Vərdişlər + X(lər) = Həyat və Karyeradakı (Uğurlu və Uğursuz) Nəticələr! (1)

Yəqin razılaşarsınız ki, günlərimizin çox böyük hissəsini biz yox, vərdişlərimiz idarə edir. Hər halda bu məşhur “ilk olaraq insan vərdişlərini formalaşdırır, yaradır, daha sonra isə bu vərdişləri insanları, onların həyat və karyeralarını formalaşdırır” deyimini eşitmisiniz.

Dostoyevskinin “insanın ömrünün ikinci hissəsi, birinci hissəsində formalaşdırdığı, mənimsədiyi vərdişlər tərəfindən təyin olunur” fikri də bu həqiqəti çox əla izah edən güclü başqa bir faktdır.

Bizim arzularımızın, hədəflərimizin nə olmasından asılı olmayaraq, nə qədər çox istəyiriksə istəyək, daima vərdişlərimizin keyfiyyətinə uyğun bir həyatımız olacaq. Riyazi bir formulla izah etməyə çalışsaq, ortaya belə bir formul çıxacaq:

 Vərdişlər = Həyat və Karyeradakı Uğur

Lakin burada vurğulamadan keçə bilməyəcəyim çox vacib bir nüans var. Həyatımızda bu cür formullarla, hesablamalarla izah edilə bilinməyəcək qədər məchullar, X-lər var. Demək istədiyim vərdişlər nə qədər güclü, əhəmiyyətli olursa olsun, daima həyatımıza təsir edən başqa faktorlar da olur. “Pul çox şeydir, amma hər şey deyil” yanaşmasındakı kimi, “vərdişlər çox şeyi təyin edir, lakin hər şeyi deyil” demək istəyirəm. Çox istərdim hər şey vərdişlərdir deyim, lakin bu mənim boyumu, həddimi aşan bir iddia olardı.

Yəni belə bir formul çıxır ortaya:

Vərdişlər + X(lər) = Həyat və Karyeradakı (Uğurlu və Uğursuz) Nəticələr!

Bunu anladıqdan, qəbul etdikdən sonra isə qarşımıza iki seçim çıxır.

  1. Bu X-lərin nə olduğu? Bunların mövcudiyyəti? Buna bənzər suallara cavablar axtarmaq. Yəni işin fəlsəfəsinə getmək.
  2. Sadəcə edə biləcəklərimizə, kontrol və təsirimiz altında olanlara (yəni vərdişlərimizə) köklənmək, fokuslanmaq. Daha sonra da bunları xəyallarımıza uyğun olaraq a) lazımsızları bir-bir aradan qaldırmaq, həyatımızdan təmizləmək b) bizi xəyallarımıza aparacaqları isə həyatımızın bir parçası, daha doğrusu ayrılmaz parçası halına gətirmək.

İslami yanaşma ilə desək, vəzifəmizi haqqı ilə, əksiksiz edəcəyik və gerisini Allaha həvalə (təvəkkül) edəcəyik və bunun üçün nə üzüləcəyik, nə də lazımsız narahatçılıq və qayğıların zehnimizi işğal və iflic etməsinə icazə verəcyik.

Bunların niyə lazım olduğunu və ya “nəyə görə bu cür etməliyik” sualının cavabını isə daha yaxşı anlamaq üçün bir əkinçi kimi düşünməliyik. Yəni, torpağa əkəcəyimiz toxumların ən yaxşı məshulu verə bilməsi üçün…

1.Torpağın münbit olması,

2.Ehtiyacımız olmayan, zərərli bitkilərdən, otlardan təmizlənməsi…

lazımdır ki, tam arzuolunan münbit şərait yaranmış olsun. Əlbəttə, əsas olan toxumun növü, keyfiyyətidir, lakin mövzunun ən vacib yeri toxumun qoynuna atılacağı o yerin təhlükəsizliyi, münbitliyi və qoruyuculuğudur.

Hədəflərimizi, onların tamamlanmış, bitmiş, artıq bizim olmuş son halını görmək, onlara toxunmaq, hiss etmək üçün gündəlik həyatımızı buna uyğun ciddi bir şəkildə dizayn prosesindən keçirtməliyik. Çünki böyük uğurlar təsadüfün nəticəsi olsaydı, bu qədər dəyərli olmazdı.

Buraya qədər yazılanlardan nə etməli olduğumuz, hətta müəyyən qədər necə etməli olduğumuz haqqında artıq bir fikrimiz var və ola bilsin bu yazını oxumağa paralel olaraq zehninizdə bir plan və yol xəritəsi də hazırlayırsınız. Əla!…

Bilirəm bu yazı bəlkə də oxumaqda ən çox çətinlik çəkəcəyiniz yazım olacaq, ancaq gözləyin, səbrli olun və mənimlə qalın. Çünki indi biraz daha dərinə enirik. “Bəzən tək problemimiz, problemi düzgün təyin etməməkdir” deyə bir deyim var. Əgər problemin nə olduğunu düzgün təyin etməsək, bütün vaxt və enerjimizi problem olmayan amma problem adlandırdığımız şeylərlə məşğul olmağa sərf edəcəyik.

Olmayan bir problemi həll etməyə çalışacağıq.

Dərinə enirik, çünki əsas problemi ancaq bu cür təyin etmək mümkündür. Bilirəm indi “nə qədər dərinə və necə” deyə soruşursunuz. Cavab verim: Vərdişlərimizin başladığı, kök və boy atdığı yerə enirik. Həyatımıza mənfi təsir edən vərdişlər illər əvvəl həyatımıza toxum kimi düşmüş, daha sonra isə kök atmış və indi də həyatımızın bir çox sahəsinə qol-budaqları ilə kölgə salır. Biz vərdişlərin sadəcə bu qol-budaqlarını kəsmək, ortadan qaldırmaqla məşğul oluruq. Nə böyük zaman və enerji israfı, deyilmi?!

Əslində mövzu o qədər dərin və genişdir ki, bu yazıya sığdıra bilməyəcəyimdən narahatam.

Amma yenə də başlayaq…

Davamı növbəti yazıda…


Bənzər Yazılar:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s