MEB uğur düsturları adlandırdığım qısaltmalardan biridir. MEB nə deməkdir?
M: Maksimum E: Elastiklik B: Bacarığı deməkdir.
Əgər siz böyük uğurlar qazanmış insanlardan soruşsanız ki, sizin uğurlu olmağınızda ən çox hansı xüsusiyyətiniz sizə köməklik edib, onların hər biri sadalayacaqları xüsusiyyətlər arasına mütləq MEB-i də əlavə edəcəklər. Onlar bunu əlbəttə ki, MEB kimi adlandırmır, nə də MEB mənim ixtiram deyil.
Mən bunu sadəcə daha yaxşı yadda qalması və maraqlı olması üçün bu formada işlədirəm. Onlar mütləq sizə deyəcəklər ki, əsas səbəblərdən biri o oldu ki, fərqi yoxdur neçə dəfə məğlub oldum, uğursuzluğa uğradım, amma əsla və əsla geri çəkilmədim, vazkeçmədim, çıxdığım yoldan geri dönmədim. Hər dəfə uğursuz olduğum zaman cəhdlərimi sonlandırmağı və başqa hədəflər arxasınca getməyi yox, məni ilk hədəfimə aparacaq başqa metodlar, vasitələr tapmağı seçdim.
Həyatda uğursuzluq yaşamayan, məğlubiyyəti dadmayan insan yoxdur. Həm ciddi nəaliyyətlərə imza atmış insanlar, həm orta səviyyədə uğurlu olanlar, həm də uğursuz insanlar, hər kəs dəfələrlə uğursuzluq yaşayır. Uğurlu insanları da uğursuzlardan ayıran əsas fərqlərdən biri məhz bu uğursuzluqlar ard-arda gəldikdə onların bunu özlərində necə şərh etdikləri və buna necə reaksiya verdikləri olub.
Bir qrup insan uğursuz olduğu anda bacarıqsız, istedad baxımından digərlərindən zəif olduğunu və gəlcəkdədə, heç nəyin dəyişməyəcəyini və uğursuzluğun, arzulamadığı bir həyat yaşamağın alın yazısı olduğunu qəbul edir. Bundan sonra isə həyatını tamamilə kənar təsirlərin nəzarətində yaşayır. Özünə aid olmayan bir həyatı yaşayır, həm də buna “mənim həyatım” deyərək. Başqa bir qrup insan da var ki, bunlar üçün uğursuzluq həyatın hava, su kimi lazımlı və qaçılmaz tərkib hissələridir.
Bu insanlar MEB-i öz həyatlarına tətbiq edən insanlardır. MEB-i özündə formalaşdırmayan insanlar ciddi uğurlara da imza ata bilməzlər. Çünki vazkeçmək uğursuz insanların xüsusiyyətidir. Qaliblər adətən, vazkeçməyənlərdir. İnsanlar kənardan onların nəaliyyətlərini “şanslıdır, bəxti gətirir, day-dayı var” və s. kimi əsassız səbəblərə bağlayırlar, amma adətən onların göz qamaşdırıcı qalibiyyətlərinin arxasında əksəriyyətin görmədiyi acı təcrübələr, ağır çətinliklər, ümidləri öldürən uğursuz nəticələr dayanır.
Əgər zehnin ekranlarında seyr etdiyin xəyallarını reallaşdırmaq istəyirsənsə, MEB-i özündə formalaşdırmalısan. Çıxacağın yolda çətinliklər, uğursuzluqlar, problemlər olacaqsa, sənin də MEB-in olacaq. Bir çox vaxt böyük inamla belə olsa, atdığın addım uğursuzluqla nəticələnəcək və bu dəfələrlə təkrar olunacaq, amma səndə MEB olduqdan sonra bunlar səni yolundan döndərməyəcək, əksinə daha da gücləndirəcək. Hər məğlubiyyətdən bir çox dərslər öyrənəcəksən. Bu öyrəndiklərinlə də gün keçdikcə daha müdrik və daha uğurlu olacaqsan.
Etdiyin cəhd alınmadıqda durub düşünəcəksən, yeni yollar axtaracaqsan, gah yeriyəcəksən, bəzən qaçacaqsan, bəzən daha ağır əmək sərf edəcəksən, bəzən sadəcə dayanıb dua edəcəksən və bir müddət gözləyəcəksən, amma əsla vazkeçməyəcəksən. Su axan bir yerdə suyun qarşısına nə isə bir əşya qoy və izlə. Su ilk əvvəl bir yerdə toplanacaq və daha sonra isə o əşyanın ya sağından, ya solundan, ya da ondan daha çox olub üstündən axmağa davam edəcək. Uğursuzluq sənə “alınmır, vazkeç” demir, “bacararsan, amma başqa cür və yenidən cəhd et” deyir. Bruce Lee də “Su Kimi ol, Dostum” deyərkən bunu nəzərdə tutmurdumu?!
Su Kimi Ol, dostum, QARŞISIALINMAZ OL!
Bənzər Yazılar:
- W. Buffet şəxsi pilotuna hədəf seçməyi bucür öyrətdi. 25-5 Metodu!
- İşinizdə irəliləmək istəyirsinizsə, işə vaxtında getməyin! Əsla! II
- Sahibkarlıqla bağlı MIT-də öyrəndiyim üç əsatir
- S. Jobs bu tövsiyəni NIKE-ın CEO-su Mark Parkerə deyil də, sizə versəydi, nələrə “YOX” deyərdiniz?
- 400 İldir Həll Edilə Bilməyən Teoremin Cavabını Tapan Oxfordlu Professor Uğurun Sirrini Açıqlayır.
- İşinizdə irəliləmək istəyirsinizsə, işə vaxtında getməyin! Əsla!
- Maria Şarapovanın uşaqlıqdan gələn çempionluq sirri
- Kobi Brayant və Ən Yaxşı Olmanın Sirrləri I