Ayna-Ayna Söyləmə Mənə! Güzgüdə Görə Bilmədiklərimizdir Səbəb.

Çox məşhur bir deyim var. Hnası ki, uğursuzluqlarımızın səbəbini tapmaq üçün ən ideal metod olaraq təklif olunur tez-tez. O da budur ki, bir problem varsa, güzgüyə bax səbəbkarı orada görəcəksən. Bu doğru olmaqla yanaşı, bir çox hallarda çox təhlükəlidir. Çünki, bu tövsiyyənin əsas mesajı budur ki, həyatındakı bütün mənfiliklər üçün sadəcə özünü günahlandır. Bu məsləhətin faydası olduğu kimi, həm də, çox təhlükəlidir. SƏbəb  isə, bunu edən insanların özlərini günahlandırmaları, tənqid etmələridir.

Bir çox hallarda da, bu günahlandırmalar özünü dəyərsiz hiss etməyə, bacarıqlar, istedadlar və bilik baxımından özünü digərlərindən aşağı, geridə görməyə və zamanla bir daha cəhd etməməyə səbəb olur. Yəni, çətinliklər qarşısında təslimiyyət bayrağını qaldırmış olaraq keçəcək və bitəcək, israf olunmuş bir ömrə.

Amma, biz yanaşmamızı dəyişsək və təkrar uğursuz olmadan qorxmasaq bu tələyə düşməyəcəyik. Uğursuz olduğumuzda bunun təkrarlanmaması üçün, sadəcə güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Yəni, daha sistematik, disiplinli və soyuqqanlı bir şəkildə analiz edəcəyik ədlə etdiyimiz nəticələri. Bu analizlər zamanı isə, faktlara baxacağıq sadəcə. İlk olaraq lazımlı bütün datanı toplayıb bundan sonra səbəbin axtarışına başlayacağıq. Yəni, sadəcə özümüzü günahlandırmaqla yetinəcək qədər saf olmayacağıq.

Diqqətlə sorğulayacağıq uğursuzluğumuz,

a) yetəri qədər bilik sahibi olmamağımızdan.
b) istifadə etdiyimiz metodlardan.
c) strategiyamızdan.
d) təyin etdiyimiz son tarixin realist olmamasından.
c) enerji səviyyəmizin yetərli qədər yüksək olmamasından.
d) köhnə vərdişlərimizdən.
e) diqqətimizi idarə etməməkdən.

və ya başqa bir və ya, bir neçə səbəbdənmi oldu?

Səbəb/lər  ilk ağlımıza gələnlər olmayacaqdır. Bunun üçün də, hisslərimizin zehnimizi buludlaşdırmasına izin vermədən labaratoriyadakı bir elm adamı kimi nəticələrimiz üzərində sorğulamalar etməliyik.

Biz əgər məğlubiyyətlərimizə bucür yanaşsaq , və yenidən cəhd edib hər arzuolunmaz nəticədən sonra sadəcə özümüzü günahlandırmaqla kifayətlənməsək. Daha çox vaxt alan, disiplin tələb edən, şikayətlənməyi, deyinməyi bizə qadağan edən bu metodu tədbiq etsək, o zaman daima yeni cavablar tapcağıq. Bu tapacağımız cavablar vasitəsilə də, növbəti mərhələyə yüksələcəyik və bu proses durmadan təkrarlanacaq. Yəni, davamlı olaraq MÖHTƏŞƏMLİYİMİZƏ doğru səyahət halında olacağıq.

Bunun üçün də, əsla güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Güzgüdə görə bilmədiklərinizi tapmağa və onlar üzərində işləməyə çalışacağıq.

Edə biləcəklərimiz Edisonun dediyi kimi, gördüyümüz, şahid olduğumuz halda öz ağlımızı belə təəccübə salacaq qədər böyükdür. Bunu reallaşdıra bilmənin yolu da, ən versiyamızın səhnəyə çıxmasıdır.
Möhtəşəmliyimizə söz haqqı verilməsi labüddür. Və möhtəşəm bizim arenaya çıxması isə sonugəlməyən bir prosesdir. Limitimiz bizə məchuldur. Əldə etmiş olduqlarımız, edə biləcəklərimizə müqayisə bilə edilməyəcək qədər cılızdır. Cılız nəticələrlə öyünmək isə hisslərinə qapılmaq, bir uşaq kimi baxmaqdır həyata.

