Min1 dərdin dərmanı; HÖVSƏLƏSİZLİK!

Üzərimizdəki ağırlıq, bədbinlik, bezginlik və həvəsssizliyin ən başlıca səbəblərindən biri özümüzə qarşı çox anlayışlı olmağımızdır. Yaddaşımız möhtəşəm olmaya bilər, lakin beynimiz özümüzə verdiyimiz heç bir şeyi, sözü və vədi unutmur. “Edəcəyəm” və ya “artıq etməyəcəyəm” dediyimiz nə varsa, hər birini xatırlayır. Amma bu xatırlama adətən şüuraltında olur. Əslində beynimiz bunu daxilimizdə bizə daima bağıraraq xatırlatmağa çalışır, lakin bu proses şüuraltında olduğu üçün biz bunu duymuruq.

Həmçinin, bəzən bir zərbə alırıq və bu bizi narahat edir, lakin bir müddət sonra o zərbənin səbəb olduğu ağrı və acı ilə yaşamağa öyrəşirik, eynilə şuüraltımızdakı bu səs-küyə, haraya da öyrəşirik. Yəni beynimiz bədənimizin ağrıya qarşı inşa etdiyi hövsələni bu səs-küyə qarşı inşa edir. Bunu hiss etməsək də, bunun simptomlarını hiss etməyə başlayırıq.

Bəs bu simptomlar hansılardır?

· yorğunluq

· halsızllıq

· həvəssizlik

· özündən şübhə

· özünü bəyənməmə

· özünə hörmət etməmə

· daxili doyumsuzluq

· neqativlik

· ümidsizlik

Bütün bu simptomları hiss edirik və həll etmək üçün də fərqli bir çox kitablara, kurslara, təlimlərə, seminarlara, internet resurslarına müraciət edir, onlardan mədət umuruq, hansısa motivasiya deyiminin bizə kömək edəcəyinə ümid edirik. Bütün bunlar bizə müəyyən qədər dəstək olur, lakin problemi köklü bir şəkildə həll etmir.

Problemi kökündən həll etməyin yolu oxumaq, dinləmək, izləmək deyil, İŞLƏMƏKDİR!

Eyni zamanda özümüzə və digərlərinə zərər vermədən, həddi aşmadan səbrsiz, hövsələsiz olmalıyıq. Bunun da tam nəticə verməsi üçün həyatımıza baxıb, beynimizdən sallanan o ağırlıqların nə olduğunun fərqinə varmalıyıq. Bu ağırlıqlar yuxarıda da qeyd edildiyi kimi özümüzə verdiyimiz kiçik, böyük, əhəmiyyətli, əhəmiyyətsiz bütün sözlər və vədlərdir.

Bunları təyin etdikdən sonra isə, seçəcəyimiz aşağıdakı iki yoldan biri olmalıdır:

a) “Qəddar” olmaq. Yəni ən kiçik bir əşyanı belə “saxlayım, yoxsa atım” deyə düşünürüksə, deməli zehni enerjimizi israf edirik. Bunun üçün də “qəddar” olub atılmalı olanı atmalı, ləğv edilməli olanı isə ləğv etməliyik. Qısası, o əşya, plan, proqram, yol haqqında öz qərarımızı qəti şəkildə verməli və bir daha bu mövzuya qayıtmamaqla beynimizin yükünü azaltmalıyıq.

b) Ediləcək işlərdən ən vacib, əhəmiyyətli olanlarını müəyyənləşdirib qərar vermək, bir an əvvəl işə başlamaq və bitirmək, “mükəmməl” sözünə qarşı hövsələsiz olub sadəcə bitirməyə fokuslanmaq.

Bunu etdikdən sonra anlayacağıq ki, əslində hövsələsizlik heç də həmişə mənfi bir xüsusiyyət deyilmiş. Tam əksinə, bəzən ən çox ehtiyyacımız olan da elə bu xüsusiyyətdir.

İNDİ BAŞLAYIN VƏ HƏYATINIZDA DƏRİN BİR TƏMİZLİK EDİN!HƏYATINIZA, BÜTÜN İŞLƏRİNİZƏ BİR HÖVSƏLƏSİZLİK KÜLƏYİ ƏSDİRİN!

UĞURLAR!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s