Özgüvəni (DƏRHAL) Gücləndirmənin 3 Əsas Metodu.

1. Düşünməyin.

Çox mənasızdır, düşünməmək insan üçün imkansız bir şeydir, bunu necə edə bilərəm ki, deyə əsəbiləşməyin mənə. Düşünməmək dedikdə, nəzərdə tutduğum şey etməyi planlaşdırdığınız, əldə etməyə, bitirməyə niyyətləndiyiniz iş haqqında olan düşünməməkdir.

Yəni, özgüvənsizliyin və tənbəlliyin ortaq bir səbəbi, düşünməli olduğumuz iş haqqında, düşünməyimiz lazım olan vaxtdan daha çox düsünməkdir. Düşünmənin “finish” xəttinə çatıb başlamaqdansa, yola düşünməklə davam etməkdir.

Boşuna deməyiblər ki,: “Ağıllı düşünənə qədər, dəli çayı vurub keçdi.”

Necəsini biraz daha açıqlayım sizə. Bunun əsas sirri başlamaq və hərəkət etməkdir. Gəlin başqa bir deyimi xatırlayaq : –“Hərəkətdə Bərəkət var” – bunun əhəmiyyətini indi biraz daha yaxşı anlayacagiq. İndi dərhal başlamaq və özgüvəninizi də dərhal artırmaq üçün düşünün. Bu dəqiqə haradasınız və olduğunuz yerdə nə edə bilərsiniz, edəcəyiniz iş sizi mütləq hədəfinizə doğru azca da olsa yaxınlaşdıracaq bir iş olmalıdır. Elə indi düşünün kimisə,nəyisə gözləmədən bu gün nələr edə bilərsiniz. Yazını oxuyub bitirən kimi başlaya biləcəyiniz nə varsa başlayın və sonraya saxlamadan onu dərhal edin.

Bu çox kiçik bir iş də ola bilər,bir zəng, bir mesaj, bir email yazmaq, edəcəklərinin siyahısını yazmaq, və yaxud bir kitab sifariş etmək, otağı səliqəyə salmaq, lazımlı materialları bir fayla toplamaq və s.

İşin nə qədər kiçik görsənməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, o işin nəticəsi,tamamlanması sizi az da olsa hədəfinizə doğru yaxınlaşdıracaq. İstiqamətinizi o yönə – vizyonunuza döndərəcək və siz yenidən rayda olacaqsınız.

2. Beyninizdəki Qaynanaya, Çərənçiyə Qulaq Asın, Ancaq İnanmayın.

Bu halları biz hər birimiz günlük həyatda yaşayırıq və təcrübədən keçiririk.Bizim üçün vacib olan olan nəyi etməyə çalışırıqsa, onunla bağlı daxilimizdən bir səs daima neqativ, mənfi nə varsa, ağlımıza gələ biləcək hər mənfi ehtimal nədirsə, onları dayanmadan bir-bir bizə sıralayır, danışır, hətta bəzən hayqırır. Biz əgər bundan xilas olmağa və ya tamamilə səsini kəsməyə çalışsaq, çox böyük və fəlakət gətirici bir səhf etmiş olarıq. Buna reaksiya verməyəcəyik, əksinə dalğalarla oynayan bir sörfçü kimi bu daxili səsləri öz lehimizə istifadə etməyə çalışacağıq. Etməli olduğumuz şey, bu daxilimizdəki çərənçinin hansı hallarda və bizi nə vaxt yolumuzdan döndərməyə çalışdığını təyin etməkdir. O qorxunc səslərin bizə sadaladığı qorxulu ehtimallara yaxşı qulaq asmalıyıq. Bundan sonra isə bu ehtimalların nə dərəcə güclü bir ehtimal olduğunu sorğulamaq və bunlardan başvermə ehtimalı çox olanları nəzərə almalı, baş verəcəyi halda nə etməli olduğumuzu düşünməli və öncədən bir plan hazırlamalıyıq.

Yəni pozitiv düşünməyi deyil, ən mənfi, ən neqativ düşünməyi seçməliyik. Ola biləcək ən fəlakətli senarini düşünüb özümüzü buna görə hazırlamalıyıq.

Növbəti və sonuncu (bir növ yuxarıdakının növbəti mərhələsi olan) etməli olduğumuz isə:

3. Özümüzlə Söhbətin Daha Çox Fərqində Olmaqdır.

Ən əsası bu daxili çərənçi ilə barışıq, sülh halında yaşamaqdır. O, danışanda onu dərhal susdurmağa çalışsaq, daha da yüksəkdən danışacaq və biz nə qədər ona qarşı rəftarımızda sərt olsaq, onun səsi bir o qədər yüksələcək və qorxuducu olacaq.

Ona görə ondan qurtulmağı yox, ona gülməyi, onunla əylənməyi, dediyi ciddi təhlükələri nəzərə alıb hazırlıqlı olmağı və davam etməyi planlaşdırmalıyıq.

Bunu ən yaxşı formada bacarmaq üçün isə edəcəyimiz digər iş, özümüz ilə etdiyimiz söhbətlərə daha çox diqqət etməkdir. Daxilimizdəki özümüzə pıçıldadığımız qorxularımızın, bizi yoldan döndərməyə çalışan nələr varsa, onların daha yaxşı fərqində olmalıyıq.

Bir çox özümüz ilə gizlində etdiyimiz bu söhbətlər, özümüzə təkrarlayıb durduğumuz limitləyici hekayələrdir. Fərqindəliyimiz artırmaqla, bu daxili dialoqumuzu müsbətə doğru dəyişdirə bilərik. Bunu etmək çətin olacaq. Bəzən çox məntiqsiz və absurd səslənəcək, amma yenə də, xatırlamalıyıq ki, biz vərdiş etdiyimizin o tayında bir yerə səyahət edirik, sərhədlərimizin digər tərəfinə keçirik və bunun üçün də bu təlaş, qorxu və qayğıların olması normaldır.

Bizim işimiz isə onlardan dərhal qurtulmaq yox, daima onlardan öyrənmək, onları idarə etmək və bir-bir yox etməkdir.

İndi özgüvəninizi artırmaq və özünüzü daha yaxşı hiss etmək üçün heç bir bəhanəniz qalmadı.

Kimisə gözləməyin, Nəyəsə, başlayın!


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s