Sizin də, artıq möhtəşəmliyinizin sədasını duymaq üçün səbirsizləndiyinizi bilirəm. Bunun üçün də, artıq qorxmayın uğursuzluqlardan. Və kifayətlənməyin güzgüdə gördüklərinizlə. Bundan sonra güzgüdə görə bilmədiklərinizi görməkdir hədəf. Və təkrar – təkrar test etmək, yoxlamaq, cəhd etməkdir. Burada da, qalmamaq. Bunların hər birindən öyrənməkdir.

Yanıltmac kimi olacaq amma, yazmalıyam bunu.

Çox darıxıb sizin üçün, möhtəşəm siz.

Sizcədə, bu möhtəşəm görüş üçün gecikmirsinizmi?

 

 

 

Elon Musk sizi imtahan etsəydi nəticə necə olardı?

Dünən, Elon Musk haqqında yazılmış bir kitabı oxuyub bitirdim.

Kitabdan çox şey öyrəndim. Hələdə, məni düşündürən cümlələr zehnimdə səyahət etmədkdədir. Amma, bu yazıda onların hər birini tək-tək paylaşmayacağam. Sadəcə kitabı oxuyarkən, bir an, durub düşünməyimə səbəb olan, məni heyrətə salan paraqraflardan birində yazılanlar haqqında olacaq bu yazım. Bu paraqrafda, Elon Muskla bir müddət dostluğu olmuş bir xanımın, bir gecə telefonda söhbət edərkən Muskın haqqında danışdığı bir arzusu ilə bağlı anlatdığı xatirəsidir. Bu arzu, özündə nəhəng uğurlara imza atmağın, hansısa bir sahədə/sahələrdə inqilabi yeniliklər edə bilmənin sirrini gizlədibdir.

Haqqında danışdığım bu paraqrafdakı xatırəni anladan xanım Christiedir.
İlk tanışlıqları Muskın ad günü qonaqlığında olmuşdu.
Bu  tanışlıqlarından sonra, uzun müddət fərqli vaxtlarda telefonla əlaqə saxladıqlarını, Muskla söhbətlərinin çox maraqlı olduğunu, hətta bir gecə telefonda Muskın ona dedikləri haqqında, “həyatımdakı ən qeyri adi anlardan, təcrübələrdən biri idi” deyə anladır Christie. Məhz dediyim o sirr də, o gecə Muskın Christi ilə paylaşdığı bu cümlələrdə idi.

Cümlələr belə idi: “Yemək yemədən yaşamağın bir yolunu tapa bilsəydim, daha çox işləyə bilərdirm. Kaş, lazımlı qidaları , yemək üçün oturmağa ehtiyac qalmayacaq şəkildə  qəbul etmənin bir yolu olardı.”

Yəni qısacası, Musk arzu edirdiki evdə, restoranda oturub yemək yemək üçün vaxt sərf etməsin, amma yenədə hansısa yolla ehtiyacı olan qidaları qəbul etmənin bir yolunu tapsın. Bununla da, yemək yeməyə sərf edəcəyi vaxtı, işə, işləməyə sərf etsin. 🙂

Burada mənim diqqətimi çəkən bir nüans var. O da, Muskın daha o vaxtlardan işləməyə, əməyə qarşı olan arzusu, istəyidir. Bu niyə diqqətimi çəkdi? Niyə bu haqda yazmağa qərar verdim?
Çünki, hazırda uğurun, qalibiyyətin, zəvəfərin sirrlərini, fəlsəfəsini, qızıl qaydalarını öyrətdiyini vəd edən bir çox məşhur mütəxəssislərin, kouçların, təlimçilərin və onların kitablarının, məqalələrinin dedikləri kimi, pozitiv düşüncə, oturub xəyallar qurma, kainatın kömək etməsini ümid etmə. Qlaktiklara mesajlar göndərmə. Öz-özünə müsbət təlqinlərlə mesajlar vermə və.s kimi fərqli metodlar çox dəbdədir.

Amma, real iş, əmək, zəhmət, icraat olmadan.
İnsanın hədəfi uğurunda mübarizə zamanı sərf etməli olduğu QTG (Qan + Tər + Gözyaşı) -ni gözardı edərəkdən böyük uğurlar qazanacağını düşünmək, inanmaq və bu fəlsəfə ilə yaşamaq uğura deyil, möhtəşəm uğursuzluqlara aparan bir yoldur..

