Yaddaş, Diqqət və Yaradıcılığı Artırmaq, Stresi Azaltmaq Üçün 3 Güclü Metod

1.YAZ!

“Ağlına yeni fikirlər gəldiyi zaman dərhal yaz. İntellektini etməli olduqlarını xatırlamaq üçün deyil, işləri bitirmək üçün istifadə et!”

Caroline Webb

Ən güclü, həm də ən çox gözardı edilən metod budur – yazmaq. Vacib bir qərar verərkən yazmaq, ciddi bir dəyişiklik etmək istəyərkən yazmaq. Yəni, veriləcək qərarın, atılacaq addımın bütün mənfi və müsbət tərəflərini yazmaq. Bəs nəyə görə yazmaq? Çox sadə: zehnimiz bütün ehtimalları hesablayacaq və o anda bizə ən doğru variantı göstərəcək qədər cəld düşünə bilmir. Səbəbi isə bəsitdir, çünki hardasa hər şeyi zehnimizdə saxlamaq istəyirik. Düşünürük ki, istədiyimiz anda və yerdə bizə lazım olan nədirsə, zehnimiz bunu bizə verəcək. Əslində zehnimizin bunu edəcək potensialı var, lakin biz bunun olmasına imkan vermirik və daha sonra da zehnimizi günahlandırırıq. Diqqətimizin zəif olduğunu, fokuslana bilmədiyimizi, yaddaş problemimizin olduğunu deyirik. Bu problemlərin çox böyük hissəsinə dərhal, elə bu gün son vermək üçün zehnimizdə və zehnimiz, beynimiz haqqında sadəcə bir dəyişiklik etməliyik. Bel ki, beynimizin vəzifə tapşırıqları, öhdəliklərində bir dəyişiklik edəcəyik. Beynimiz məlumatları saxlamaq və lazım olanda bizə vermək üçün deyil, yeni ideyalar, fikirlər yaratmaq üçün var. Yəni, beynimizə bir yaddaş kartı kimi deyil, bir innovasiya mərkəzi kimi baxacağıq.  Çox maraqlıdır ki, biz beynimizə nə qədər yaddaş kartı kimi deyil, innovasiya mərkəzi kimi baxsaq, yaddaşımız o dərəcədə güclənəcək. Bunu indiyə kimi tam istədiyimiz şəkildə edə bilməməyimizin səbəbi isə beynimizlə yaddaş kartı kimi rəftar etməyimizdir və bu da beynimizi lazımsız geqabaytlarla, megabaytlarala yükləyir. Nəticəddə də nə yaradaıcı düşünə bilirik, nə də istədiyimiz kimi güclü diqqət və fokuslanmaya sahib ola bilirk. Bunun öhdəsindən gəlmək üçünsə sadə bir metodu tədbiq edəcək və bunu bir vərdiş hallına gətirəcəyik. Buyurun növbəti paraqrafda bunu izah edirəm.

2.NOT/QEYD AL!

“Hər il onlarla not/qeyd dəftəri alır, yazıb doldurur və bitirirəm. Qarşıma çıxdığı, ağlıma gəldiyi ilk anda hər şeyi yazıram. Virgin ailəsinin bir neçə şirkəti gözlənilməz anlarda ortaya çıxdı. Əgər bu not dəftərləri olmasaydı, böyük ehtimal o şirkətlər də olmayacadı.”

Richard Branson

Özünə inam çox əla bir xüsusiyyətdir. Lakin yaddaşımıza, beynimizə sonsuz bir şəkildə etibar etmək, güvənmək saflıq olardı. Gün ərzində, eyni gündə və daha sonrakı günlərdə etməyimiz üçün qarşımıza fərqli tələblər çıxır. İş yoldaşlarımızdan, müdirimizdən, işçilərimizdən, ailə üzvlərimizdən, müəllimlərimizdən və sair. Biz bunlara “oldu, edəcəyəm” deyirik. Əgər bu cür məlumatlar hər qarşımıza çıxanda buna verdiyimiz cavab sadəcə “oldu” deməkdirsə, biz həm diqqətimizi, konsantrasiya və fokuslanma bacarığımızı, həm də yaddaşımızı zəiflədirik. Yaradıcı düşünmə bacarığımızı isə ciddi ölçüdə limitləyirik. Səbəbi isə çox sadədir. Biz özümüzə və ya başqa bir insana, fərqi yoxdur nə qədər böyük və ya kiçik olsun, bir söz verəndə bu şüuraltımızda qeyd olunur və biz bu verdiyimiz söz haqqında aşağıdakı üç qərardan birini verənə qədər beynimiz bu sözlər üzərində işləməyi dayandırmır. Belə olduqda isə nə yaddaş, nə diqqət, nə yaradıcılıq üçün yetəri qədər manevr etmə qabiliyyət və imkanı qalmır. Əgər özümüzə və ya başqa birinə hər hansı bir mövzuda bir söz veririksə, bunu beynimizin unutması, bir növ “o söhbəti bağlaması” üçün biz:

  1. a) o dediyimiz iş nədirsə, onu yerinə gətirməli və tamamlamalıyıq,
  2. b) bunu edəcəyimiz bir yer və vaxt təyin etməliyik,
  3. c) ləğv etməliyik.

