E-poçtdan İstifadə Etməyən Stenfordlu (Stanford) Professor

Prof. Donald E. Knut komputer elmləri sahəsində hazırda yaşayanlar arasında ən məşhur mütəxəssisdir. Sahəsinin ƏN-i, bir nömrəsidir, dünyanın ən mötəbər universitetlərindən biri olan Stenford Universitetində (Stanford) professordur.
Deyə bilərsiniz ki, komputer elmləri və ya bu sahənin bir professorunun bloqun mövzusu ilə nə əlaqəsi var?
Əlaqəsi var və aşağıdakı yazıda bunun səbəbi sizə aydın olacaq.
Professor Knutun haqqında qısa məlumat əsasında onun həyatının nə dərəcədə dolğun olduğunu, yəqin ki, təxmin etmək mümkündür.
Ancaq başqalarının ona bu dərəcədə yüksək tələbatı olan professor e-poçtunu üç ayda ancaq bir dəfə yoxlayır. Üstəlik bunu özü etmir. Köməkçisi vacib bildiyi məktubları çap edib professora verir və o, e-məktublarla bu cür tanış olur.
Əvvəlcə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Əsla demək istəmirəm ki, professorun uğurlarının yeganə səbəbi onun e-poçt işlətməməsidir. Nə də demək istəmirəm ki, e-poçt işlətməməklə öz sahənizdə dünyanın ən yaxşısı olacaqsınız.
Burada əsas paylaşmaq istədiyim mesaj budur ki, hazırda e-poçt bir yana, ciddi hədəfləri olduğunu, uğurlu, zəngin olmaq istədiyini deyən insanlar telefonlarından Facebook və digər sosial media hesablarını silməkdə tərəddüd edirlər. Çünki hər birimiz özümüzü inandırmışıq ki, böyük nəaliyyətlərə imza atmaq istəyiriksə, sosial mediada mütləq aktiv olamlıyıq, asudə vaxtlarımızda yazışmalarımızı yoxlaya bilməliyik, dostlarımızın nə paylaşdığını izləməliyik. Bütün yeniliklərdən xəbərdar olmalıyıq. Üstəlik diqqət edin, tamamilə bağlamağı demirəm, sadəcə telefondan silməyi. Çünki telefonda olanda intellektual uğurlarımız baxımından bunların bizdən oğurladığı vaxt və enerji dəhşətli dərəcədə çoxdur. Biz bunun əvəzini çox qorxunc bir şəkildə ödəyirik.
Professor Knut bu cür bir həyat tərzini niyə seçdiyini izah edir.
Mən bunu sizinlə bu yazımda paylaşıram.
Necə olur ki, bu səviyyədə uğur qazanmış bir insan e-poçtsuz yaşayır? Bu qədər tələbəsi, onunla işləyən insanlar, etdiyi tədqiqatlar, araşdırmalar… e-Poçtsuz bunları necə edə bilir?

Bu suallara cavab tapmaq üçün gəlin elə professorun özünü dinləyək.

