Vərdişlər + X(lər) = Həyat və Karyeradakı Nəticələr! (2)

(Yazının ilk hissəsini burada oxuya bilərsiniz)

Dərinə enmək deyərkən nəzərdə tutduğum ətrafımıza və daxilimizə daha ayıq-sayıq və cəld  bir nəzərlə baxmaqdır. Çünki vərdişlərimizin hər birinin təsirediciləri (triggers) var. Yəni, daima etmək istəmədiyimiz, amma etdiyimiz vərdişlərin səbəbləri olan motivasyaedici, bu davranışı, bu vərdişi və istəyi oyadıcı daxili və xarici faktorlar var. Misal üçün, vacib və çətin olan bir tapşırığı etməmək, kitabı oxumamaq üçün əsas köməyimizə çatan və daimi “müttəfiqimiz” olan telefonumuza aldığımız bir mesajdır, emaili yoxlamaqdır, “cavab gözlədiyimiz o yerdən və şəxsdən email gəlibmi” yoxlamaq, baxmaqdır. Bunun misalları çoxdur. Hər insana görə fərqlidir. Hər mənfi vərdişi bizə xatırladan, onu etmək (şiddətlə) istəməməyimizə baxmayaraq yenidən etmək üçün bizə motivasiya verən, beynimizə bu siqnalları göndərən hər vərdişə xas xüsusi faktorlar var:

  • yorğunluq
  • əsəbləşmək
  • stress
  • aclıq
  • taqətdən, haldan düşmüş olmaq
  • bir anda, qısa bir müddət ərzində özünə çox intizam tətbiq etmək
  • bəlli insanlarla görüşmək və vaxt keçirtmək
  • bəlli məkanlarda olmaq
  • gec yatmaq
  • və sairə…

Bütün bunlar ortaq mənfi vərdiş motivatorlarıdır. Bunların hər birini bir dəfəlik həyatımızdan çıxara bilməyəcəyimizə görə etməli olduğumuz fərqindəliyimizi artırmaqdır. Bu fərqindəliyi artırma niyyətimizi daima yeniləmək, canlı tutmaq, qorumaqdır.

Məhz bu dərinə enməyin ilk mərhələsidir. İkinci mərhələ isə bir, iki və ya üç vərdişi seçməkdir. Daha sonra isə bu vərdişləri nələrin təşviq etdiyini, motivatorlarını, müttəfiqlərini bir-bir təyin etməkdir. Ancaq bu ikisini edə bilmək üçün də bir az daha dərinə enəcəyik. Bu addım sonuncu həm də ilk addımımızdır.

Sadələşdirsək, proses bu cür olacaq:

—-bu yazıda sürpriz var— 😊

İlk olaraq həyatımızda nəyi dəyişdirmək istədiyimizə qərar verəcəyik, ya da reallaşdırmaq istədiyimiz hədəflərin nələr olduğuna. Ən çox istədyimiz, həyatımızı ciddi dəyişəcək olan hədəflərin nələr olduğunu təyin edirik.

İkincisi, bu xəyallarımıza gedərkən qarşımızda bizə fərqli zamanlarda, ancaq müntəzəm olaraq əngəl olan  vərdişlərimizi təyin edəcəyik. Bunun üçün də özümüzü sorğulayacağıq, “niyə hələ də bu hədəfimə çata bilməmişəm” sualını özümüzdən soruşacağıq, lakin sadəcə zehnimizdə tapdığımız cavablarla kifayətlənməyəcəyik (bu cavab tam doğru da ola bilər), özümüzü real həyatda müşahidə edəcəyik. Gündəlik təcrübəmizdə də bu sualın cavabını axtaracağıq. Əgər bunu axtarsanız, mütləq tapacaqsınız. Cavab hədəfdəki vərdiş olacaq.

Üçüncüsü, bu vərdişi harada, nə vaxt, kiminləykən etdiyimizə və ya etməyi ən çox istədiyimizə fokuslanacağıq. Necə olur, nə baş verir ki, özümüzə dəfələrlə söz vermiş olsaq belə, bu vərdişi yenə də edirik? Bunun cavabını tapacağıq. Bunları tapdığınız zaman edəcəyiniz ən böyük səhv yaddaşınıza arxalanmaqdır. Yəni bu tapdıqlarınızı yazmamaq, qeyd almamaqdır.

Dördüncüsü, bu artıq sonuncu addımın nə olduğunu sizə göstərir. Bu faktorları a) həyatımızdan çıxarmağın, b) çıxara bilmiriksə, minimuma endirməyin yollarınıı düşünəcəyik və dərhal da edəcəyik. “Gözdən uzaq olan, könüldən də iraq olar” deyimimizi bilirsiniz. Yəni vərdişləriniz, onların varlıq səbəbləri olan insanları, məkanları və digər faktorları görmədikcə, xatırlamadıqca unudacaqlar. Unutduqları kimi də sizin bioloji sisteminiz tərəfindən də unudulacaqlar. Bioloji yaddaşımızın bu vərdişləri getdikcə daha  az xatırlaması, yadlaşması qədər bizim həyatımıza xoş təsiri olacaq, bizə özünə inam/özgüvən və ən əsası da özümüzə olan hörməti artıran edə biləcəyimiz çox az sayda məşğuliyyət tapa bilərik. Yəni, bu prosesi başlayıb, davam etdirib nəticələndirə bilsək, bir daşla iki deyil, daha çox quş vurmuş olacağıq. Bəli, bu, yazıldığı qədər asan olmayacaq, amma hardasa yazıldığı kimi olacaq.

Bəli, başlığı anladınız, niyyət və fərqindəlik bu qədər güclüdür. Bunlar həyatı avtomatik olaraq, robot kimi, fəqrində olmadan deyil, şüurlu halda yaşamaqla mümkündür. Bunun üçün də daha yaxşı bir həyat yaşama niyyətimiz olmalıdır ki, buna mane olanları radara salma fərqindəliyimizi oyatmaq üçün də səbəbimiz olsun.

İndi isə keçək sürprizə.

Harvard Business School-un professorlarından birinin insan davranışının və halının onun düşüncə və hissləri üzərindəki təsirini göstərən çox məşhur bir araşdırması var. Bu mövzuda bir TED çıxışı da olmuşdu. Onu da qeyd edim ki, bu çıxış TED tarixinin ən çox baxılan on çıxışından biridir. Eyni mövzuda kitab da yazıldı və bu kitab da bestseller oldu. Mən ilk dəfə Toni Robbinsin kitablarını oxumağa təxminən 12-13 il əvvəl başlamışam və eyni mövzunu Toni o vaxtlardan bütün kitab və seminarlarında daima təkrarlayır. Bu kömürlərin üzərində yerimə tövsiyələrində də ən vacib məqamlardan biri məhz bu mövzu idi. Bu mövzu qısa olaraq deyəcək olsam, bizim fizioloji vəziyyətimiz, bunun üzərimizdəki təsiri və bunu saniyələr içərisində dəyişdirməyin yolları haqqındadır.

Həm bu mövzuda, həm də bu 4 günlük seminarlardan öyrəndiklərimi paylaşmaq üçün bir vebinar təşkil edəcəyəm. Vebinarda iştirak ödənişlidir. Ancaq bu yazını sonuna qədər oxuyanlar və bloqun izləyicilərinə ciddi bir endirim olacaq. Əgər iştirak etmək istəyirsinizsə, tehran.abdurrahimov@gmail.com ünvanına mövzu yerində “VEBINAR” yazmaqla bir email göndərin. Email göndərənlərə vebinar haqqında ətraflı məllumat veriləcək.


Bənzər Yazılar:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s