S. R. Covey: Təsir və Qayğı Dairəsi

Həvəssizlik, ümidini itirmək, “olmayacaq”, “edə bilməyəcəyəm” demək – bunlar çox insanın hər gün həll etməyə çalışdığı problemlərdir.

Digər bir problem də çox motivasiya və həvəsi olan, ancaq bütün bunlara baxmayaraq istədiyi nəticəni ala bilməyən insanların vəziyyətidir. Bu insanlar da adətən çox xoş və ali niyyətli olurlar, hər mövzuda məlumatları var, olduqları mühitdə açılan hər mövzuda ağızdolusu danışırlar, dünya gündəmindəki hər məsələ haqqında fikir bildirməkdən əsla çəkinmirlər. Ən maraqlısı da budur ki, danışdıqları mövzular haqqında biliklərinin genişliyi insanı heyran edir.

Qeyd olunan hər iki qrupdakı insanların ortaq bir problemi var – istədikləri, onları həqiqətən xoşbəxt edən, qane edən və daxili doyum gətirən nəticələr əldə edə bilməməkləri. Detallı planlar qurmaqlarına, ciddi hazırlıqlar etməklərinə baxmayaraq yenə də alınmır. Həm də bu, dəfələrlə təkrarlanır. Bunun səbəbi onların bacarıqsız vəya tənbəl olmaqları deyil. Əsas səbəb sadəcə üç çox önəmli resurslarını yanlış hədəflər və məsələlərə köklənməyə (fokuslanmağa) sərf etməkləridir. Əslində hər birimiz bu səhvləri edirik. Sadəcə kimimizdə bu az, kimimizdə isə dəhşətli dərəcədə çoxdur.

TƏSİR və QAYĞI/ NARAHATLIQ DAİRƏSİ (Circle of Influence and Circle of Concern) deyə biləcəyimiz anlayışlar bu problemləri və onların həllini izah edə bilmək üçün təməl məfhumlardır.

Bu yanaşmanı Stefan Koveydən (Stephen Covey) öyrənmişdim. Rahatlıqla deyə bilərəm ki, öyrəndiyim və mənə ən çox təsir edən yanaşmalardan biridir.

Əgər Stefan Koveyin məşhur bestselleri olan “Effektli İnsanarın 7 vərdişi” kitabını oxumusunuzsa, siz də bilirsiniz ki, Kovey insanları iki qrupa ayırır: proaktiv insanlar və reaktiv insanlar.

Proaktiv insanlar həyatlarının, yaşadıqlarının məsuliyyətini öz üzərinə götrünlər, reaktiv insanlarsa daima şərtlər, kənar faktorlar və digər insanları əsas səbəb kimi göstərənlər, bəhanə edənlərdir. Həmçinin, proaktiv insanlar təsir dairələrində daha çox vaxt keçirənlər, reaktiv insanlar isə qayğı/narahatlıq dairəsində daha çox vaxt keçirənlərdir. Yəni ikinci dairəyə daxil edə biləcəyimiz işlər, məşğuliyyətlər və hadisələrə daha çox vaxt və enerji sərf edənlərdir.

Bəs təsirqayğı dairəsi nədir?

Təsir dairəsinə aid və ya daxil edə biləcəklərimiz o iş, hadisə və fəaliyyətlərdir ki, bizim onlara təsir etmək, dəyişdirmək, onları azaltmaq vəya çoxaltmaq imkanımız, qüdrətimiz, icazəmiz, gücümüz, vaxtımız və bacarığmız var.

Qayğı dairəsinə aid edilə biləcəklər  isə onlardır  ki, o məfhumlar bizi düşündürür, narahat edir, ancaq onları dəyişmək, onlara təsir etmək üçün edə biləcəyimiz bir şey yoxdur. 

rrr

Şəkildən də göründüyü kimi təsir dairəmiz (circle of influence) qayğı dairəmizə nisbətən daha kiçikdir. Çünki beynimizin sorğulamaq, axtarmaq, tapmaq baxımından limiti yoxdur, ancaq edə biləcəklərimizin buna nisbətən daima bir (zaman, məkan və resurlara görə) limitləri, sərhədləri vardır. Bu limitlər də bizim vaxtımızı, enerjimizi və resurlarımızı istifadə etməyimizdən asılı olaraq daima ya böyüyür, ya da kiçilir.

