Ən Böyük Xəyalını Reallaşdırmağın Ən Çətin və Ən Effektli Metodu Budur!

Stress…

Depressiya…

Özünü sevməmək…

Ümidsizlik…

Yorğunluq…

Halsızlıq…

Bütün bu hissləri yox edəcək və ya müalicə edəcək (kökündən + bir dəfəlik + mütləq) bir metod var…

Yeni yazıda sizinlə məhz bunu paylaşmaq istəyirəm.

Yazını oxuduqdan sonra həyatınıza tətbiq etdiyiniz zaman bu hisslərin hər biri ya buxarlanıb yox olacaq, ya da sayıları və onları hiss etmə intensivliyiniz çox ciddi bir şəkildə azalacaq.

Bəlkə inanılmaz, şişirdilmiş bir iddia kimi səslənir. Lakin bunu deyim ki, burada mən sizə nə isə satmaq və ya sizi nəyə isə inandırmaq üçün çalışmıram. Sadəcə praktikada təsdiqini tapmış real bir metodu sizinlə paylaşmaq istəyirəm.

Bunu  böyük ehtimalla  həftənin hər günü, ayın hər həftəsi edə bilməyəcəksiniz. Bunu davamlı etmək və həyatının bir parçası halına gətirmək dünyadakı ən çətin işlərdən biridir.

Hətta daha iddialı bir şey deyəcəyəm, əgər bunu dünya əhalisinin çox hissəsi edə bilsə, artıq bir çox ruh xəstəlikləri mərkəzinə ehtiyac qalmaz. Bir çox dərmanın istehsalı dayandırılar və satışdan tamamilə qaldırılar. Bir çox psixoloji dəstək mərkəzləri və ekspertlərinə də ethiyac qalmaz.

Çox ciddi bir iddiadır, hə?

Məncə də elədir.

Metodu oxuduqdan sonra siz özünüz düşünün və qərar verin, bu nə dərəcədə doğrudur?!

Metodun adı belədir – “Müqavimətə Müqavimət Göstərmək” Yəni MMG…

“Hansı müqavimətə və harada?” deyəcəksiniz.

Sadəcə bir halda – bizim üçün ən vacib olan,  bitirdiyimiz təqdirdə həyatımızı bir addım daha irəliyə aparacaq hədəflərimiz üzərində işləməyə başlamağımıza və bitirməyimizə qarşı olan müqavimətə qarşı.

Bir anlıq düşünün, özünüzə dəfələrlə girəcəyinizi dediyiniz o imtahanı, “alacağam” dediyiniz o sertifikatı, “başlayacağam və nəşr edəcəyəm” dediyiniz o kitabı, “açacağam” dediyiniz o biznesi, “başlayacağam” dediyiniz o sağlam qidalanma proqramını, “başlayacağam” dediyiniz o idman proqramını….

Hər dəfə bunları düşünəndə özünüzü necə hiss edirsiniz?

İndi də bir anlıq özünüzü bunları bitirdiyiniz halda təsəvvür edin və o anda nələr hiss edəcəyinizi düşünün?

Özünüzə qarşı olan hörmət və inamınız necə dəyişəcək?

Necə düşünəcək, gələcəyə necə baxacaqsınız?

Ətrafdakı insanlarla münasibətiniz necə olacaq?

Hətta danışarkən səs tonunuzu, zarafat edərkən özünüzü necə hiss edəcəksiniz?

Gülüş və təbəssümünüz indikindən nə qədər fərqli, real və içdən olacaq?

Hər halda sadəcə düşünmək, təsəvvür etmək belə ürəyinizi rahatladır, yüngülləşdirir, doğrudurmu? Yuxarıda yazdığım bütün bu və saya bilmədiyim daha neçə müsbət, çılğın hissləri yaşaya biləcəyimizi ürəyimiz, şüuraltımız bilir, amma biz bunların heç birini doğru düzgün hiss edə, yaşaya bilmirik.

Çünki özümüzdən razı deyilik, çünki yaşamaq istədiyimiz həyatı yaşamırıq, sadəcə içimizdə yaşadırıq. Çünki özümüzə xəyanət etdiyimizi hiss edirik. Çünki daha yaxşısına layiq olduğumuzu, amma daha pisinə razı olub boyun əydiyimizi bilirik.  Çünki daha bacarıqlı, cəsarətli, istedadlı və ağıllı olduğumuzu bilirik, amma işə yaramaz, savadsız, bacarıqsız olaraq yaşayırıq.

Bütün bunlar daxilimizdə üsyana səbəb olur.

Ruhumuz üsyan edir, qəlbimiz üsyan edir, şüuraltımız etiraz edir.

Bu qarışıqlıq daxili dünyamızın küçələrinə bu üsyanın səbəb olduğu stressi, depressiyanı, yalnızlığı, bezginliyi, həvəssiszliyi, özünə nifrəti, özünü bəyənməməyi, həyatdan, insanlardan ümidini kəsməyi çıxarır. Biz də bunları hiss edir, yaşayırıq. Sanki bunlar hamısı normalmış kimi.  Normal kimi gəlir, çünki ətrafımızdakı insanların ən azı 85 %-i eyni hisslərdən şikayət edir.

Kimi yoqaya başlayır, kimisi meditasiyaya, kimisi psixoloq yanına gedir, digər bir tanışımız tez-tez alkoqol qəbul edir və ya daha çox tütün məhsulları istifadə edir, başqa biri adrenalin verən proqramlara qoşulur, başqa biri fərqli dərmanlar qəbul edir.

Əslində isə çarə sadəcə müqavimətə qalib gəlməkdir. Müqavimətə baxmayaraq başalamaq və bitirməkdir, müqavimətdən qaçmaq deyil, müqavimətlə yaşamağa başlamaqdır. Müqaviməti qəbul etmək, amma təslim olmamaqdır. Müqavimətin bir gün yox olacağını nə düşünmək, nə də ümid etməkdir.

Çünki o, hər gün orada olacaq, hər gün potensialımızı tam kəşf etməməyimiz üçün bizimlə savaşacaq.

Amma biz də hər gün orada olacaq və müqaviməti tapdalayıb yolumuza davam edəcəyik və ən azı 10 dəfə daha xoşbəxt olacağıq.

Özünüz yoxlayın və görün.

Daima Müqavimətə Müqavimət Göstərin və xəyallarınıza doğru hərəkət halında olun!

Uğurlar!!!

P.S. Yuxarıda vurğuladığım psixoloq yanına getmək və fərqli köməyi olan proqramlarda iştirak etmək tamamilə faydasızdır kimi anlaşılmasın. Bunu demək istəmirəm. Burada vurğulamaq istədiyim müqavimətdən qaçdığımız halda bu proqramlardan əldə edəcəyimiz ciddi bir fayda olmayacaq. 


Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s