Bir ön not: Soyad çox insanın səhf tələffüz etdiyi kimi, Bezos deyil, Beyzosdur. Bunu yazıya başlamadan öncə paylaşmağımın səbəbi, belə kobud bir səhf etdiyimi düşünmə ehtimalınıza qarşı bir öntədbirdir.
İndi isə başlayaq əsas mövzuya…
Ceff Beyzosa aid olan bu yanaşma bugün “hərşey mağazası” olaraq bilinən amazon-un təməlini atan qərarın arxasındakı metoddur.
Bu metodun izahına və önəminə aid yazmağa başlamadan öncə, bir mövzuya aydınlıq gətirmək istəyirəm . Hər çətin seçim qarşısında qalan sahibkarın, iş adamının bu metodla qərar verəcəyi halda nəhəng uğurlara imza atacağı milyoner vəya milyarder olacağına təminat vermir. Amma, olmayacaq da, demək deyil.
Bucür düşünməyimin səbəbi, siz oxuculara sadəcə “baxın bu yanaşmanı seçimlərinizə, qərarvermə prosesisinizə tədbiq edin, siz də, möhtəşəm uğurlar azanacaqsınız”  deyə boşboşuna motivasya, həvəs vermək istəməməyimdir.

Biraz daha dərinə gedək, yəni sadəcə bu qərarvermə alətinin effektliliyindən, gücündən danışmaq Cef Beyzosun bu qərarı vermədən öncəki təhsil və təcrübəsinə baxmadan, həmçinin başladıqdan bugünə kimi olan prosesi və bu müddət ərzindəki dataya diqqətlicə baxmadan analiz etmədən, bütün uğurunu sadəcə bu qərarvermə alətinə bağlamaq çox safca bir qənaət olar.
Ətraflı yazmayacağam, amma təklif edirəm ki, sadəcə nəzərdən keçirəsiniz əgər maraqlısınızsa.
Beyzos uşaqlıqdan çox özəl bir məktəbdə təhsil alıbdır, araşdırsanız görəcəksiniz ki, daha gənc yaşlarında iştirak etdiyi proqramlar nə dərəcədə keyfiyyətli idi.
Universitet təhsilinə baxdıqda isə görəcəksiniz ki, dünyanın ən nüfuzlu universitetlərindən olan Prinston Universitetinin məznudur.
İş həyatına nəzər salanda isə, işlədiyi şirkətlər savadı, xarakteri, ambisyaları haqqında təəsürat yaratmağa kifayət edəcəkdir.
Uşaqlığı, təhsili, iş həyatı ilə bağlı qısaca yazmağımın səbəbi, bunları rahatca istəsəniz internetdən tapa biləcəyinizi düşündüyümdən və yazının əsas mesajının bu olmadığındandır.
İndi, “Peşmanlığı Minimallaşdırma Çərçivəsi” (PMÇ) haqqında danışaq.
Beyzos internetin yeni məşhurlaşdığı dönəmdə, kitab satışı ilə bağlı fikirlərini iş yoldaşları və müdürü ilə müzakirə edirdi.
Amma, bu tamamən bir yenilik, çılğın bir fikir olduğundan başlamaqda da, tərəddüd edirdi. Çünki çox əla işi, maaşı və gələcəyi vardı. Bir müddət müzakirələr etdikdən, fikrini dostları, iş yoldaşları ilə paylaşdıqdan, və bazar araşdırması etdikdən sonra, bu riskə getməyə qərar verir. Xanımı ilə də, bu fikrini paylaşdıqda, o da təsdiqləyir və Beyzosa dəstək olacağını deyir.
Növbəti addım olaraq, Beyzos müdürünə gedərək online kitab satışı ilə məşğul olmaq, online mağaza fikrini başlamaq istədiyini və işdən ayrılmaq istədiyini deyir. Müdürü isə gəl yürüyüşə çıxaq Mərkəzi Parkda (New York Central Park) və orada müzakirə edək. Bu yürüyüş iki saat davam edir və bu əsnada imkanları, riskləri hərşeyi müzakirə etdikdən sonra müdürü Beyzosa 48 saat ərzində yenidən hərşeyi düşün, hesabla və bundan sonra qərar ver deyir.
WallStreet-də uğurlu iş həyatını və parlaq gələcəyi bu hədəf uğruna fəda etmək Beyzosa çətin gəldiyindən, düşünərkən PMÇ yanaşmasını bir növ kəşf edir. Və bu qərarvermə metodunu öz vəziyyətinə tədbiq etdikdən, uğurlu və uğursuz ola biləcək hərşeyi bu prizmadan baxıb dəyərləndirdikdən sonra qərarını verir və bugün 23/24 il sonra dünyanın ən zəngin, ən uğurlu insanlarından biri olmaqla nəticələnir bu qərar.
