Kobi Brayant və Ən Yaxşı Olmağın Sirrləri I.

Kobi Brayant (Kobe Bryant) basaketbolla maraqlanan hərkəsin haqqında eşitdiyi və oyunlarını maraqla izlədiyi əfsanəvi bir oyunçudur. Kobi Brayant həyatları haqqında araşdırmalar etdiyim, öyrəndiyim, kitablarını oxuduğum, müsahibələrini dinlədiyim idmançılardan biridir. İdmançı olmaq və ya NBA-də oynamaq kimi bir hədəfim, niyyətim olduğundan deyil, sadəcə bu insanlardan öyrəniləcək çox dəyərli dərslər, metodlar, alətlər, strategiyalar var.

Məsələ də budur!
Kobi Brayant və digər çox bəyəndiyim idmançılar haqqında oxuyarkən onlardan iki mövzuda adətən daha çox öyrənmək istəyirəm. Birincisi zehni (“mental”) möhkəmlik və ya sərtlik (“mental toughness”), digəri isə iş etikaları ilə bağlıdır.
Sahəsindən asılı olmayaraq, uğurlu olmuş hər insandan daima öyrənəcəyimiz
dərslər olur. Dünya səviyyəli atlet olmaq hədəfim olmasa belə, mən də sırf yuxarıda
sadaladığım iki səbəbə görə Kobi Brayant və bənzər idamançılar haqqında davamlı
olaraq öyrənməyə çalışıram. Kobi Brayant haqqında da kitablar və məqalələrdən oxumuşam. Həmçinin demək olar ki, verdiyi bütün müsahibələrə baxmışam və dinləmişəm. Bu “Kobi Brayantı öyrənmə” adı verə biləcəyimiz aradşırmalarım zamanı daima təkrarlandığını gördüyüm və ulduz idmançının özünün də vurğuladığı bir neçə önəmli alət və strategiyaları sizinlə paylaşmaq istədim. Həmçinin özümə də bir daha təkrarlatmaq.
Buyurun birlikdə öyrənək. Biliriksə belə, təkrar edək.
1. İş Əxlaqı.

Keçmiş NBA basketbolçularından Cey Uilyams (Jay Williams): “Mən həmişə digərlərindən daha çox işləyirdim, məşq edirdim. Bu mənim sirrimdir. Leykers (Lakers) klubu ilə oyundan əvvəl dedim ki, səhərə yaxın saat 3-də zala gedəcəyəm və məşqə başlayacağam. Oyun hazırlığına keçməzdən əvvəl ən azı 400 atış edəcəyəm. Ancaq oraya çatdıqda topun səsini eşitdim və baxdım ki, orada məndən əvvəl artıq bir nəfər var. Kim olsa yaxşıdır? Bəli, əlbətdə ki, Kobi Brayant. Nə isə, bir saat, saat yarım məşq elədim. Məşqim bitdiyi vaxt gedib oturdum. İnanmayacaqsınız, amma hələ də topun səsini eşidirdim. Düşündüm ki, aman Allahım, bu hələ də işləyir, hələ də məşq edir? Halbuki mən zala ilk daxil olarkən o tər içindəydi. Mənim isə həqiqətən artıq bədənim ağrayır və yorulmuşdum. Öz-özümə dedim ki, burada oturub gözləyəcəyəm, baxıb görüm hələ nə qədər davam edəcək. Təxminən 25 dəqiqə sonra Kobi dayandı.”
Nə isə, oyun bitdi, sonra ona yaxınlaşdım və mənə maraqlı olan sualı cavablandırmaq üçün soruşdum ki, Kobi, sən artıq bu qədər uğur qazanmısan, bu səviyyəyə gəlmisən, niyə hələ də bu qədər işləyirsən, niyə özünə bu qədər “challenge” edirəsən. Cavab verdi ki, sənin gələcəyini bilirdim və bunu etməklə sənə sübut etdim ki, fərqi yoxdur nə qədər çox işləyirsən işlə, nə qədər çox məşq edirəsn et, əmin ol ki, mən həmişə səndən daha çox işləyəcəyəm, daima.
2. Günə erkən başlamaq.

Kobi bir müsahibəsində ondan niyə məşqə çox erkən, səhər saat 4-5-də başladığını soruşanda bu cavabı vermişdi:
“Gününü, məşqini erkən başlamaqla digərlərindən daha çox məşq edəcəksən və
bunu uzun müddətli davam etdirsən, bunlar üst-üstə toplandığı halda digərlərinin heç cürə sənə çata bilməyəcəyi bir məsafə qət etmiş olacaqsan. Daha irəlidə olacaqsan. Hər gün əlavə etdiyin üç-dört saatlıq məşqi uzun müddət davam etdirsən, bir müddətdən sonra digərlərindən çox öndə olacaqsan. Bir növ onlar sənə çatmaq üçün 5 il məşq etməli olacaqlar ki, aradakı o məsafəni bağlaya və sənə yaxınlaşa bilsinlər.”

