Elit Məhsuldarlıq. Sadəcə Beş Addımda!

Plansız hədəf sadəcə bir arzudur.”

Antoine de Saint-Exupéry

  1. Məhsuldarlıq deyərkən ağla gələn ilk şey planlaşdırmaq və prioritetlərini təyin etmiş olmaqdır. Bunları etməmək və eyni zamanda da məhsuldarlıq istəmək çox saf və nəticə verməyəcək boş bir arzudur. Bunları etmək isə hər şey demək deyil. Yəni bu sadəcə birinci addımdır.

 “Vacib olan qrafikinizdə olanları prioritetləşdirmək deyil,

prioritetlərinizi qrafikə salmaqdır.”

– Stephen Covey

  1. Addımlarımızı planlaşdırma mərhələsinə keçməliyik. Bunun üçün də bu birinci mərhələdən diplomumuzu alıb artıq ikinci mərhələdən məzun olmalıyıq. İkinci mərhələdə etməli olduğumuz planlarımız arasına yazdıqlarımızdan bir çoxunu silməkdir. Bəli, yazmışdıq, planlamışdıq və sairə, anlayıram, amma silməliyik. Onları silməliyik, çünki bizim üçün çox da dərin mənası, əhəmiyyəti olan şeylər deyil. Biz nə qədər yeni işlərə“hə” deyiriksə,potensialımızı, gücümüzü o qədər dağıdırıq. “Güc birlikdədir” deyərkən əminəm ki, atalarımız sadəcə insanların birliyini nəzərdə tutmayıb. Bu həmdə bizim daxili güc faktorlarımıza aiddir. Yəni fokus, enerji, vaxt və əməyimizi bir anda bir çox fərqli layihələrə deyil, az sayda, sadəcə birneçə, bizimüçün əhəmiyyətli olan nəhəng layihələrə kökləməli, fokuslamalıyıq. Əgər siyahınızdakı bir çox hədəfin üzərindən xətt çəkdinizsə,sizi təbrik etmək olar, indi növbəti mərhələyə keçirik.

 

“Əgər onun haqqında danışırsansa, o bir arzudur, əgər gözünün önündə canladıra bilirsənsə, mümkündür, lakin əgər qrafikinə daxil edirsənsə, o zaman realdır.”

― Anthony Robbins

  1. Əminəm ki, “hədəflərini yazanlar digərlərindən daha uğurlu olur” fikrini siz də dəfələrlə eşitmisiniz. Bu doğrudur, çox əla və güclü bir metoddur. Lakin biz burada dayanmayacağıq. Bir addım daha irəliyə gedəcəyik. Çünki biz mümkün qədər qısa müddət ərzində ən vacib hədəflərimiz üzərində mümkün qədər çox məsafə almaq istəyirik. Bunun üçün də bir sistemə ehtiyacımız var. Sistem deyəndə heç də düşünməyin ki, nəisə mürəkkəb bir şey olacaq. Xeyr! Çox sadə olacaq. Yəni tam diqqətimizi verərək bu ən əhəmiyyətli hədəflərimiz üzərində işləyərkən vaxtımızı daima əvvəlcədən uzun müddətli işləyə biləcək tərzdə planlaşdıracağıq. ƏVVƏLCƏDƏN! Yəni işimizi şansa, ehtimallara buraxmayacağıq. Əgər qrafikimizdə yoxdursa, yazmamışıqsa, vaxt tapmağımız da çox çətin olacaq. Bu mərhələ də hazır olduqdan sonra növbəti pilləyə keçirik. Əslində bura kimi olan bu üç addım çox da çətin deyil. Lakin dördüncü mərhələ bir xeyli çətindir. Buna görə də bizə buraya kimi çəkdiyimiz əziyyət və sərf etdiyimiz vaxtın israf olmaması üçün 100% effekti olacaq bir metod lazımdır. O da növbəti mərhələdə özümüzə verəcəyimiz aşağıdakı sözdür.

 

“Nizam-intizam ən çox etmək istədiklərini edə bilmək üçün etmək istəmədiklərini etməkdir.”