Beyzosun PMÇ metodunu özü belə açıqlayır:
“Özümü 80 yaşımda təsəvvür etmək istədim. İndi deyək ki, mən geriyə doğru həyatıma baxıram. Həyatımdakı peşmanlıqların sayını azaltmaq, minimallaşdırmaq istəyirəm. Bilirdim ki, 80yaşımda olduğumda bi fikrim üçün riske getdiyimə görə peşmançılıq yaşamayacağam. Buna cəhd etməkdə və böyük bir uğur qazanacağıma inandığım internet adlanan bu feonmendə iştirak etdiyimə görə heyfslənməyəcəyəm. Əmin idim ki, əgər uğursuz olsam peşmançılıq yaşamayacağam. Bir mövzuda tam əmin idim: əgər cəhd etməsəm, riskə getməsəm mütləq peşman olacağam, heyfslənəcəyəm və bu məni rahat buraxmayacaq, gözümün önündən getməyəcək, yaxamı buraxmayacaq. Bucür düşündüyüm üçün də, bu riskə getmək çətin qərar olmaqdan çıxıb, inanımaz dərəcədə çox asan bir qərar oldu mənim üçün.”
Bəli PMÇ budur. Yəni qısacası çətin bir seçim qarşısımda qaldığımızda, hansisa bir fürsəti dəyərləndirib-dəyərləndirməmək deyə suallar bizi fərqli tərəflərə çəkdiyində oturub düşünürük bunu etsəm, 80 yaşım olduğunda dönüb geri baxdığımda etdiyim üçün peşman olacağammı, yoxsa yox. Cavab yoxdursa nə qədər çətin, riskli görsənsədə o fürsəti dəyərləndiririk. Kobudca PMÇ-nin izahı budur.
İndi siz də, əgər hansısa sizi həyacanlandıran, başlasam çox böyük uğurlar qazanacağam, hansısa sahədə inqilab edəcəyəm kimi və bənzər fikirləriniz varsa və başlamaq sizi qorxudur, tərəddüd edirsinizsə o zaman bir də bu prizmadan baxın, PMÇ ilə dəyərləndirin riskləri və qərar verin.
Amma, sadəcə peşman olmayacağm deyib qərar vermək deyil, yaxşıca hər ehtimalı hesabladıqdan və düşündükdən sonra. Motivasya, həvəs tələsinə düşmədən. Burada da, başqa bir xatırlatma etməyimdə fayda var yəqin ki, bilirsiniz ki, edib-etməmək üzərində oturub çox düşündükdə, hərəkət etmədən sadəcə ehtimalları sorğulayıb, hesabladıqda bu zaman da, hərəkət etmə, başlama bacarığımızı iflic etmiş oluruq. Sadəcə oturub düşünür, heçnə etmir, bəlli bir zaman sonrada o olan həvəsimiz də gedir. Ən acısı isə, bir də hardasa eyni bizim uzun zamandır zehnimizdəli o biznesi kiminsə başlamaəş olduğunu görürük şəhərdə anidən bir yerdə. Bu səbəbdən bu hərəkət bacarığımızın iflic olduğu çizgiini keçməməkdə çox titiz, diqqətli olmalıyıq. Mövzu Beyzos olduğundan elə ondan çox əla bir misal paylaşım. O bu biznesə başladığında ilk investorlarından olan ata və anasına, həmçinin sonradan yatırım edən investorlara bu biznesin uğurlu olma şansı 70%-dir deyirdi. Odur ki, araşdırmalarınız nəticəsində topladığınız datanın 100% uğurlu olacağınızı dediyi ana qədər gözləməyin.
Mən özüm bucür bir çətin qərar vermişdim və onu indi sizinlə paylaşmağa qərar verdim.
Mən ABŞ-a gəlmədən öncə də, bir riskə getməli idim buraya gələ bilmək üçün. Çox çətin idi, bir çox səbəbdən. O zaman mən özümə iki sual vermişdim. Birinci sual bu idi: “Əgər getməsəm, Bakıda qalsam, iş həyatında çox yaxşı yerlərə gəlcəyəm. Maddi baxımdan da, çox yaxşı olacaq vəziyyətim. Ev, maşın, status və.s bunlar hər biri olacaq. Bəs bütün bunlara nail olmuş halda bir neçə il sonra riskə getmədiyim üçün, ABŞ-a o hədəflərim üçün getməməmiş olmağım məni narahat edəcəkmi? Üzüləcək, “kaş” deyəcəyəmmi?” Cavab çox yekə, barız, dolğun və dərhal gələn bir “HƏ” idi.
