Günümüzün Ən Vacib Biznes Bacarığı (Hamı Öyrənə Bilər)

Bu diqqət ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib! 😉

Diqqətimiz indiyə qədər olmamış, ciddi, amansız və aramsız bir savaşın hədəf nöqtəsindədir.

  • Telefonumuz, laptopumuz, sosial media hesablarımız, e-məktublarımız.
  • İnternetdə işləyərkən qarşımıza çıxan və diqqətimizi cəlb edən məlumatlar.
  • Fikrimizi tam cəmləyib işimizlə məşğulkən alqoritmlərin monitorumuzun sağından, solundan, altından, üstündən – yəni hər yerdən – çıxardığı maraqlandığımız sahələrlə bağlı kitab, seminar, kurs reklamları, almağı düşündüyümüz geyim, aksesuar, avtomobil, hansısa elektronik cihazla bağlı endirim reklamları (ad-lər).

Biz məhz bu rahatlıq verməyən okeanın ortasında qarşımıza qoyduğumuz hədəfə çatmaq naminə işləyir, mübarizə aparırıq. Bu barədə düşünəndə heyrətə gəlməmək mümkün deyil. Çünki düşündüyümüz anda mövzu ilə bağlı anlayışımız artır. Az-az da olsa, bunlara nə qədər vaxt itirdiyimizi anlayırıq. Ən vacib hədəflərimiz naminə işləməyə vaxt qalmadığını, bunun nəticəsində əldə edə biləcəyimiz, amma əldən verdiyimiz nəaliyyətlər, itirdiyimiz pullar, keçə biləcəyimiz, amma keçə bilmədiyimiz imtahanlar, ala bilmədiyimiz beynəlxalq dərəcəli sertifikatlar, başlayıb bitirə bilmədiyimiz layihələr gözümüzün qabağına gəlir…

Bunların üzərində düşünən və zehnini yoran hər kəs dəhşətə gəlir. Bunun yaxşı tərəfi anlayışımızın artmasıdır, məsələnin fərqində olmağımızdır, amma mənfi tərəfi də var. Bu da tərəzinin üstünə çıxmaqdan qorxanların seçim etməsi ilə eynidir.

O tərəzinin üstünə çıxmaq, yoxsa çıxmamaq? (Budur əsəs məsələ! 😉 )

Çünki o tərəziyə çıxdığımız anda həqiqəti görəcəyik. Bu günə kimi vermiş olduğumuz sözlərin, pozitiv müşahidələrin boşa çıxmış, yarımçıq qalmış olduğunu, özümüzün isə istəmədiyimiz bir vəziyyətdə olduğumuzu anlayacağıq. Bütün bu arzuolunmazlıqları dəyişmək yolunda ilk addım bunlarla üzləşməkdir. Buna cəsarəti çatmayanlar sona qədər boş ümidlərlə yaşayacaq. Heç vaxt reallaşmayacaq ümidlərlə yaşamaqdansa, reallıqla üzləşib (nə dərəcədə acı və xoşagəlməz olmasının fərqi yoxdur) məsuliyyəti cəsarətlə öz üzərinizə götürməyi seçərsinizsə, onda tərəziyə qalxacaqsınız. Tez-tez, müntəzəm olaraq və nə qədər pafoslu danışdığınıza, hansı yeni rejimə başladığınıza, nə qədər dəyişməyi istədiyinizi danışmağa və s. deyil, real nəticələrə baxacaqsınız.

Menecment dahisi Piter Draker (Peter Drucker) hədəfi düz ortasından vuraraq bu vəziyyəti açıq və çox qısa bir şəkildə belə izah edir:

Ölçə bilmədiklərinizi inkişaf etdirə bilməzsiniz.

Biz mütləq “harada” olduğumuzu bilməliyik, hazırkı iş göstəricilərimizi ölçməliyik ki, öz həyatımıza, ən əhəmiyyətli məsələlərimizə, əsas hədəflərimizə yad olmadığımızı göstərək.

“Bunu necə edə bilərik?” sualına çoxlu cavab tapmaq mümkündür.
Mən bunların ən səmərəlilərindən birini sizinlə paylaşmaq istəyirəm.
Bu, bir növ fövqəladə hal çağırışı olacaq.

Bu gün ölçün! Dəqiq, mükəmməl ölçməyə çalışmayın, gözəyarı dəyərələndirin: Diqqətinizin neçə faizini həyatınız üçün ən vacib olan məsələlərə, işlərə sərf edirsiniz?

Növbəti addımda hansı işlərin, vərdişlərin, məşğuliyyətlərin diqqətinizi özünə maqnit kimi daha çox çəkdiyini, bunlardan doğru bildiklərinizi, varsa yanlışları təyin edin. Sonra isə yanlışları həyatınızdan bir-bir necə çıxaracağınızın hərəkət planını hazırlayın.

Bəli, düz təxmin etmisiniz, bu planı həyata keçirin!

Bu günün iş dünyasında uğurlu olmaq istəyiriksə, ən əhəmiyyətli resurslardan biri olan diqqətimizi, foksumuzu qorumalı, gücləndirməliyik.

Son addım ya da son qərarımız isə ən əhəmiyyətlisidir:
Bu, ən həyati resurslarımızdan biri olan diqqətimizi ən vacib hədəflərimizə istiqamətləndirmə bacarığını davamlı olaraq qoruma və gücləndirmə uğrunda mübarizənin…
1. … bir-iki günlük və ya həftəlik bir iş olmadığını,
2. … getdikcə daha da çətinləşəcəyini,
3. … sonu olmayan bir mübarizə olduğunu
qəbul etmək və bu savaşdan geri çəkilməyəcəyimizə dair özümüzə söz verməkdir.

Məsələ xeyli sadə, amma çox vacib, təcili hərəkət tələb edən və şərəfli bir mübarizədədir.
Odur ki, özünüz üçün, arzularınız naminə işə başlayın!
Ancaq sabah yox — elə indi, burada!


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s