Yuxarıda yazdıqlarımın da, faydaları var əlbətdə ki, amma işləməyə həvəs olmadıqdan sonra. Əmək sərf etməkdə könülsüzlük olduğu halda. Yorulmaq narahat etdikdən sonra. Mübarizə zamanı yaşayacağı krizisləri anormal qəbul etmə, həyatı ədalətsizliklə suçlamaqla.  Tər tökmədən, əngəlləri tərpətməyi arzulamaqla ciddi uğrular qazanmaq xoş və saf bir xəyaldan başqa bir şey deyildir.

Bunun üçün də, indi özümüzdən soruşaq və cavab verək.

1. Uğurlu olmağımı nəyə və nələrə bağlayıram?
2. Oturub pozitiv xəyallar qurmağımı daha çox istəyirəm, yoxsa qollarımı çirmələyib işə başlamağımı?
3. Zəhmət çəkmək, əmək sərf etmək, yorulmaq məni qorxudur, narahat edir, yoxsa gündəlik həyatımın bir normal hissəsi kimi baxıram bunlara?

Bu yazıda verilən mesaj yemək yeməyək, günün oyaq olduğumuz hər saatını işləyək demək deyil əsla.
Buradakaı mesaj sadəcə budur: Hədəflərinizi, xəyallarınızı reallaşdırmaq üçün İŞLƏMƏYƏ nə qədər istəklisiniz? İCRAAT aşqınız nə dərəcədədir? Evrənin, qalaktikaların gəlib sizi uğurlu etməsini, sehirli xalatın sizi xəyalalrınıza aparmasınımı ümid edir, gözləyirsiniz yoxsa, İşləməyən Dişləməz milli düsturumuza inanıb, daha nə qədər çox işləyə bilərəm sualınamı cavab axtarırsınız?

Hərbirimizin tanıdğı uğurlu insanlar hansılara ki, heyranlıqla baxırıq, və onlar kimi uğurlu olmağı arzuladığımmızı deyirik. Amma, sorğulayırıqmı özümüzü, onlar qədər işləməyi, fədakarlıqlar etməyi, zəhmət çəkməyi də arzulayırıqmı?

Elon Musk sizi, arzularınızı reallaşdırmaq üçün işləmək istəyinizi, bu istəyinizin şiddətini sorğulasaydı, imtahan etsəydi 100 üzərindən neçə alardınız sizcə?

 

Steve Jobs-un bu vərdişi ilə, Daha Kreativ Olacaq + Fiziki Aktivliyinizi Artıracaq + Sevdiklərinizə Daha Çox Vaxt Ayıra Biləcəksiniz.

Steve Jobs-un ən çox bilinən və məşhur vərdişlərindən biri, görüşlərini  yürüyüş halında etməsi idi. O şirkətə işə almağı düşündüyü insanlarla ilk görüş zamanı onları adətən şirkət ətrafında birlikdə yürüyüşə dəvət edirdı.
Facebook-un  CEO-su Mark Zuckerberg şirkətdə hansısa yüksək səviyyəli bir vəzifə üçün müsahibə alacağı namizədlərlə adətən ilk görüşünü, onları kampusda gəzintiyə dəvət etməklə başlayır. Bu namizədləri kampus ətrafında gəzdirir, fərqli bölmələri göstərir və həmçinin onların fikirlərini alır.
Növbəti nümunə isə Bethovendir. Bethoven davamlı qısa bucür yürüyüşlərə çıxmaqla yanaşı, nahar saatlarında Viyenada gəzdiyi də, bilinən vərdişlərindəndir. Yürüyüş zamanı zehnində hərhansı bir fikir yarandığında onu dərhal yazmaq üçün Bethoven özü ilə bir qələm və kağızda götürürmüş.
Bunu ekstrim səviyyədə edən də, var idi, o da Charles Dickens. Ekstrim deyərkən nəzərdə tutduğum onun bu yürüyüşlər zamanı qət etdiyi məsafə idi. Dickens həmçinin sadəcə gündüzləri deyil, gecələri də, bucür uzun yürüyüşlərə çıxırdı. Ekstrim dedim çünki, gündə 30 mayl (mile) yeridyi olurdu.
Bunlar sadəcə bir neçə misaldır və bunun nümunələri çoxdur. Yazının çox uzun olmaması üçün sadəcə bu qədər yazmağa qərar verdim. Maraqlananlar ətraflı məlumat tapa bilərlər.
Bu vərdişi ilə, bilinən insanların ən çox dilə gətirdikləri, bu yürüyüşlər zamanı daha kreativ düşünə bildikləri iddiasıdır.
Bu iddianı Stanford universitetindən Marily Oppezzo və Professor Daniel Schwartz araşdırmağa qərar verdilər. Nəticə çox maraqlı idi. Yəni yürüyüşün kreaitvliyi 60% artırdığını tapdılar.
Həm də, yürüyüşün mütləq açıq havada olması da, şərt deyil. Yəni evdə, ofisdə də, qısa bir yürüyüş bu baxımdan sizə kömək ola bilər. Yəni əsas olan yürüyüşdür, ətraf/mühit deyil.
Oppezzo hətta, bu mövzuda indiyə kimi heç bir elmi araşdırma, eksperiment edilmədiyini də, deyir.
Bu araşdırmanın tapdığı digər maraqlı nəticə isə bu idi ki, hətta qısa bir yürüyüşdən sonra oturduqda belə bu kreativ düşünmədəkə bu oyanış, artım davam edir.