BİZ QAYĞI DAİRƏMİZƏ DAXİL OLAN İŞLƏRLƏ nə qədər çox məşğul olsaq, təsir dairəmizdə olan işlər üçün də o dərəcədə az zaman, enerji və resursumuz qalır. Nəticədə də təsir dairəmizdəki işləri görmək, bu hədəfləri reallaşdırmaq üçün etməli olduqlarımızı da edə bilmirik. Çünki bunlar üçün zamanımız ve gücümüz qalmır. Bununla da bu işlər də qayğı dairməmizdəki işlərin siyahısına əlavə olunur və təsir dairəmiz də kiçilir.

Bunun tam əksinə, vaxtımızın, enerjimizin çox hissəsini təsir dairəmizdəki işlərə yönəldib bu işlərlə məşğul olsaq, aldığımız nəticələr daha fərqli olacaq. Qısası, istədiklərimizi əldə etmiş, reallaşdırmış olarıq. Bu da təbii olaraq bizi daha güclü, inamlı, şən, enerjili, etibarlı bir insan halına gətirər. 

Əslində bu yanaşmanın daha bir üstünlüyü də var. Belə ki, artıq bu şəkildə əvvəl sadəcə qayğı dairəmizədə olan və haqqında heç bir şey edə bilmədiyimiz işlərdən bəziləri üzərində də güc, təsir qazanmış oluruq. Bizim üçün o işlər əlçatan olur və onları da dəyişmək, onlara da təsir etmək imkanı yaranır. Bu da o deməkdir ki, aşağıdakı şəkildən də göründüyü kimi təsir dairəmiz bir az daha genişlənmiş, qayğı dairəmiz isə kiçilmiş olur.

rrrr

Bu da öz növbəsində bizi daha özünə inanan (özgüvənli) bir insan edir.

Artıq lüğətimizdə şikayət, gileylənmək, deyinmək, ümidsizlik kimi sözlərə yer qalmır. Zamanla sadəcə biz deyil, ətrafımızdakı insanlar da dəyişir. Yəni həyatımızın keyfiyyət şkalasında ciddi bir yüksəliş özünü göstərməyə başlayır.

Bu, çox yaxşı və istədiyimiz bir nəticə olması ilə yanaşı, özü ilə bərabər bir təhlükə və tələni də gətirir. Bu nəticənin bizə verəcəyi özünə inam təkəbbür və özünü bəyənmişliyə səbəb ola bilər ki, bu da öz növbəsində altından qalxa bilməyəcəyimiz işlərin məsuliyyətini üzərimizə götürməyimizə səbəb olur. Belə olduqda isə aqibətin necə olacağını təcrübədən siz də bilirsiniz.

Buna görə hiss edəcəyimiz daxili enerji partlamasını, artan özünə inam və motivasyanı burada da düzgün kanala yönəltməkdə çox diqqətli və həssas olmalıyıq ki, qaş düzəldim deyərkən, vurub göz çıxarmayaq.

İndi özünüzdən soruşun;

  • Sizi narahat edən, düşündürən işlər və məsələlər hansılardır?
  • Bunlardan hanslar üzərində, işləsəniz onları dəyişə və yaxşı nəticələr ala bilərsiniz?
  • Hansılarını hazırda olduğunuz vəziyyət və imkanlar baxımından qiymətləndirdikdə dəyişdirmək üçün edə  biləcəyiniz bir şey yoxdur? Bunları indilik təxirə salın və edə biləcəklərinizi edin! Təsir dairənizin kiçilməsinə icazə verməyin! Bunu daha da böyüdün! Santim-santim, hər gün biraz daha.

Növbəti yazıda bu yanaşmanın razılaşmadığım və fikrimcə sizin də razılaşmamalı olub, etiraz etməli olduğunuz tərəfini yazacaq və siz dəyərli oxucular üçün paylaşacağam. Siz də dəyərli fikirlərinizi bölüşsəniz, çox şad olaram.

P.S. Bu tələyə adətən xoş niyyətli, yaxşı insanlar düşürlər. Yaxşı xarakterinizin sizin həyatda məğlubiyyətinizə səbəb olmasına icazə verməyin!

P.S.S. Düşünüb sorğuladıqdan sonra hansısa bir məsələ, iş, problem sırf çətin görünür deyə “bu, mənim təsir dairəmin xaricindədir” deyib tez geri çəkilməyə də tələsməməliyik. Çox ciddi sorğulamalyıq və əmin olmalıyıq ki, doğrudan da edə biləcəyimiz bir şey yoxdur.


Bənzər Yazılar:

Advertisements

One comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s