üstəlik ABŞ-ın cənab Tracy dediyi kimi ən prestijli universitetlərində PhD təhsili alan insanlardan.

Mənim PhD təhsilim yoxdur, amma proseslə tanışam və ABŞ-ın ən prestijli unievrsitetlərində, ən ciddi sahələrdə hazırda PhD təhsili alan və bitirmiş bir çox insanla dostluğum, tanışlığım olubdur və hazırda da var və bu mövzu ətrafında da söhbətimiz olubdur dəfələrlə. Hazırda da imkan olduqca bu insanları dinləyir, bunlardan öyrənirəm.

Həm bu söhbətlərdən, həm öz araşdırmalarımdan təxmini bilirəm nə qədər çətin bir prosesdir PhD təhsili almaq. Bu proqramı bitirmək və məzun olmaq.

İndi gələk Tracy-nin dediyi metoda.

PhD demək ilk öncə bu deməkdir ki, çox dar, spesifik bir problem, sual üzərində işləyəcək və 5-7 il bu suala cavab axtaracaqsınız. Bu suala cavab axtarmaq üçün sadəcə səhər evdən çıxıb, işə, məktəbə gedərkən dinləyəcəyimiz kitablardan öyrənmək hardasa mümkünsüzdür.
Niyə?
Çünki ilk tələb fokusdur. Yəni ,o qədər diqqətlə dinləməsinizi ki, doğurdan da, detalları ilə eşitdiklərinizi anlaya biləsiniz. İkincisi, siz PhD-ikən cavab axtardığınız suala cavab tapmağınıza köməklik edəcək kitablar da avtomobilinizi idarə edə-edə rahatca dinləyib, tam anlayıb, oldu deyəcəyiniz qədər asan kitablar deyil.

Bundan əlavə, burada bir sadə riyazi hesablama var. x vaxt ərzində material dinləsən, bu y sayda kitab edir.

İndi deyək ki, dinlmək də, anlamaq da, mümkündür, o zaman bu kitabı neçə dəfə təkrar-təkrar dinləməlisiniz ki, a) tam anladığınıza qənaət gətirə biləsiniz. b) incə nüansları gözdən qaçırmayasınız c) kitabda qrafiklər, statistik göstəricilər və s. varsa, onları sadəcə dinləməklə zehninizdə həkk edəsiniz. Hələ bu araşdırmalara bir də tənqidi yanaşmaq var, sorğulamaq var, bunlara isə çox toxunmuram hələ.

Sadəcə bu göstərir ki, təkrar ehtimalı mütləq var. Bu isə sizin metroda kitab dinləməklə PhD olma ehtimalınızı, artıq Brain bəyin və onun izləyicilərinin təklif müddətni, vaxt limitini ciddi fərqlə ötüb keçəcəkdir. Yəni gündə 40-60 dəqiqə audio kitab dinləməklə sizin cənab Tracy-nin dediyi kimi PhD səviyyəsində biliyə sahib olmağınız, ixtisaslaşmağınız təxmin edin nə qədər vaxt alacaq sizcə?

Bu mövzunu niyə işlədim, niyə yazdım bu yazını?

Brian Tracy ilə düşmanlığımmı var? Əlbətdə yoxdur. Kitablarının çoxunu oxumuşam, özü ilə şəxsən görüşmüşəm də.

Aşağıdakı səbəblərdən yazmağa qərar verdim bu yazını.

Birincisi, bu çox əla səslənir. Oxumağa, öyrənəmyə, şəxsi inkişafına maraqlı olan gənclər deyirlər ki, əla, artıq bir neçə ilə fərqli sahələrdə PhD ola biləcəyəm. Diplomum olmaya bilər, Stanfordda, Oxfordda oxumaya bilərəm, amma mən bunu bacaracağam. O universitetlərdə PhD təhsili alanlarla eyni səviyyədə olacağam tezliklə (mən də ilk dəfə Tracy-dən bu təklifi eşidəndə belə düşünmüşdüm).

İkincisi bu metoda inananlar davamlı bunu etməyə başlayırlar və özlərini artıq tezliklə məzun olacaq PhD -lər olaraq təsəvvür edirlər. Artıq ABŞ-ın ən nüfuzlu universitetlərindən məzun olmuş PhD-lərdən heç də az bilmədiklərini düşünürlər.

Üçüncüsü bu saxta özgüvən, özünə inam yaradır, içi boş intellektual imic yaradır və bu insanlar irəlilədiklərini düşünərkən çox xoş niyyətləri olmasına baxmayaraq özlərini limitləmiş olurlar.

Sonda isə bunu deyəcəyəm, metod əladır. Yəni, davamlı nəqliyyatda telefonla oynamaqdansa, vaxtı boş keçirməkdənsə, bilik toplamaq əlbətdə çox əla, çox ali bir davranışdır. Amma bununla heç kim, dünyanın ən prestijli PhD proqramına bərabər bilik, bacarıq, mütəxəssisləşmə əldə edəcəyinin boşuna xəyallarını qurmasın, nə də inanmasın buna.

Çünki bu tamamən bir cəfəngiyyat, bir mifdir.

Elə Amerkanların dediyi kimi,

“Sounds Too Good, To Be True.”
Doğru Olmayacaq Qədər Yaxşı Səsələnir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s