Sahəsində Ən Yaşı Olmağın və Ən Yaxşı Qalmağın Sirri: THB

Bir dəfə uğurlu olmaq və ya bir neçə dəfə uğurlu olmaq yaxşıdır, sevindiricidir, həyacanlıdır. Lakin bunun da təhlükələri var. Bəli, uğurlu olmağın, xəyallarımıza çatmağın da öz təhlükələri var. Belə ki, uğurlu olan iki qrup insan var. Biri uğurlu olub həyatı boyunca o uğuru haqqında danışanlar. İkinci qrup isə daima yeni uğurlarından, yeni layihələrindən danışanlar.

Əslində hər kəs ikinci qrupdakı insanlardan olmaq istəyir, lakin uğurlu olmağı davam etdirə bilmədiyi təqdirdə məcburən, istəyərək və ya istəməyərək, birinci qrupa daxil olmağa başlayır. Bu insanlar adətən həyatın, şərtlərin ədalətsizliyindən, onlara qarşı ədalətli olunmadığından, digər insanlardan daha az şanslı olduqlarından şikayətlənir. Tənbəlləşirlər. Digər insanlar yeni layihə, plan və hədəflərindən danışarkən, bu insanlar daha çox şikayət edir. Gündəlik danışdıqlarının böyük hissəsini şikayətlər, ikinci hissəsini isə keçmişdə qazanmış olduqları və köhnəlmiş uğurlarını şişirdə-şişirdə danışmaq təşkil edir.

Yəqin indi düşünürsünüz ki, bu birinci qrupdakı insanlardan olmamaq üçün nə etməliyik? Çətin olan bir prinsipi qəbul etməli, ona inanmalı və həyatımızda tətbiq etməliyik. Bu prinsipi bəlkə də eşitmisiniz. Mən də bir neçə dəfə eşitmişəm, oxumuşam və dinləmişəm. Lakin sonuncu dəfə eşidəndə mənim üçün daha təsirli, daha yaddaqalan oldu. Bu eşitdiyim yer Tony Robbins-in seminarı və bunu izah edən isə Robbins-in özü idi. Bir neçə dəfə əhəmiyyətini vurğulayaraq  “Təlim Heç Vaxt Bitmir” (Training Never Ends) dedi. Kimlər üçün dedi? Bəli, ikinci qrupdakılar üçün – çempionlar, ikonlar, sahəsində əfsanə olanlar, uğurlu olmaqla kifayətlənməyib daima uğurlu qalanlar üçün dedi.

Bəli, kənardan baxanda hər birimizə bu insanların həyatları çox möhtəşəm görünür. Lakin onların nələrdən keçdiklərini, nə fədakarlıqlar etdiklərini isə heç birimiz bilmirik, görmürük. Çünki mediada onların sadəcə rəngarəng qələbələri paylaşılır. Arxa planı isə görə bilmirik.

Bəs təlim nədir? Dəqiq olaraq nə deməkdir?

Burada “təlim” deyilərkən nəzərdə tutulan, qısa bir şəkildə deyəcək olsaq, öz üzərində işləmək, yeni bilik və bacarıqlara yiyələnmək, hər gün bir zərrə də olsa inkişaf etməkdir1.

İndi özünüzdən soruşun:

  1. Siz hansı qrupdakı insanlardansınız?
  2. Əgər halınızdan məmnun deyilsinizsə, hansında olmağı istəyərdiniz?

ismayilvaliyev.com-un izləyicisi olduğunuz üçün mən hansı qrupdakı insanlardan olmaq istədiyinizi təxmin edə bilirəm.  Sizinlə bir-bir danışmamış, real dünyada sizi görməmiş ola bilərəm, ancaq əminəm ki, öz sahənizin çempionusunuz və ya bu yolda addımlayırsınız.

Çox uzatmağa və bəzəyib-düzəyərək danışmağa ehtiyac yoxdur. Sizin də, mənim də etməli olduğumuz bir şey var – qərar vermək. Əgər doğurdan da sahəmizin ən yaxşıları olmaq və ən yaxşıları olaraq da qalmaq istəyiriksə, bu yanaşmanı qəbul etməli və “Təlim Heç Vaxt Bitmir devizini həyatımızın ən əsas prinsiplərindən biri halına gətirməliyik.

Çətin gəlir? O zaman digər qısaltmamızı xatırlayaq: AOHE – Asan Olsa, Hər kəs Edərdi.

İndi düşünün, əgər sadəcə 5% insanın əldə etdiyi nəticələri siz də əldə etmək istəyirsinizsə, o zaman yerdə qalan 95%-in prinsipləri, fikirləri, qaydaları ilə yaşaya bilməzsiniz. Daha doğrusu yaşaya bilərsiniz, lakin istədiklərinizə nail ola bilməzsiniz. Bu gün o qərarı verin və əsla bir daha da dəyişdirməyin. Uğurlar!

DİQQƏT!!!  SÜRPRİZ!!! 😊

Uzun fasilədən sonra yenidən bir vebinar təşkil edəcəyik. Vebinarda Tony Robbins-in 4 günlük seminarından öyrəndiyim ən vacib məlumatları, alətləri, strategiyaları paylaşacağam. Həmçinin yanan kömürlərin üzərində ayaqyalın necə yeridiyimi və ən əsası, həyat və biznesə dair öyrəndiklərimi paylaşacağam. Sizə bu bloqu izlədiyiniz və bu yazının ən sonuna qədər oxuduğunuz üçün bir sürprizim olacaq. Vebinarda ciddi bir endirimlə iştirak edə biləcəksiniz. 😊 Əgər vebinar haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, tehran.abdurrahimov@gmail.com adresinə e-mail göndərməyiniz kifayətdir.


1. Bunun izahı asan olsa da, detalları daha şaxəlidir. Bu mövzuda ətraflı məlumatı əhatə edən və 2019 Fevral ayında başlayacaq kouçinq proqramına qoşulmaq istəyirsinizsə, ətraflı məlumat üçün bizə (yuxarıdakı e-mail adresinə) yaza bilərsiniz. Mövzu yerində “THB Kouçinq” yazmaqla bir email göndərməyiniz kifayətdir.


Bənzər Yazılar:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s