Napoleon Hillə İnanmayın!

Böyük ehtimalla bu yazını gələcəkdə yenidən yazacağam. Bəlkə bir kitab layihəsi belə ola bilər. Yaşayarıq, görərik. İndi isə qısa bir şəkildə yazmaq və fikirlərimi sizinlə paylaşmaq istəyirəm. 

Çünki durmadan, hər yerdə, hər kəs tərəfindən bu mövzuya toxunulur. Sanki bir qanun, bir aksiom, Allahın bir ayəsi kimi dəyişməz və əksi sübut oluna bilməz bir həqiqətdir. Bu fikirlər əlbəttə ki, fərdi inkişaf sahəsindəki kitablar, təlimçilər, kouçlar, mentorlar tərəfindən bu qədər təkrarlanır. Bunun başlanğıcı da məhz bu sahənin Qərbdə təməlini atan kitablardan biri olan Napoleon Hillin yazdığı məşhur Düşün və Varlan” kitabına dayanmaqdadır. 

sales-people-benefit-think-grow-richKitabın əsas mesajı da məhz budur – İnsan (onun zehni)  inandığı və düşündüyü hər şeyi əldə etməyə qadirdir.

Əminəm ki, bunu hər biriniz eşitmisiniz, oxumusunuz, həm də dəfələrlə. Bunun səhv olduğunu deyib qarşı çıxmıram. Lakin bu yanaşmanın təbliğ etdiyi, aşıladığı bir mesaj var. O da budur ki, siz uğurlu olmaq istəyirsinizsə, ilk əvvəl mütləq uğurlu olacağınıza dair özünüzə inamınız tam, əksiksiz olmalıdır. Daha sonra da özünüzə inamı gücləndirməyin sirrləri, yolları ilə bağlı  programlar, kitablar çıxır ortaya. Bu program və kitabların hər biri faydalıdır. Özünə inanmlı olmaq da adətən bir addım öndə olmaq deməkdir (Amma təbii ki, həmişə deyil. Bu da başqa bir mövzudur, bəlkə bunu da başqa bir yazıda paylaşaram). 

Lakin mən əvvəlcə özümə inamı formalaşdırmalı və ancaq bundan sonra uğurlu olmaq üçün nə isə etməyə başlayacağam” fikrinə inanmaq və bunu qəbul etmək çox səhv bir yanaşmadır.  Xüsusilə də həyatınızla bağlı çox büyük hədəfləriniz varsa.

Bir söz var, yəqin ki, eşitmisiniz – İnsan tək şansının güclü olmaq olduğu anı yaşamadan nə qədər güclü olduğunu öyrənə, kəşf edə bilməz. Yəni sadəcə özünüzə inamlı olduğunuz arenalarda mübarizə aparsanız, savaşsanız, uğurlu ola bilərsiniz, amma ola biləcəyinizin ən yaxşısı olma ehtimalınız bir xəyal olaraq həmişəlik bir kənarda qala bilər. Çünki bura bizim oynamalı olduğumuz liqa və səviyyə deyil. 

Adətən bizi ən çox dəyişdirən, həyatımızda, karyeramızda köklü dəyişikliklər yaradan uğurlar onlar olur ki, biz başlanğıcda, əvvəldə bu hədəfi və uğurlu olma ehtimalımızı düşünəndə uğurdan çox uğursuzluq daha labüd görünür. Qorxuruq, başlayanda şübhələr bizi durmadan narahat edir. Bu işin olmayacağına, bacarmayacağımıza dair daimi bir tədirginlik olur. Çünki çox yad, çətin, standartların yüksək olduğu, rəqiblərin daha sürətli, bacarıqlı, güclü olduğu bir rinqdə döyüşə çıxmış oluruq. Bu cür bir arenada mübarizəyə başlamaq üçün özünə inam bir yana, düşünmək belə bizi qorxularla sarır. Lakin çox əhəmiyyətli bir nüans da var, bu qədər çətin, əl çatmaz, qorxulu, narahat edici görünməsinə baxmayaraq ürəyimizdəki riskə getmək, cəhd emtək, yoxlamaq istəyi də sönmür. Daima içimizdən bir səs “bəlkə yoxlayasan” deyə bizi təhrik edir. 

Məhz bu hallarda, bu cür hədəflər və belə mübarizələr üçün inanmağı, özünə inamlı olmağı gözləmək, Napoleon Hillin 70 illik bu fikrinə, həmçinin buna inanan ekspertlərə, kouçlara, təlimçilərə inanmaq, bunu qəbul etmək və başlamaqdansa, özünə inam formalaşdırmaqla məşğul olmaq;

  1. Vaxt itgisidir,
  2. Bizi zəiflədir,
  3. Enerjimizi bu yolda bitirir,
  4. O anda başalama həvəsindən yaranan o həyacanı söndürür,
  5. Ən əsası isə işə yaramır.

Nəyi bacarıb bacarmayacağımızı öyrənməyin ən yaxşı yollarından biri məhz başlamaq və nəticələrə  baxmaqdır. Oturub sadəcə özünə inamı artırmağın yollarını izah edən birini dinləmək, bir kitab oxumaqla olmayacaq bu iş. Kənardan baxana döyüş asan gələr deyiblər. Bəzən də kənardan baxana döyüş olduğundan qatbaqat çətin görünür və bunun nə qədər doğru olduğunu biz sadəcə və sadəcə başladıqdan sonra öyrənə bilərik. Bunun üçün də əgər bir xəyalınız, hədəfiniz var, amma sizin bunu bacaracağınıza dair inancınız zəifdirsə, o zaman sadəcə kitablar, kouçlar və seminarlardan mədət ummaq da bir işə yaramayacaq. Əksinə, işləməyə, addımlamağa başlayın və əvəvəlcədən qəbul edin ki, daima qorxu olacaq, narahat olacaqsınız, şübhələr sizi tərk etməyəcək və bunlar çox normaldır. Çünki siz sadə, normal bir işlə məşğul olmursunuz, həyatınızı dəyişdirməyə çalışırsınız. Növbəti və sizə məlum olmayan, ilk dəfə yaşayacağınız bir mərhələyə keçirsiniz. 

Son olaraq da bunu paylaşmaq istəyirəm ki, əgər özünə inam qazanmaqda yardım edəcək alətlər, metodlar qarşınıza çıxırsa, mütləq istifadə edin. Bunun bir zərəri yoxdur, lakin bunları gözləməyin və ən həyati olan isə bunlar olmadan uğurlu ola bilməzsiniz” fikrini əsla və əsla qəbul etməyin. Bunu Napoleon Hill demiş olsa belə. 

Sizin həyat və karyeranız 1930-cu illərdə bir jurnalist və araşdırmaçı tərəfindən ortaya atılmış yarı doğru bir fikrin həyatınızı, gələcəyimizi istiqamətləndirməsinə icazə verməyəcək qədər dəyərlidir.

Uğurlar!


 Bənzər Yazılar:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s