Brian Tracy-dən öyrəndiyim SuperGüclü 3 Metod (II)

  1. Planlaşdırılmış Geniş Zaman Dilimləri

Yuxarıdakı iki metoddan – əgər bu üçüncünü etməsək – çox da faydalana bilməyəcəyik. Çünki həm pürdiqqət işləmək üçün, həm də bir anda sadəcə bir işlə məşğul olmaq üçün bu işlərə kifayət qədər vaxt ayırmaq lazımdır.

Diqqətimizi dağıdan bir çox faktor var və onlar haqqında əvvəlki yazıda danışmışdıq. Biz bu diqqət dağıdan faktorları aradan qaldıra, onlara qarşı mübarizədə qalib gələ bilərik. Lakin vacib, əhəmiyyətli bir çox işlərimiz bizdən sadəcə 10-15-20 dəqiqə yox, daha çox vaxt tələb edəcək. Çünki üzərində işlədiyimiz bəzi işlərə sadəcə tam köklənə (fokuslana) bilmək və zehnimizin o işə isinməsi üçün üçün elə ən azı 10-15 dəqiqə vaxt lazım olur. Biz maksimum məhsuldarlıq və işi keyfiyyətli, eyni zamanda tez bir şəkildə bitirə bilməkfatih üçün beynimiz yorulsa, bizə sıxıcı gəlsə belə, 15 dəqiqə sonra fasilə etməyi deyil, davam etməyi hədəfləməliyik. Qətiyyət göstərib o işlə o qədər bir olmalıyıq ki, bir növ zaman və məkan məfhumundan uzaqlaşaq və özümüzü o işdə itirək. Sultan Fatihin bu deyimindəki qətiyyət, güc, sevda və ölümünə adanmışlıqla o işə başlayacaq, o cür toxunacaq, o keyfiyyətdə işləyəcəyik. Bunu dərhal, indi bacarmasaq da, (ki, bu normaldır) hədəfimiz daima buna yaxınlaşmaq olacaqdır. 

Bir neçə saniyəliyinə dayanın və oxumağa davam etmədən düşünün! Ən son nə vaxt, hansı vacib iş, tapşırıq, probleminiz üzərində fasilə vermədən, aralıqsız, başqa heç bir şeylə məşğul olmadan, tam köklənmiş (fokuslanmış) halda, pürdiqqət işlədiniz? Bu sualı ətrafımdakı insanlardan soruşmaq bir növ mənim hobbim olub. Şişirtmədən deyə bilərəm ki, rahatlıqla gün və ya tarix göstərərək bu suala cavab verən çox az insan var. Çünki diqqət iqtisadiyyatı dövründə yaşayırıq və hər kəs laptopumuz, telefonumuz vasitəsiylə diqqətimiz üzərində saysız-hesabsız oyunlar oynayır. Sırf diqqətimizi onlara, onların məhsuluna, xidmətlərinə yönəldə bilmək üçün. Bütün bunlar bizdə hazırda vərdişlər formalaşdırıb və formalaşdırmağa da davam edir. O vərdişlər ki, artıq bizim üçün 10 dəqiqə telefonumuzu yoxlamadan keçirtmək dəhşətli bir müşkül halına gəlib.

Gəlin indi birlikdə bir addım geriyə gedək və bütöv rəsmə baxaq.

  1. Bir tərəfdə o böyük xəyalınız var. Çatmaq, əldə etmək, reallaşdırmaq istəyirsiniz.
  2. Xəyalını qurduğunuz bu zəfəri yaşamaq üçün də etməli olduğunuz işlər var. Hansı ki, sizdən saatlarla oturub bütün gücünüzlə, qüvvətinizlə işləməyinizi tələb edir. Digər tərəfdə isə, telefonunuz var, sosial media hesablarınız var və ən əsası, hər yoxladığınızda tapacağınız yeniliklər. Hansı ki, bunlar beynimizin ən çox sevdiyi şeylərdir. Faydalıdır demirəm, sadəcə sevdiyi.
    3. Nəhayət ən xoş xəbər: sizin edə biləcəkləriniz var. Yəni, gündə ən azı bir geniş zaman dilimi ayırıb, bu ayırdığınız vaxt ərzində ən vacib işinizdən başqa heç nəyə diqqətinizi sərf etməmək  qərarını vermək və bunu etmək. Əlbəttə daha yaxşı olar ki, bir dəfə yox, daha çox olsun. Ancaq heç yoxdansa, bir dəfə belə olsa, olması çox böyük uğurdur. Əsas odur ki, az da olsa, davamlı olsun, bir vərdiş, həyat tərzi halına gəlsin.

Atalarımız nə deyib?  “Dama-dama göl olar.”

Uğurlar!

Advertisements

One comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s