MIT-də Sahibkarlıqla Bağlı öyrəndiyim 3 Əsatir

Dünyanın ən tanınmış universitetlərindən olan MIT-də (Massachusetts Institute of Technology) sahibkarlıqla bağlı təhsilim zamanı mənim üçün çox yeni olan, bir çox qənaətlərimin əksinə olan metodlar, yanaşmalar, fikirlər, strategiyalar oldu.

Mümkün qədər izahlarda qısa olmağa çalışdım. Anlaşılmayan nüanslar olarsa, emaillə suallarınızı yaza bilərsiniz.

Bunlardan ən faydalı olacağını düşündüklərimi sizinlə paylaşmağa qərar verdim. Bloqu oxuyan və sosial mediada məni izləyənlərin böyük əksəriyyətinin şəxsi bizneslərini başlamaq kimi hədəfləri, niyyətləri olduğunu bilirəm. Bunun üçün də bir növ faydalı olmaq, mövzunun daha yaxşı anlaşılmasına kömək etmək və sizin hər birinizin uğurlu olma ehtimalını artırmaq üçün bu bilikləri, dünya səviyyəli elm və təhsil ocağının ən məşhur kurslarından birindən öyrəndiklərimi sizinlə paylaşıram.

Başlayaq…

Yəqin ki, sizə də tanışdır, bir vaxtlar qızğın müzakirələr gedirdi ki, bəs “lider doğulur, yoxsa lider olunur.” İndi buna bənzər müzakirələr kitablar, konfranslar, araşdırmalar və s. vastəsilə sahibkarlıqla bağlı aparılır.

Aşağıda toxunacağım üç əsatir ən çox müzakirə olunan və yanlış anlaşılanlar sırasındadır və bu səbəblə mən də paylaşmaq üçün məhz bunları seçdim.

1-ci əsatir: Şirkətlərin, bizneslərin əsasını fərdlər qoyur.

Sadəcə bir nəfər. Yəni sahibkar. Sahibkar tənha bir super qəhramandır. Məsələni diqqətlə təhlil edənlər isə bunun tam əksini deyir: işlərin əsasını komandalar qoyur. Komanda böyük peşəkarlardan ibarət olduqca, onun uğur ehtimalı da bir o qədər böyük olur.

2-ci əsatir: Bütün sahibkarlar xüsusi bir vergiyə, fövqəladə gücə və xarizmaya malikdir.

Məhz bu, uğurun açarıdır. Bəzi hallarda xarizmanın vacib rol oynamasına baxmayaraq, uğurun açarı tamam fərqli xüsusiyyətlər və bacarıqlardır. İşin lap əvvəlində həmtəsisçiləri və digər komanda üzvlərini müəyyənləşdirmək və cəlb etmək bacarığı xarizmadan daha üstündür. Sahibkarların xarizmatik olmaqdansa, yüksək ünsiyyətcilliklə danışıqlar aparmağı bacarması, işçi seçimində xeyli məharətli, satışda çox əla bacarıqlara sahib olması daha vacibdir. Saydığımız keyfiyyətlər və bacarıqlar sahibkarın başladığı işdə uğurlu olma ehtimalına xarizmadan daha çox təsir edir, daha əhəmiyyətli rol oynayır.

3-cü əsatir: Sahibkarlıq irsi olaraq, yəni genlərlə ötürülən xüsusiyyətdir.

Bu yanlış yanaşmaya görə insan ya sahibkar doğulur, ya da yox. Bəzi insanlar dünyaya irsən biznes qurmaq, şirkətlər yaratmaq üçün genetik olaraq kodlanmış bir şəkildə gəlir. Əslində isə sahibkarlıq öyrənilə və öyrədilə bilən bir şeydir. Yəni sahibkarlıqda bəzi xüsussiyyətlər daha faydalı olsa da, burada uğurlu olmaq üçün tələb olunan bilik və bacarıqlar fövqəltəbii deyildir – öyrədilə bilən bilik və bacarıqlardır.

Əgər sizdə şəxsi biznesinizi başlamaq kimi bir fikir varsa, onda buna yarayıb yaramadığınız üzərində heç düşünməyin. Əgər uğurlu olmaq, öz biznesinizi başlamaq və bununla məşğul olmaq istəyirsinizsə, onda əmin olun ki, bunu edə bilmək üçün tələb olunan bilik və bacarıqları yaxşıca öyrənə bilərsiniz. Hətta bunda ustalaşa və başqalarına nümunə belə ola bilərsiniz. Hətta, özünüzü xarizmatik biri kimi görməyə də bilərsiniz, bu zaman da ikinci mifi xatırlayın və tam rahatlıqla əmin olun ki, xarizmə ciddi bir təyinedici faktor deyil və olmayacaq. Əsl xarizma arzuladığın bir həyatı yaratmaq, xəyalındakı bir işi başlamaq və bunda uğurlu olmaq deyilmi?

Sahibkarlığın digər cəhətləri ilə bağlı növbəti yazılarda sizinlə yenə görüşəcəyəm. Həmin yazılarda əsasən MIT-də təhsil aldığım zaman öyrəndiklərimdən ən çox bəyəndiklərimi sizinlə paylaşacağam. Növbəti yazılarda görüşənə qədər.

İndi isə bu yanlış təsəvvürləri, əsatirləri rədd edin.

Bir dəfəlik!

…və biznesinizə başlayın…


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s