Araşdırma zamanı gəlinən başqa bir nəticə var idi o da, yürüyüşün kreativ düşünməyə yardım etməsinə baxmayaraq, fokuslanmış düşüncə üçün ideal olmadığı idi.

Başlıqda həm kreativlik dedim, həm fiziki aktivlik, həm də sevdiklərimizə daha çox və keyfiyyətli vaxt ayırmaq. Başlıqla yuxarıdakıların nə əlaqəsi deyə bilərsiniz.

Yuxarıdakı bilgilərdən də, məlum olduğu kimi sadəcə gün ərzində yürüyüşlərə çıxmaqla kreativliyimizi artıra bilərik. Amma, bu əlbətdə ki, məqsədli olacaqdır. Yəni, hansısa cavab tapmaq istədiyimiz bir sual, həll etmək istədiyimiz bir problem, öhdəsindən gəlmək istədiyimiz bir çətinlik olacaq və bu məqsədlə edəcəyik bunu.

İkinci olaraqsa, sadəcə fiziki aktivlik niyyəti ilə edə bilərik bunu. Bu da, biraz daha aktiv olmalıyam, amma vaxt atapa bilmirəm deyənlər üçün çox əla bir fürsət + metoddur. İşdə nahar saatlarında, həyətdə vəya yaxınlıqdakı parkda vəya sahildə bunu edə bilərsiniz.

Üçüncü isə, telefon, skype kimi görüşlərimizi planlaşdıra bilərik. Bu xüsusilə də, sevdiklərindən, yaxınlarından uzaqda olan, həmçinin işləri çox olub vaxt tapmaqda çətinlik yaşayanlar üçün çox faydalı olar. Mən hazırda, xaricdə olduğumdan yaxın olan insanlarla sadəcə səsli vəya görüntülü zənglərlə əlaqə saxlaya bilirəm. Və bu zəngləri imkan olduqca artıq həyətdə, parkda, vəya universitetin kampusunda yürüyüş halında etməyə qərar vermişəm. Çünki bu yolla həm daha çox vaxt ayıra biləcəyimi, həm də, yuxarıdakı həm kreativlik həm də, fiziki aktivlik baxımından da, faydalı olacağını düşünrəm bu qərarın.

Və, hansısa şirkətdə işləyirsiniz vəya, öz şirkətiniz varsa o zaman işə almağı planlaşdırdığınız namizədlərlə də, bunu yoxlaya bilərsiniz. Əlbətdə ki, bu bütün namizədlərlə bunu etmək demək deyil bu. Bu halda da, həm fiziki aktivlik tələbatını ödəmiş, həm də, görüş zamanı kreativliyinizi artırmış olacaqsınız.

Elə indi qərar verin, bu metodu ilk nə zaman harada və nə üçün istifadə edəcəksiniz?

Hələ axşam deyilsə elə bugünə planlaşdırın (Əldən Qalan Əlli İl Qalar), artıq gecdirsə sahaba planlaşdırın və də edin.

Uğurlar!…