Daha sonra ikinci sualı soruşdum: “Əgər getsəm ola biləcək ən mənfi nəticə getmə səbəbim olan hədəflərimdə ABŞ-da uğursuz olmağımdır. Bu isə deməkdir ki, həm uğursuz olacağam, həm də, Bakıdakı bütün bu imkanları itirmiş olacağam. 2-3-5 il sonra bu məndə peşmançılığa səbəb olacaqmı?” Bu sualın cavabı isə, güclü, enerji dolu, yekə, şəffaf bir “ƏSLA” idi.
O an, o gün indi bütün detalları ilə xatırlayıram, saat 15-16 radələri idi müdürlə görüşüb qərarımı, şirkətdən ayrılmaq fikrimi paylaşdım. O, indiyə kimi birlikdə işlədiyim ən möhtəşəm insanlardan biri idi və hələ də, mənim üçün belədir. Yaxşıca düşünməyimi, ağılsızlıq etməməyimi, nələri itirəcəyimi ətraflıca bir daha hesablamağımı tövsiyyə etdi. Lakin, mən qərarımı vermişdim artıq. Bəlkə, düşünə bilərsiniz ki, ABŞ-a getməkq niyə çətin olsun ki, bundan daha yaxşı nə olar? Çətinlik deyərkən nəzərdə tutduğum vəzifəmi, aldığım maaşı itirmək deyildi, əsas çətinlik burda detallarına girmək istəmədəyim başqa məsələlər idi. Yəni sadəcə işdən çıxıb, buraya gəlməyə çətinlik demir, bunu nəzərdə tutmuram. Bunun nə olduğunu da, başqa bir yazıda, vaxtı gəldiyində mütləq paylaşacağam.
O zaman Beyzosun PMÇ metodu haqqında məlumatım yox idi. Necəsə qərar verib-verməym deyə düşünərkən bu iki sual zehnimə gəldi və məndə cavablandırıb doğru olduğunu düşünüyümü etdim. Mən Ceffin uğurları ilə, müüqayisə belə oluna bilməyəcək qədər uğrlara imza atmasamda, öz dünyamda mənim üçün çox önəmli olan bir neçə çoxdankı xəyallarımın təqibinə başlamış oldum. Və ən əsası PEŞMAN DEYİLƏM!
İndi siz də, əgər bucür bir dilemma ilə qarşı-qarşıyasınızsa o zaman PMÇ özünüz üçün, öz vəziyyətinizə və suallarınıza tədbiq edin. Ömrümüzün sonunda gücümüzün, enerjimizin, imkanlarımızın tükənmiş olduğu bir yerdən geriyə baxıb heyfslənmək, peşmançılıq yaşamaq heçnəyi dəyişdirməycək.
Bugün, indi başlayın və ömrünüzün sonunda özünüzü təbrik edəcəyiniz, geriyə baxıb qürür duyacağınız o qərarı verin, o anı yaşayın.
Ən pis halda nə olacaq bilirsiniz – uğursuz olacaqsınız, nələrsə itirəcəksiniz.
Yaxşıca düşünün və elə indi PMÇ-ni cavablandırıb lazım olan nədirsə elə indi, gecikdirmədən etməyə başlayın.
Bəlkədə, növbəti inqilabı ideya sizdədir. Ən əsası reallaşdıracaq olan da, məhz sizsiniz.
HEÇ. BİLMƏK. OLMAZ.
Amma, bu həvəsləndirici bu cümlələrdən sonra aşağıdakıları paylaşmağı da, özümə borc bilirəm:
1. Bucür qərar verdikdə dünyanın ən zəngin insanı olacaq deyə bir təminat yoxdur. Yuxarıda Beyzosun təhsili, təcrübəsi haqqındakı yazdıqlarımı xatırlayın.
2. Amazonun uğurlu olmasını sadəcə bu metoda bağlamaq, bununla əlaqələndirmək də, tamamən səhfdir. Başlamaq və uğurlu olmaq, uğurlu qalmaq və bucür davam etməkdən tamamən fərqlidir. Hər iksinin də, tələb etdikləri arasında eyniliklər olduğu kimi, ciddi fərqlər də var.
3. Hansı sahədə olduğumuzda, xatırlamalı olduğumuz başqa həyatı bir faktordur.
Bundan sonrası isə, sizə qalıbdır…
Bəlkə gələcəkdə yazacağım yazıların biri də, məhz sizin hekayəniz olacaq?! 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s