İlk növbədə o, e-poçtsuz həyat tərzinin onun məmnunluğunu artırdığını qeyd edir.
“1 yanvar 1990-cı il tarixdən e-poçt istifadə etməməyə qərar verdim və həmin gündən çox xoşbəxt bir insanam. Təxminən 1975-ci ildən e-poçtdan istifadə edirdim. E-poçtla keçirdiyim 15 il bir insan həyatı üçün xeyli çoxdur.”
Aşağıda o bunun əsas səbəbini göstərir və biz anlayırıq ki, onun e-poçtsuz həyat tərzi seçməsi nə dərəcədə cəsarətli və müdrik bir addım olub.
“E-poçt həyatda şeylərin zirvəsində və ya səthində olan insanlar üçün çox gözəl bir vasitədir, alətdir. Mənim üçün isə bu belə deyil: çünki mənim vəzifəm şeylərin içində, dərinliyində olmaqdır. Mənim etdiyim işlər uzun sürən araşdırma, öyrənmə və fikrimi fasiləsiz, aramsız olaraq cəmləməyimi tələb edir.”
Əgər işiniz sizdən ciddi araşdırma, tədqiqat etməyinizi tələb edirsə, onda siz həyatınızı uzun müddət bu işlə məşğul ola bilmək üçün qurmalısınız. Siz ciddi araşdırma aparırsınızsa, öyrəndikləriniz üzərində də ciddi zehni əmək sərf etmək lazım olacaq. Qırılmayan fokusla intensiv olaraq aralıqsız bir iş üzərində düşünmək, təfəkkür etmək, analizlər aparmaq və.s. Əgər siz üzərində işlədiyiniz hər işdən sıxıldığınız zaman sosial media hesablarınızdan yeni və maraqlı yazılar, şəkillər, videolara çıxa bilirsinizə, niyə də özünüzü yorasınız ki? Bunu etmək əgər bu sosial medya hesabları telefonda varsa, əslində çox çətin olacaq. Çünki beyniniz sizinlə mübarizə aparacaq, əlinizdəki işi buraxıb son bir saat ərzində kimlər, yeni nələr paylaşıb, postunuza necə rəylər yazıblar, bunları yoxlamağınız üçün.
Bəs professor Knut əməkdaşlıq etdiyi, ondan cavab gözləyən insanlarla necə əlaqə saxlayır? E-poçtsuz çətin deyilmi dünyanın dörd bir yanından yazan insanlarla əlaqədə olmaq, onların suallarını cavablandırmaq? Bəli, professor Knutun bu suala da cavabı, buna uyğun öz sistemi var.
“Digər tərəfdən kitablarımı yazdığım müddətdə bütün dünyada minlərlə insanla əlaqədə olmalıyam. Həmçinin kitablarımı oxuyan və bu mövzuda mənə suallar, rəylər yazan insanlara da mütləq cavab vermək istəyirəm. Hədəfim bu işləri “paket rejimində, yəni, bir cins olanları qruplaşdıraraq, məsələn, üç ayda bir dəfə, maksimum effektiviliklə etməkdir. Odur ki, hər hansı bir mövzuda mənə yazmaq istəyirsinizsə, yaxşı bir poçtla aşağıdakı ünvana məktub göndərin.”
Aldığı emaillərin də hər birinə cavab vermir. Birbaşa zibil qutusuna gedir bu emaillər. Bunları necə qruplaşdırdığını, hansı emailləri zibil qutusuna atdığını isə bu kiçik paraqrafda izah edir. Professorun izahını oxumazdan əvvəl düşünün gündəmimiz, hədəflərimizlə yaxından-uzaqdan əlaqəsi olmayan emailləri, postları oxumaq üçün son 5 ildə nə qədər vaxt itirmişik? Düşünəndə zehninizdə çox faciəvi bir nəticə canlanır, deyilmi?! Doğurdan da faciəvidir. 😦
“Mənə göndərilən e-məktubları nəzərdən keçirən çox gözəl bir katibəm var. O, hansı e-məktubları təcili gözlədiyimi bilir və bunları başqalarından ayırır. Digərləri isə dövrü olaraq boşaltdığım bufer saxlama yerinə gedir.”
Professor Knut faks da işlədir və bunun üçün onun öz sistemi, qaydası var. Aşağıdakı iki cümlə ilə o, faks vasitəsilə aldığı məktublarla bağlı rəftarını izah edir. Bu, dəhşətdir 🙂
“Mənə faksla da yaza bilərsiniz – bu nömrəyə: 650-725-4671. Ancaq bilin ki, fakslara ən axırda baxıram: heç üç ayda deyil, altı ayda bir dəfə.”
Bəs professor özü e-məktub göndərirmi? Bəli, göndərir və hətta bunun da öz qaydası var. Buyurun tanış olun.
“Bəzən üzərində işlədiyim layihə ilə əlaqədar katibəm vasitəsilə məktub alanı narahat etməyəcəyimdən əmin olanda e-məktub göndərirəm. Gözləmədiyim e-məktub almaqdan heç də həmişə məmnun olmamağımın səbəbini, ümid edirəm ki, anlayırsınız. 1962-ci ildə yazmağa başladığım “Komputerdə proqramlaşdırma ustalığı” kitabını başa vurmağa çalışdığım və bunun üçün çox uzun illərə ehtiyacım olarkən səbr və əməkdaşlıq etdiyinizə görə sizə minnətdaram. Buna görə də sizə xoş qarşılamayacağınız e-məktub göndərməyəcəyimə söz verirəm.”
Yuxarıda vurğulamışdım ki, bu yazı ilə e-poçt işlətməməklə ciddi uğurlar əldə edəcəyimizi demək istəmirəm. Sadəcə, dostcasına təklif edirəm ki, e-poçt bir yana, sosial media hesablarımızı, interneti, telefonlarımızı niyə və necə istifadə etdiyimizi yenidən dəyərləndirək. Gündə, həftədə, ayda bunlara nə qədər vaxt ayırdığımızı, bu vaxt ərzində nələr öyrəndiyimizi və bu öyrəndiklərimizin həyatımızın ən əhəmiyyətli hədəflərinə, məsələlərinə necə təsiri olduğunu yoxlayaq.

Gəlin daha ciddi olaq, bunlar üçün yeni qaydalar tapaq, məhdudlaşdıraq, təəssüf etmədən kəsib ataq bütün lazımsızları ki, sürətlə tükənən, bitən ömrümüzdə mənalı işlər üçün vaxtımız, enerjimiz, həvəsimiz qalsın.
Sadəcə ümid etməklə, müsbət düşüncələrlə, təlqinlərlə, xəyallar qurmaq və arzuları göz qabağına gətirməklə həyatımızda ciddi dəyişikliklər olmayacaq.
Oturun, düşünün, yeni qərarlar verin və daha dərin, daha mənalı bir həyat yaşamaq üçün daha qətiyyətlə hərəkət edin…
Uğurlar…

“Əksəriyyətlə eyni tərəfdə olduğunuzu görsəniz, əmin olun ki, istiqamətinizi dəyişmək vaxtı gəlib çatıb.”

— Mark Tven

P.S. Bu ay keçiriləcək vebinarda iştirak etmək istəyirsinizsə o zaman tehranabdurrahimov@gmail a mövzu yerində vebinar yazmaqla bir email göndərin. Bu bloqun oxuyucularına bizdən bir sürprizdir. Email göndərənlər vebinarda ən azı 50% endirimlə iştirak edəcəklər. Vebinarda Tony Robbins-dən öyrəndiyim ən yeni ən önəmli metodlar, bilgilər strategiyalar paylaşılacaqdır. Tələsin!

Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s