İşinizdə İrəliləmək İstəyirsinizsə, İşə Vaxtında Getməyin! Əsla! II

Yəqin ki, kiminsə sizi məsuliyyətsiz, qeyri-peşəkar, intizamsız kimi qiymətləndirməsini istəməzsiniz. Deyə bilərsiniz ki, başqalarının mənim haqqımda fikirləri vecimə deyil:

— Kim nə düşünürsə, düşünsün, nə deyirsə, desin – öz işidir.

Bu belə olsa da, bunun sizin davranışınıza təsir etdiyini artıq bilirsiniz. Siz əhəmiyyət verməyə bilərsiniz, amma bu sizdən asılı olmadan özünü göstərir. Əsla demirəm ki, mütləq başqalarının haqqımızda yaxşı düşünməsi xatirinə işləməliyik. Onda bu, insan ömrünün israfı demək olar.

Burada çox incə bir xətt, bir sərhəd var: biz əhəmiyyət verməyə bilərik, amma bu təsirdən kənarda qalmaq da mümkün deyil.

Bu zaman etdiklərinizin əsas məqsədi digərlərinin haqqınızda yaxşı düşünməsi yox, özünüzə hörmət və özünüzə verdiyiniz dəyərdir, güclü bir xarakter formalaşdırmaqdır.

Özümüzə hörmət etdiyimiz üçün, bu şüuraltı qiymətləndirmələrin bizim gələcəyimizə mənfi təsirinin qarşısını almaq üçün, layiq olduqlarımızı əldə etmək üçün, ətrafdakıların bizim haqqımızda mənfi qənaətlərini aradan qaldırmalıyıq. Bunu etməyin bir yolu da ən azı beş dəqiqə əvvəl ofisdə, iş yerində olmaq vərdişini özümüzdə formalaşdırmaqdır.

Yəni, işə əsla vaxtında getməməliyik. Belə bir məqsədimiz olmamalıdır. Ən azı beş dəqiqə əvvəl işdə olmaq vərdişinə yiyələnməliyik.

Bunu edə bilmək üçün, qeyri-adi istedad, dərin bilik və təfəkkür, fövqəltəbii güclər, beynəlxalq dərəcəli sertifikatlar və s. lazım deyil. Hər birimizin edə biləcəyi bir şeydir.
Şirkətinizi, müdirinizi, işinizi sevməyə bilərsiniz, amma bunların bu vərdişin həyatınızda kök salıb, daha yaxşı iş tapmaq ehtimalınızı hər gün bir neçə faiz daha azaltmasına izacə verməyin. Bunu özünüz üçün edin. Formalaşdırdığımız hər müsbət vərdişin yan təsirlərinin nə dərəcədə əhəmiyyətli olduğunu da bilirsiniz.

Yəni, bu sadə dəyişikliklə ətrafdakı insanların haqqınızda qənaətlərinə təsir edəcəksiniz və onların dəyişən qənaətləri isə sizin gələcəyinizə təsir edəcək. Özünüzü necə gördüyünüzə, özünüzə olan hörmətinizə təsir edəcək. Yəqin ki, bütün bunların hansı nəticələr verəcəyini təxmin edirsiniz. Odur ki, bir-bir saymayacağam.

5 dəqiqədə gələcəyimizi yaxşı mənada dəyişə bilərik. Bunu niyə də etməyək axı?!

İşiniz üçün etmək istəməsiniz də, özünüz üçün edin. Gələcəyiniz üçün. Seçimlərinizin, imkanlarınızın sayını artırmaq üçün.

Seçilən yox, seçən olmaq zövqünü yaşamaq üçün.


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s