Maria Şarapovanın Uşaqlıqdan Gələn Çempionluq Sirri

Maria Şarapova yazdığı kitabında   uşaqlığından bir xatirəni paylaşır. Kitabı mən özüm hələ tam oxumamışam. amma kitabı bitirməyi gözləmədən bu xatirə haqqında fikirlərimi paylaşmaq istədim. Kitab üçün buraya baxa bilərsiniz.

Bir gün, onlar Soçidə yaşadıqları vaxtlarda atasi 5-yaşlı Mariyanı məşqə aparır. Avtobus dayanacağına tərəf gedərkən Mariyanın ayağı sürüşür və o, yıxılır. Ayağa qalxanda görür ki, üst-başı qandır – dırnağı qopub. Narahat atası Şarapovaya “Tez evə qayıdıb, həkim çağıraq”, deyir. Mariya razılaşmır və evə qayıtmaq istəmir. Atası, anası ilə buna görə problem olacağını desə də, balaca Şarapova möhtəşəm bir cavab verir. Məhz bu cavaba görə mən bu planlaşdırmadığım yazını sizlərlə paylaşmaq istədim.

Maria Sharapova Childhood 3
Basketbol əfsanəsi Maykl Cordanın çox əla bir sözü var. Deyir ki, “Camaat arasında alacağımız alqış və mükafat, heç kimin bizi görmədiyi, üzərimizdə başqalarının gözü, baxışı olmadığı anlarda, yəni tək, özümüz özümüzlə olduğumuz zaman etdiklərimizdən asılı olacaq”. Şarapovanın atasına verdiyi cavab həm Jordanın bu sözünü xatırlatdı, həm də özümdən soruşmağıma səbəb oldu. Çünki danışmaq bir şeydir, işləmək, ehkam saydığımız standartlar üzrə yaşamaq bambaşqa.. Etdiklərimiz barədə başqalarına danışdıqlarımız təklikdə etdiklərimizdən çox fərqlənirsə, uğursuzluqlarımızın səbəblərini başqa yerdə axtarmağa ehtiyyac yoxdur. Sadəcə nəzarət, tələbkarlıq olanda işləyəcəyiksə, alacağımız nəticələr də buna uyğun olacaq. Şarapovanın cavabını oxuyub, nə demək istədiyimi daha yaxşı anlayacaqısnız, uğurun sirrini öyrənmiş olacaqsınız. Atası təkidlə “Geri qayıdaq, həkim çağıraq” deyəndə, balaca Mariya belə cavabverir: “Olmaz, ata. Bugün məşqim var. Məşqə getməliyəm. Buraxa bilmərəm”, deyir və barmağına ilişik qalmış, qanamaqda olan dırnağını qoparıb atır.

O gün, o yaşda balaca bir qız olmasına baxmayaraq, hamının haqlı sayacağı, danlamayacağı bir səbəbi olmasına baxmayaraq, üstəlik, dırnağını qoparıb Mariya məşqə gedir. O günü itirmir. Asan olanı, evə qayıtmağı, “sabah edərəm” seçimini deyil, çətin olanı, gedib, o gün onu xəyallarına aparacaq nələr idisə, onları etməyi seçir. Şarapovanın bu xatirəsi hər birimiz üçün çox güclü bir səmimiyyət testidir. Özümüzdən soruşaq:

  • hər gün etməyi planlaşdırdıqlarımızı, etməli olduqlarımızı etmək üçün nə qədər qətiyyət göstəririk?
  • Sırf üzərimizə düşən nədirsə, elə o gün edə bilmək üçün çətinliklərin öhdəsindən nə dərəcədə gəlirik?
  • Bəhanələrimiz daha çoxdur, yoxsa xəyallarımıza doğru atdığımız addımlar?
  • Kiminsə bizi motivasya etməsini, ya da məcbur etməsini gözləyirik, yoxsa heç kimə, heç nəyə ehtiyac duymadan başlayıb işləyirik?

    Bu səmimiyyət testindən nə qədər çox keçsək, özümüzü bu testə əsasən dəyərlənidrsək, o zaman bəhanələrimizin əməlli-başlı azalacağını, xəyallarımıza qədər məsafənin isə sürətlə qısalacağını görəcəyik.

    Amma, asan deyil, çətindir bu. Önəmli, dəyərli olan həm də, eyni zamanda asan olan nə var axı?Heç nə! Ona görə də… Özümə və sizə bu çətin mübarizədə uğurlar arzulayıram. Özünüzdən soruşun, sorğulayın özünüzü daha yaxşı qərarlar verib, çox gecikmədən, tezcə çatın xəyallarınıza…


Bənzər Yazılar:

Advertisements

One comment

  1. Reblogged this on İsmayil S. Valiyev and commented:

    Asan olanı, evə qayıtmağı, “sabah edərəm” seçimini deyil, çətin olanı, gedib,
    o gün onu xəyallarına aparacaq nələr idisə, onları etməyi seçir.
    Şarapovanın bu xatirəsi hər birimiz üçün çox güclü bir səmimiyyət testidir.
    Özümüzdən soruşaq:

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s