Öümüdən sadə, qısa və asanlıqla cavab verə biləcəyimiz bu sualı soruşaq: Mən sahəmdə ən yaxşılardan olmaq üçün nə qədər çox + stratejik + davamlı + intensiv işləməkdə istəkliyəm?
Kobi aşağıdakı yanaşması ilə özümüzdən gözləntilərimizin və standartlarımızın hansı səviyyədə olmasına dair çox kritik bir ipucu verir.
“Ola biləcəyimin ən yaxşısı olmaq üçün əlimdən gələn hər şeyi etmədiyim
anlarda özümü heç də yaxşı hiss etmirəm. Əgər edə biləcəyim hər şeyi etməsəm,
güzgüdə özümə baxa bilmərəm.”

Və özümüzdən soruşmalı olduğumuz növbəti suallarımız:
1. Mən əlimdən gələn hərşeyi etməyəmi daha çox fokuslanıram, yoxsa üzərimə düşən işi görmədən, ağır zəhməti çəkmədən tezcə hədəfimə çatmağamı?
2. Bəyənmədiyim nəticələrim üçün səbəbi özümdəmi axtarıram, yoxsa digərlərindəmi?
3. Ümumiyyətlə, özümü sorğulayır, izləyir, hesaba çəkir, performansımı ölçürəmmi?
4. “Daha yaxşı nəticələr almaq üçün nələr edə bilərəm” deyə davamlı alüdə olmuşcasına düşünür, sorğulayır və özümdən öyrənirəmmi?

3. Vizyonu Təyin Etmək və “Reverse Engineering” (Geriyə Doğru Mühəndislik)

Kobi hədəf seçmə metodu haqqında isə bu məsləhətləri paylaşır:

“İlk əvvəl hara getmək, necə olmaq isdədiyini təyin edirsən və daha sonra
oradan geriyə doğru başlayırsan. Xəyalındakı yerə doğru addım-addım, zərrə-zərrə davam edirsən.”

İndi isə mənim ən çox bəyəndiyim məsləhəti oxuyaq.

4. Hər Uğurlu İnsan və Müəssisədən Mütləq Öyrənəcəyimiz Həyatı Dərslər Var.

Bəzən biz sadəcə öz sahəmizdəki insanlardan öyrənməyin yetərli olduğunu düşünürük. Əslində isə dərs ala bilən, ibrət görüə bilən insan üçün həryerdə mütləq öyrəniləcək kritik bilgilər olur. Kobi bir misalda bunu çox əla izah edir:

“Apple-a getmişdim, çünki onlardan necə işlədiklərini öyrənmək isdəyirdim, oradan nələri oyunuma, təlimimə, məşqimə “kopyalaya”, tətbiq edə bilərəm deyə düşünürdüm…”
5. Eqo.

Bəli Kobi eqoist olmaqdan danışır. Ancaq bunun həmişəlik yox, başlanğıcda faydalı olduğunu daha  sonra isə əsl uğurun nə və necə olduğunu aşağıda açıqlayır.

“Bəzən insanın “Mən Ən Yaxşı Olmalıyam” deyə eqosu olmalıdır. Sahəsindən
asılı olmayaraq. Əsl uğur isə digərlərinin uğurlu olması üçün edə biləcəklərini
əsirgəməməkdir.
Kobi və bənzər uğurlu insanların məsləhətlərini dinləməklə,öyrənməklə və araşdırmaqla həyatımızda ciddi heçbir dəyişiklik olmayacaq. Əsas olan, ən həyatı olan bu öyrəndiklərimizdən hansılarını öz həyatımıza tədbiq etdiyimizdir. Yoxsa sadəcə oxumaq, təsirlənmək, bir neçə gün motivasya olmaq bir neçə gün özgüvənlə danışmağımıza, düşünməyimizə və yeni hədəflər seçməyimizə səbəb olacaq. Daha sonra isə yenidən başa dönəcəyik. İndi oxuduqlarınızdan hanı ilə başlaya bilərsiniz? Hansını həyatınıza tədbiq eüdə bilərsiniz? Hamısını bir anda və mükəmməl bir şəkildə etməyə tələsməyin nə də bu qərarı verməyin. Birini seçin başlayın və nəticələrə görə  dəyişikliklərinizi edib davam edin.

Uğurlar!


Bənzər Yazılar:

Advertisements

2 comments

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s