Bir dəqiqə, bəlkədə bütün bunların hamısı ilə razısınız, amma, sadəcə sizin bir probleminiz var:

  1. doğuşdan fərqlisiniz siz,
  2. qavrama, anlama, 
  3. konsantrasya olma probleminiz var,
  4. hətta məktəb illərində də, digər uşaqlardan daha zəif idiniz? Sizə o zaman professordan bir xəbərim var. 

Riyazıyyat adətən ən çox qorxulan, ən çətin sahə  olaraq qəbul edilibdir, həm də, bütün dünyada. VƏ bu sahədə uğurlu olan insanların doğuşdan, buna uyğun dünyaya gəldikləriini, beyinlərinin fərqli işlədiyini düşünən, buna inanan milyonlarca insan var. 

Gəin görək professor bu mövzuda nə deyir və bundan sonra dərsimizi alaq və yolumuza fərqli bir baxışla davam edək. 

“Insanlarda riyaziyyat elmi haqqında çox məşhur bir önyarqı, inanc var. İnsanların doğuşdan, dünyaya gəliklərində riyaziyyat sahəsində uğurlu olacaq və ya, uğursuz olacaq şəkildə doğulduqlarına inanırlar. Yəni insan ya, yaxşı riyaziyyatçı olaraq doğulur, ya da, yox.  Amma, bu doğru deyil. Biz, bütün riyaziyyatçılar üçün,  bu sahə çətindir. Biz digərlərindən fərqli olaraq, qarşımızdakı riyaziyyat məsələlərini, teoremlərini, problemlərini həll edərkən daha az mübarizə aparırırq deyə bir şey yoxdur. Sadəcə olaraq biz bu mübarizəni idarə edə bilirik. Biz bilirik və hazırıq bu mübarizələrlə daha geniş miqyasda məşğul olmağa. Biz lazımlı qətiyyəti özümüzdə bu keçmiş illər ərzində çətinliklə formalaşdırmışıq.”

Daha çox uzatmayacağam, yəqin ki, professorun bu son dedikləri, bir çox sualımıza əla cavab verir. 

Bunu deyən kimdir, bəli hazırdakı  sahəsinin ƏN lərindən biri olan bir professor, yəni hansısa sıradan bir insan deyil buna görə də, hərhalda dedikləri üzərində düşünməyə dəyər hərhalda. Mütləq qəbul edin, razılaşın demirəm sadəcə düşünün. 

Nəyi düşünməliyik?

Etmək istədiyimiz, reallaşdırmaq istədiyimiz nədir, nələrdir və bunları “niyə hələ də, edə bilməmişəm?” sualı üzərinə düşünməyə. Yəni, bu suala verəcəyimiz cavablar arasında yuxarıdakı vurğuladığım səbəblər vəya onlara bənzər nələr deyiriksə o zaman ikinci dəfə sorğulayaq özümüzü.

 Sahəsində bir insanın yüksələ biləcəyi ən yüksək zirvəyə çıxmış bir insan həm də, ən çətin sahələrdən biri olan bu sahədəki uğurunu qeyri-adı, doğuşdan verilmiş bacarıqlara, istedadlara deyil də, birbaşa zəhmətə, əməyə, disiplinə bağlayır bununla əlaqələndirir.

Sən indi, sadəcə qonşudakı hansısa dayının, xalanın, ya da, hansısa qohumun bu sənlik deyil, bacarmazsan, ya da, özünün mən bucür çətin işlərin öhdəsindən gələ bilmərəm və bənzər səthi bəhanələrəmi inanacaqsan yoxsa, çətin amma, doğru olan yolumu seçəcəksən?

Bu yazıda əsas mesaj o deyilki, bütün sahələrdə eyni səviyyədə uğur qazanmağımız, mümkündür. Əksinə, əgər çox isdəyiriksə, və cəhd etmişik alınmayıbsa, bu o demək deyilki, bu iş bizlik deyil, biz bu iş üçün doğulmamışıq və.s  Ya yanlış metodlar, strategiyalar izləmişik, ya da, hələ yetəri qədər əmək sərf etməmişik.

Gələcəyimizi həsr edəcəyimiz sahəni seçmək həddən ziyadə önəmlidir, bundan da, önəmli olan kənardakı bizə məsləhət verən insanların və özümüzün limitləyici tövsiyyələrinə qarşı güclü zehni immun sistemimizi bəsləyib saxlamaq, daha da gücləndirməkdir.

Ümid edirəm ki, bu yazıdakı yazılanları hər xatırladığınızda zehninizdəki mükəmməl sizin yetişdiyi o qalanın müdafiəsini daha da, möhkəmləndirmiş olacaqsınız.

Hələlik…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s