Ancaq bu halda beynimiz bunlar üzərində işləməyi dayandıracaq, əks halda əsla. İndi düşünün gün ərzində özünüzə və digər insanlara nə qədər söz verirsiniz? Bunların neçə faizini qeyd dəftərinizə əlavə edirsiniz?

3.PLANLAŞDIR!

“Daima əvvəlcədən planla. Nuh peyğəmbər gəmini inşa etdiyi zaman yağışdan, f;rtınadan əsər-əlamət belə yox idi.”

Richard Cushing

Qeyd aldıq, veridyimiz sözləri qeyd etdik və iş bitdi, əla bir yaddaşım olacaq, diqqətimi cəmləmə və yaradıcılıq bacarığım güclənəcək, əlaaaaaaa !!!! Xeyr, belə deyil. Yuxarıdakı bu iki addımın şübhəsiz çox faydalı olacaq. Həm də dərhal! Lakin sonuncu və üçüncü addımı atmasaq və bunu müntəzəm olaraq etməsək, o zaman tam nəticə ala bilməyəcəyik. Sonuncu addım isə belədir:

Biz davamlı olaraq…

1) bu aldığımız qeydləri təkrar gözdən keçirəcəyik,

2) bunları etmək üçün bizə nələrin lazım olduğuna qərar verəcyik,

3) bunları etmək üçün ən ideal an, məkan və alətin nə olduğuna qərar verəcəyik.

Misal üçün bu not aldığımız işlərin bəzilərini etmək üçün bizim mütləq ofisdə olmağımız lazımdır, digər birini etmək üçün evdə, bəzilərini etək üçün şəhərdə olmağımız, bəzilərini etmək üçün telefon, bəzilərini etmək üçün laptopumuz və sair lazım olacaqdır. Siz son olaraq bu notlarınızı ediləckləri yer, zaman və vasiətlərə görə qruplaşdırdıqdan sonra beyninizdəki rahatlamanı, bunun necə bir hiss olduğunu heyranlılqa təcrübə edəcəksiniz. Bunun yan təsirləri olacaq.

  • Özünü daha həvəsli, motivasyalı hiss etmək.
  • Enerji səviyyəsinin artması
  • Daxili rahatlıq və güclülük hissi
  • Zehni aydınlıq, şəffaflıq və daha təmiz, dəqiq düşünmə
  • Yaradıcı yanaşmanın artması
  • Sadəcə sizə xas olacaq, sizin hiss edəcəyiniz sürpriz pozitiv hisslər.

Yazını qısa tutmaq xatirinə daha çox detallara getmək və onları yazmaq istəmədim. Ancaq sadəcə burada yazılanları etsəniz, bunu həyatınızın bir parçası halına gətirsəniz, zamanla sizin üçün ən ideal sistemi ortaya çıxaracaqsınız. Daha doğrusu sistem özünü aşkar edəcək. Hər kəs üçün eyni işləyən bir sistem yoxdur. Hər birimiz fərqliyik və buna görə də sırf bizim üçün ən yaxşı işləyən sistemi dizayn etməliyik bunun da ilk addımı mövcud metod və sistemləri öyrənmək, ikinci addım bunları tədbiq etmək,  üçüncü isə proses zamanı öyrənə-öyrənə dəyişikliklər etmək və ən ideal olanı tapmaqdır. Əslində ən ideal olan bir sistem yoxdur, davamlı olaraq daha da effektiv hala gətirəcəyimiz, inkişaf etdirəcəyimiz sistem var.

Əgər sadəcə yuxarıdakı üç metodu etsəniz, nəticələri də dərhal görəcəksiniz. Bu metodlar sizə başqa bir kitab oxumadan, seminara getmədən istədiyiniz dəyişikliyi gətirəcək gücdədir.

Lakin bəzən daima daha çoxu ilə maraqlanan insanlar olur. Əgər siz də həm bunu etmək, həm də sırf bu mövzuda kömək almaq istəyirsinizsə, kouçinq üçün müraciət edə bilərsiniz. Əgər kouçinq almaq və daha sürətli bir inkişaf və dəyişiklik istəyirsinizsə, aaşağıadkı emaildən bizə mövzu yerində ELİTMƏHSULDARLIQ yazaraq bir elektron məktub göndərin. Emailinizi aldıqdan sonra kouçinq proqramı, növləri, tələbləri haqqında ətraflı məlumat göndəriləcək. Bəzi yazılarda sadəcə bloqun izləyiciləri üçün sürprizlər edirəm, yəni çox ciddi bir endirimlə kouçinq almaları üçün şans verirəm. Əgər siz 13 Fevral tarixindən əvvəl müraciət etsəniz və proqrama qəbul edilsəniz, ciddi bir endirimlə iştirak haqqı qazanacaqsınız.

Uğurlar!

Email: tehran.abdurrahimov@gmail.com


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s