TƏNBƏLLİK, BAŞLAYA BİLMƏMƏK və BUNLARIN ÇARƏSİ

Ən böyük tənbəllik hər halda böyük işlərə başlamaq istəyəndə yaşadığımız tənbəllikdir.

Çox düşünür, oxuyur, araşdırırıq. Ancaq heç cür başlaya bilmirik. Bəzən də başlayırıq, lakin bir yerdən sonra davam edə bilmirik. Olduğumuz yerdə qalırıq. Bu qaldığımız yerdə bəlli bir zaman keçirdikdən sonra isə ola biləcək ən mənfi hal olur: Özümüzə, bu işi bacaracağımıza, bitirəcəyimizə olan inancımız zəifləyir. Həvəsimiz və ümidimiz cılızlaşır. İşin əvvəlindəki o enerji dolu sözlər lüğətimizdən bir-bir köçəri quşlar kimi uzaqlaşıb gedir. Artıq danışdıqlarımızla da bu işin olmayacağına, bacara bilməyəcəyimizə özümüzü inandırırıq.

Nəticə etibrailə bir daha da başlamırıq….

Bir arzu olaraq qalır.

Düşünəndə köksümüzü ötürəcəyimiz bir arzu.

Bu özümüzə olan hörmətimizi də sarsıdır.

Bəzi insanlarda isə bu, digər insanlara, ətrafa, cəmiyyətə qarşı nifrət, mənfi hisslər yaradır. Çünki səbəbi özlərində deyil, ətrafdakı insanlarda görürlər. Bunlara görə digər insanlar daha şanslıdırlar və sırf buna görə də elə o insanlara da, həyata da nifrət etməyə başlayırlar.

Əlbəttə ki, bu o insana zərər verir və heç bir faydası olmur.

Gördüyünüz kimi kiçik bir problem nə qədər böyüyə, nə dərəcədə şaxələnə bilir, elə deyilmi?

Əslində  çox maraqlı, çox düşündürücü və çox qorxuludur.

Düşünəndə ki, ömrünün sonuna kimi bu cür yaşayan insanlar var, o zaman bu ssenari daha da qorxunc olur.  Əslində isə başlanğıc çox gözəl bir niyyət idi.

Xeyirxah bir cəhd idi.

-_-Bu arada yazını diqqətlə oxuyun. Sizin üçün bir sürpriz var bu yazıda 😉 _-_

Fayda verəcək, çox müsbət dəyişikliklər gətirəcək bir addım idi.

Ancaq nəticə heç bu xoş niyyətlərin yaxınından belə keçməyəcək qədər mənfi oldu.

Əslində isə sadə, asan, kiçik bir addımla, qərarla bütün bunların qarşısına keçə bilərik, həm də bunların heç biri başlamadan və olmadan.

Bunun üçün etməli olduğumuz ilk şey soruşmağı vərdiş halına gətirdiyimiz o sualı dəyişdirməyimizdir.

Yəni sadəcə “NECƏ” sualını soruşub durmamalıyıq. İzah etməyə çalışım, bu halda ən çox soruşduğumuz və bizə zərər verən suallardan biri “Mən bunu necə edə bilərəm?” sualıdır. Əlbəttə ki, bu sualı soruşmalıyıq, ancaq lazımından çox yox.

Nizami Gəncəvinin də vurğuladığı kimi…

“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”

Özümüzdən “NECƏ” deyil, “KİM” sualını soruşmalıyıq.

İlişib qaldığımız, irəli addım ata bilmədiyimiz anlarda, suallara cavab tapa bilmədiyimiz vaxtlarda özümüzü boş yerə narahat edib, stress yaradıb təlaşa düşməkdənsə, kənara çəkilib, dayanıb, dərin bir nəfəs alıb, soruşmalıyıq ki, “Bu mövzuda təcrübəli olan, mütəxəssis olan kim var?” Bu insanın kim olduğuna qərar verdikdən sonra isə onunla dərhal əlaqə yaradıb, danışıb sualımıza aydınlıq gətirməsini xahiş etməliyik.

Bunu edə bilsək, bunu bir vərdiş halına gətirsək, həyatımız ciddi ölçüdə dəyişəcək. Daha rahat olacağıq. Daha az zamanda daha çox iş bitirə biləcəyik. Ən əsası isə tanıdığımız və ya bu suallarda bizə kömək edə biləcək və bir növ işə alacağımız konsultant qazanmış olacağıq. Mentor kimi özümüzə təyin edəcəyimiz bu isnanların beş-on dəqiqədə cavab verə biləcəyi asan suallara görə həyatımızı tragediyaya çevirməyəcəyik.

Axırda isə bir vacib nüansı vurğulamaq istəyirəm. İnsanlar olaraq hər birimizin ən çox sevdiyi şeylərdən biri digər insanlara məsləhət verməkdir. Yəni ətrafınızda sizə məsləhət verəcək və siz bir sual soruşanda verəcəyi çox, mənasız, uyğunsuz məsləhətlərlə sizi soruşduğunuza peşman edəcək insanlardan çalışın heç nə soruşmayın. Məsləhət almadan, sualı soruşmadan o insanları çox diqqətlə seçin. Yoxsa “beş qəpik verib danışdırdım, on beş verib susdura bilmirəm” misalındakı kimi olacaq. Bəzən də bu yanlış insanlar bütün həvəsinizi, istəyinizi şübhələrlə öldürəcək. Enerjinizi əməcək və nə isə edəcək, sizdə nə ruh, nə də istək qalacaq.

Bunun üçün də seçərkən diqqətli olun. Bundan sonra “NECƏ?” sualına deyil, “KİM?” sualına daha çox fokuslanın və bunu daha çox düşünün.

Niyə?

Həyatınız asanlaşsın, uğurlarınız artsın deyə.

Uğurlar!

İndi isə sürprizə gələk.

Bəli sürpriz buradadır 🙂 Oxumağa davam edin…

Harvard Business School-un professorlarından birinin insan davranışının və halının onun düşüncə və hissləri üzərindəki təsirini göstərən çox məşhur bir araşdırması var. Bu mövzuda bir TED çıxışı da olmuşdu. Onu da qyed edim ki, bu çıxış TED tarixinin ən çox baxılan on çıxışından biridir. Eyni mövzuda kitab da yazıldı və bu kitab da bestseller oldu. Mən ilk dəfə Toni Robbinsin kitablarını oxumağa təxminən 12-13 il əvvəl başlamışam və eyni mövzunu Toni o vaxtlardan bütün kitab və seminarlarında daima təkrarlayır. Bu kömürlərin üzərində yerimə tövsiyələrində də ən vacib məqamlardan biri məhz bu mövzu idi. Bu mövzu qısa olaraq deyəcək olsam, bizim fizioji vəziyyətimiz, bunun üzərimizdəki təsiri və bunu saniyələr içərisində dəyişdirməyin yolları haqqındadır.

Həm bu mövzuda, həm də bu 4 günlük seminarlardan öyrəndiklərimi paylaşmaq üçün bir vebinar təşkil edəcəyəm. Vebinarda iştirak ödənişlidir. Ancaq bu yazını sonuna qədər oxuyanlar və bloqun izləyicilərinə ciddi bir endirim olacaq. Əgər iştirak etmək istəyirsnizsə, o zaman tehran.abdurrahimov@gmail.comünvanına mövzu yerində VEBINAR yazmaqla bir email göndərin. Email göndərənlərə vebinar haqqında ətraflı məllumat veriləcək.


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s