– Jeff Fisher

  1. “Qrafikə Saldığım Bu İşləri Motivasiyam/Həvəsim Olmayanda da Etməyi Vərdiş Halına Gətirəcəyəm.” Motivasiya, həvəsin olması çox əla bir şeydir. Lakin həvəs həmişə, xüsusilə də tam da ehtiyacımız olan vaxtlarda olmaya bilir. Həvəs bel bağlaya bilməyəcəyimiz etibarsız, vəfasız bir dost kimidir. Ən çox ehtiyacımız olan vaxtda bizə ən uzaq yerdə olur. Nə əlimiz çatır, nə səsimiz. Bunun üçün də daha güclü olacağıq. Yəni “Mən 2.0 versiyam olacağam” deməliyik. Biz bu qərarı verdikdən sonra və səmimi olub buna əməl etdikcə çox əla bir sürprizlə qarşılaşacağıq. Zaman keçdikcə motivasiya və həvəsə ehtiyac olmadan da işləyə biləcəyimizi görəcəyik. Daha güclü olacağıq. Özümüzə olan hörmətimiz artacaq. 2.0 versiyamız əvvəlki bizim bir neçə ayda bitirdiyi işi sadəcə bir neçə həftədə bitirəcəkdir. Burda əhəmiyyətli bir dəyişiklik olacaq. Yəni artıq “motivasiya probelmim var”fikrini ya heç işlətmədiyimizi, ya da çox nadirən bu ifadənin ağzımızdan çıxdığının şahid olacağıq. Bu da bizi növbəti mərhələyə gətirəcək. 

“Uğur hər gün tətbiq edilən bir neçə sadə disiplindən başqa bir şey deyil.”

– Jim Rohn

  1. Yəni ki, ən böyük xəyallarımızın ard-arda reallaşdığı bir həyat tərzinə. Əslində bu ilin #ƏnYaxşıİlimiz olması üçün çox da qeyri adi metodlar, sirrlər, xəyal qurmalar, pozitiv düşünmə seansları məşqlərinə ehtiyac yoxdur. Etməli olduqlarımız sadə, doğrudur ki,bir az çətin, lakin mütləq bacaracağımız bir neçə mərhələdən ibarət qərarlar, işlər və icraatlardır. 

Yazının sonunda sizinlə bir elanı və ənənəyə uyğun olaraq bir hədiyyəni paylaşmaq istəyirəm. Bu hədiyyəni sizinlə ismayilvaliyev.com-u izlədiyiniz, oxuduğunuz üçün paylaşıram. 

Yanvar ayının son həftəsindən kouçinq proqramı üçün  bir neçə nəfər qəbul ediləcək. Vaxt məhdudiyyəti olduğundan proqrama sadəcə 5-7 nəfər qəbul ediləcək. Bu haqda Facebook-da da paylaşım edilmişdi. Proqram haqqında aşağıda oxuya bilərsiniz:

  1. 2019-da sizi uğurlu edəcək və özünüzdə dəyişdirməyi (gücləndirməyi, tamamilə yox etməyi və ya başdan formalaşdırmağı) istədiyiniz bir vərdişi, xüsusiyyəti vә ya problemi düşünün. 
  2. Bu arzunuzu reallaşdırmaq üçün sizə kouçinq vasitəsilə kömək edə bilərəm, yoxsa yox? Bunu düşünün.
  3. Əgər cavab “YOX” olarsa, oxumağa davam etməyin. Ancaq cavab “HƏ”dirsə…
  4. Mən sizə bunu edə biləcəyimizə dair 100% təminat versəm…
  5. Həftədə ən azı 5-7 saat bu arzunuzu reallaşdırmaq üçün vaxt ayıra biləcəyinizi düşünürsünüzsə…
  6. Büdcənizə uyğun bir kouçinq proqramı təklif etsəm, heç bir nəticə olmazsa, ödədiyiniz məbləğ tamamilə geri ödənilsә…
  7. Belə bir kouçinq proqramına nə vaxt başlamaq istəyərsiniz? müraciət və ətraflı məlumat üçün bizə yazın. vcgboston@gmail.com 

Yeni tәqvim ilində yeni hədəflərə çatmaq üçün #YeniSiz olaraq davam etməlisiniz!

 


Bənzər Yazılar:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s