Kobi Brayant və Ən Yaxşı Olmağın Sirrləri II

Kobi Brayant (ing. Kobe Bryant) hədəfini gəncliyindən təyin etmişdi.

MBA-də (ing. NBA) oynamağa başlayanda dediyi, təkrarladığı iki vacib cümlə vardı. Bunlar bir iddia idi. Bu, həmçinin özünə inamın zirvəsi idi. Bu, sadəcə özünə inam deyil, eyni zamanda zəhmət, əziyyət, lazımi fədakarlıqları etməyə olan bir and içmişlik, özünə söz vermək, bu çətinliklərə könüllü olmaq mənasına gəlirdi. O iki iddiadan və verilmiş sözdən birincisi, Kobinin komanda yoldaşlarına və ətrafındakı insanlara dediyi “Mən basketbolun Uill Smiti (ing. Will Smith) olacağam”, ikincisi isə “Mən Maykl Cordandan (ing. Michael Jordan) daha yaxşı olacağam” idi. Kobi bunları sadəcə söz olsun deyə demirdi. Həyatına baxdıqda, verdiyi bu söz üçün etdiyi fədakarlıqları gördükdə, öz üzərində tətbiq etdiyi ağır məşq və hazırlıq sistemini araşdırdıqda bu iddiasında nə qədər səmimi olduğunu görmək çox da çətin deyil. Onsuz da əldə etdiyi nəticələr də bunu sübut edir. 

Kobi Brayant: “İnsanların səndən gözləntiləri, sənin özündən gözləntilərindən çox olmamalıdır.”

Yaşadığın problemlərin nə qədər çətin və ağır olmasından asılı olmayaraq, sən dayanmamalısan, davam etməlisən. O ağrı, acı nədirsə, ona baxmayaraq davam etmək üçün bir yol tapmalısan. Digər insanlar sənin yaşadığın problemlər, əksikliklər, hətta aldığın  fiziki zədələrin sənin performansını azaldacağını düşünə bilər, ancaq digərlərinin səndən gözləntiləri əsla sənin özündən olan gözləntilərindən çox olmamalıdır! Ola bilməz!

Kobi Brayantın uğurlarının daha bir sirri – Vərdişlər.

Kobi Brayantın koçlarından biri olan Tim Qrover (ing. Tim Grover) bestseller kitabı “Relentless”də (az. amansız) onun bir vərdişindən danışır. Bunun bir vərdiş olduğunu deyir, yəni Kobinin bir və ya bir neçə dəfə etdiyi deyil,  hər dəfə etdiyi, təkrarladığı şey bir vərdişdir. Onun uğurlarının sirri də bu vərdişlərlə izah edilə bilər.

Yəqin ki, hamınız dahi Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından Fitnə ilə Bəhram şah arasında keçən hekayəni xatırlayırsınız. Hekayədə Fitnə qadın olmasına baxmayaraq böyük bir öküzü boynuna alır və pilləkənləri sürətlə yuxarıya çıxır. Bəhram şah heyrətə düşür. Əslində Fitnə ona sübut edir ki, bunu bacarmaq üçün sadəcə bəlli davranışı vərdiş olaraq hər gün təkrarlamaq lazımdır. Çünki Fitnə o oküzü körpəlikdən etibarən hər gün boynuna alaraq o pilləkənlərlə yuxarıya qalxırdı. Bu möhtəşəm və təkrarlanması çox çətin olan uğurun tək sirri vərdiş idi.

Keçmiş uğurları unudun, gələcək sınaqlara hazırlaşın!

Digər oyunçular çempionluq oyunundan, zəfərdən sonra  əyləncə mərkəzlərinə, gecə klublarına bu qələbəni qeyd etməyə gedirdilər. Ancaq Kobi birbaşa məşq üçün zala gedirdi. O, artıq növbəti çempionluğa hazırlaşırdı. Baxmayaraq ki, bu çempionluq üçün də o, çox fədəkarlıq etmişdi, çox işləmişdi, amma bu zəfəri qeyd etmək üçün çox vaxt sərf etmədi. Çempionluq qazanlıdı və bitdi. Artıq bu keçmişdir, gələcəyə köklənmək, fokuslanmaq lazımdır.

Kobi Brayant haqqında son sözü isə basketbolun əfsanəsindən eşidək:

Maykl Cordan: “Kobi mənimlə müqayisə edilə biləcək yeganə oyunçudur. Çünki işi, zəhməti, disiplini ilə o, doğrudan da buna layiqdir.”


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s