Bir Afrika atalar sözündə “əgər daxilində düşmən yoxdursa, qorxma, kənardakı düşmənlər sənə bir şey edə bilməz” deyir.
Daxilimizdəki düşmən deyəndə nə nəzərdə tutulur?
İçimizdəki düşmən özümüzə “bacarmaram” deyə pıçıldayanda və buna inanıb etməyi çox istədiyimiz o işə başlamadan buraxmağımıza səbəb olan o səsdir.
Düşünün. Ağlınıza bir ideya gəlir. Bu fikrinizi həyata keçirmək üçün hərəkət etmək istəyirsiniz. Tam olaraq o zaman içinizdən bir səs sizə – digər insanlar bunu qəbul etməyəcək, sizə güləcəklər, sizi ələ salacaqlar, siz onsuz da bu cür böyük zəfərlərə layiq deyilsiniz – deyir. Daxilimizdəki düşmən də məhz bu səs və bu hisslərdir.
İçimizdəki düşmən məhz zehnimizdəki şübhələrdir. Keçmiş uğursuzluqlarımızı xatırladan yaddaşımız və bu xatirələrə bizi inandıran, daha böyük düşünməyimizin, daha yaxşısını arzulamağımızın bizlik olmadığına bizi inandıran qorxaq məntiqimizdir.
Komfort sahəmizi tərk etmək istədiyimiz zaman həyatda qalma moduna keçən beynimiz və buna inanan bizik içimizdəki düşmən.
Plan qurub işləyəndə, hər şey çox əla getdiyi bir anda, planlarımızın anidən pozulması, işlərin, hadisələrin istədiyimiz, planlaşdırdığımız kimi getmədiyi vaxt verdiyimiz o reaksiyadır içimizdəki düşmən. Sırf planlarımız pozuldu deyə, dəyərsiz, bacarıqsız olduğumuzu düşünməyimizdir içimizdəki düşmən. Bunun bütün uğurlu insanların başına gələn, bütün uğurlu insanların yaşadıqları çox normal bir hadisə olduğunu unudan bizik içimizdəki düşmən.
Sırf bir dəfə imthandan kəsildik deyə başqalarını – o imtahanı keçənləri – bizdən daha ağıllı, bacarıqlı, şanslı, bizdən daha fərqli, daha yaxşı olduqlarını düşünən bizik içimizdəki düşmən.
Bu düşüncələrdir önümüzü kəsən, kənardakı düşmənlar deyil.
Sırf yorulduq deyə imtina etmək, vaz keçmək qərarını verdirən, tərbiyə etmədiyimiz daxili zəifliyimizdir içimizdəki düşmən. Sadəcə motivasya ilə uğurlu olacağına inanan və məsul olduqlarını etməyən – lazımı qədər oturub araşdırmayan, oxumayan, öyrənməyən bizik içimizdəki düşmən. Necə gəldi, plansız, strategiyasız işləyən və heç bir nəticə alınmadığı vaxt da ağlına gələ biləcək hər şeyi, hər kəsi günahlandıran və kiçik bir uşaq kimi davranan bizik içimizdəki düşmən. İstədiyimz, planlaşdırdığımız vaxtda xəyallarımızı reallaşdıra bilmədiyimiz üçün, bir az daha işləmək və gözləmək nizam-intizamını göstərə bilməyən, sadəcə həvəslə hərəkət edən bizik içimizdəki düşmən.
İndi bu içindəki düşməni məğlub etmədən kənar düşmənlərlə mübarizəyə vaxt, enerji sərf etmə. Çünki bu düşməni məğlub etməsən, kənardakı digər düşmənlərin üçün sərf edəcəyin hər saniyə boşa xərclədiyin və israf etdiyin vaxt olacaq.
Ümidsizliyin haram olduğunu deyən bir Allahımız olduğu halda ümidini itirməkdir içimizdəki düşmən.
Çünki əvvəldə də deyildiyi kimi, əgər içində düşmən yoxdursa, qorxma, kənardakı düşmənlər sənə zərər verə bilməyəcək.
Bənzər Yazılar:
- Sahəsində Ən Yaşı Olmağın və Ən Yaxşı Qalmağın Sirri: THB
- Ayaqyalın Yanan Kömürlərin Üstündə Necə Yeridim və Nə Öyrəndim?
- “SİRR” (“The Secret”) Niyə İşləmir?
- Xoşbəxtliyimizi Oğurlayan və Bizi Zəiflədən #1 Səhvimiz
- Daniel Qolemandan öyrəndiyim: güclü liderlərin 3 sirri
- Brian Tracy-dən öyrəndiyim SuperGüclü 3 Metod I
- Kobi Brayant və Ən Yaxşı Olmağın Sirrləri II