Diqqət İqtisadiyyadı erasında məhsuldarlıq üçün Brayan Treysidən 3 Məsləhət.

Çox xoşuma gələn bir deyim var:

“Bütün biznes bacarıqları öyrənilə biləcək bacarıqlardır.”

Aşağıda sizinlə paylaşacağım Brain Tracy-dən öyrəndiyim üç metod da istəyən hər kəs tərəfindən mənimsənilə biləcək üç möhtəşəm bacarıqdır. Xüsusilə də, məhsuldarlıq, icraat və əhəmiyyətli layihələri tez bir zamanda bitirmək baxımından.

  1. Eyni Anda Sadəcə Bir İşlə Məşğul Olmaq

Saysız hesabsız araşdırmalar təkrar-təkrar eyni anda bir neçə işlə məşğul olmağın beynimizin işləmə sürətinə, performanısına nə dərəcədə mənfi təsir etdiyini sübut edir. Hətta, bu cür işləməyin, bir anda bir neçə işlə məşğul olmağın IQ səviyyəmizi də düşürdüyünü (10-15 bal) iddia edən araşdırmalar var.

Beynimiz ən mükəmməl işini eyni anda bir neçə işlə məşğul olarkən deyil, sadəcə tək bir iş ilə məşğulkəngörə bilir. Sadəcə bu halda bir növ özünü, sözün əsl mənasında nələr edə biləcəyini göstərir.

Özünü məşğul, işi çox kimi göstərmək istəyən insanlar adətən bunu sevirlər və çox iş gördüklərini iddia edirlər. Haqqında danışdığımız insanlar bəzən bu yolla özlərinə və digərlərinə çox əhəmiyyətli bir insan olduqları siqnalını vermək istəyirlər. Ən acınacaqlı olansa, buna bəzən özlərinin də inanmasıdır.

Qarşımıza qoyduğumuz hədəflərimizi reallaşdırmaq üçün verəcəyimiz ən vacib qərarlardan biri məşğul deyil, məhsuldar olmaqda maraqlı olma qərarıdır. Performansımızı dəyərləndirərkən əsas ölçü meyarımız gün ərzində neçə saat işlədiyimiz, nə qədər iş gördüyümüz, bitirdiyimiz deyil, neçə önəmli işi başlayıb bitirdiyimiz olacaqdır.

Bir gün ərzində 15-20 çox da vacib olmyan işlər bitirməkdənsə, bizi ən nəhəng hədəflərimizə doğru aparacaq 2-3 işi bitirmək daha böyük uğurdur.

Hər birimizin razılaşacağı bir həqiqət var, o da budur ki, üzərində işlədiyimiz işin nəticəsini böyük ölçüdə o işə nə dərəcədə intensiv, qırılmayan diqqət yetirdiyimiz müəyyən edəcək.

Diqqətimizi də bölən, parçalayan və bizə bu zərəri verərkən bizə özümüzü vacib və yaxşı hiss etdirən eyni anda bir neçə işlə məşğul olmaqdır.

Yəni elektron poçt yazarkən, telefonda gələn zəngə də cavab verməyə çalışmaq, eyni zamanda gələn mesaja da gözucu baxmaq, daha sonra aldığın hansısa elektron poçtu yoxlamaq, hər 10-15 dəqiqədə bir mesajları, sosial media hesablarını yoxlamaq. Qısası, fasiləsiz olaraq bir işdən digərinə keçmək performansımızı iflic etməyin, vacib işləri heç cürə bitirə bilməməyin ən təminatlı yoludur.

Biz bunları edərkən bu işlərin hər birində diqqətimizin bir parçası, hissəsi qalır, növbəti başladığımız heç bir işlə pürdiqqət məşğul ola bilmirik və nəticə də buna paralel, uyğun olur.

  1. Təcililik Hissi

İkinci metod isə təcililik hissidir. Daima özümüzü daha sürətli olmağa, yüksək tempdə işləməyə alışdırmaq başladığımız işləri bitirməyin ən vacib şərtlərindəndir. Sürətli olduğumuz zaman (səbəbini, elmi açıqlamasını, izahını bilmirəm, amma) beynimiz də daha yaxşı işləyir. Beynimizin performansı ən pik həddə olur. Bunun hər halda iki səbəbi var:

Birincisi budur ki, biz özümüzü necə hiss ediriksə, davranışlarımız, seçim və qərarlarımız da ona uyğun olur. Bunun əksi də doğrudur. Bu qayda beynini, emosional, psixoloji vəziyyətini “hack”-lamaq və daha fərqli hiss etmək istəyənlər üçün də əla bir metoddur. Necə ki, özümüzü necə hiss etdiyimiz hərəkətlərimizi istiqamətləndirir, hərkətlərimiz də təcrübə etdiyimiz, yaşadığımız hisslərin necəliyini təyin edirlər.blob:https://ismayilvaliyevcom2016.wordpress.com/3a84286e-ef6b-41eb-a8ac-f47cb63fbc12REPORT THIS AD

Mövzumuzla əlaqəli olduğu üçün bu paylaşacağımı özünüz də yoxlaya bilərsiniz. Misal üçün, əgər etməli olduğunuz, etməyə qərar verdiyiniz işi, o işi etmək vaxtı gəldiyi zaman özünüzü yorğun, tənbəl, halsız hiss edirsinizsə, o zaman sadəcə bir az daha sürətli hərəkət edin. Bu daha dinamik hərəkət halında o işlə məşğul olmağa davam edin və görəcəksiniz ki, doğurdan da fərq hiss olunur.

İkinci əhəmiyyətli səbəbi də jest və mimiklərimizin, bədən dilimizin, hətta aktiv olan üz əzələlərimizin belə əhval-ruhiyyəmiz üzərində ciddi təsirinin olmasıdır və bu da dərhal özümüzü necə hiss etdiyimizi dəyişdirir. 

Bu mövzuda daha ətraflı öyrənmək isdəyirsinizsə, Harvard Business School-un professsorlarından Amy Cudy-nin kitabını okuya və ya bu TED çıxışını izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=Ks-_Mh1QhMc

İki halda da özünüzü təsəvvür edin, bezgin, yorğun, yavaş-yavaş hərəkət etdiyiniz hallarda bədən diliniz nə siqnal verir? Üz əzələlərinizdən hansılar daha aktiv olur? Mimiklərinizlə, jestlərəinizlə hansı hissləri yaratmış olursunuz, ətrafa hansı mesajı vermiş olursunuz? Cavabı bildiniz…

Bunun üçün də icazə verməməliyik ki, bəlli bir andakı bədənimizdən, zehnimizdən aldığımız siqnallar bizə nə edib-etməyəcəyimizə dair diktə etsin, bizi istiqamətləndirsin.

Bunlarla yanaşı iki vacib nüansı da mütləq paylaşmaq istəyirəm. Biri düşünmə ilə hərəkət, gözləmək ilə başlamaq arasındakı incə xəttdir.

Bilirsiniz ki, kifayət qədər düşünmədən başladığımız, tələsdiyimiz işlərin axırında məyusedici nəticələr alırıq. Ancaq hərəkət etmə nöqtəsinə gəldiyimizdə icraata başlamayıb, yenə də düşünməyə davam etmək də bizim icraat, işləri başlama və bitirmə bacarığımızı bir növ iflic edir.

Bu tələyə düşməmək üçün “nə qədər düşünüb, nə vaxt hərəkətə keçmək lazımdır” sualının dəqiq, konkret bir cavabı yoxdur və məhz bunun üçün də çox çətindir. Hər halda bu təcrübə yolu ilə öyrənilə və ya bir az daha yaxşı səviyyəyə gəlinə biləcək bir bacarıqdır. Bunu siz özünüz öyrənməlisiniz. Ancaq düşünürəm ki, sadəcə oturub düşünməkdənsə, hərəkət keçmək, hətta uğursuz olmaq daha yaxşdır. Çünki, a) nə isə etmiş olursan və bu bizim icraat baxımından özümüzə inanmağımıza yaxşı təsir edir, b) uğursuz olsan belə, çox əla məlumat toplamış olursan ki, istifadə etdiyin təqdirdə növbəti dəfə daha yaxşı qərarvermə üçün çox faydası olacaqdır.

Bir reallıq: Əgər kifayət qədər istirahət etmiriksə, beynimizi və bədənimizi gərgin iş tempindən fasiləyə çıxarmır, dincəltmir, onların qeydinə qalmırıqsa, o zaman bu yuxarıdakı metodlar bəlli bir yerdən sonra işə yaramayacaq. Bunun üçün də özümüzdən tələblərimiz çox yüksək olması ilə yanaşı, özümüzün çox əla qeydinə qalmağı da unutmamalıyıq ki, yarı yolda qalmayaq.

İndi isə yuxarıdakı iki metodu ən əla şəkildə edə bilməyimizi təmin edəcək, bunlardan maksimum faydalanmağımıza ən çox kömək edəcək olan faktoru, yəni üçüncü metodu öyrənək…

  1. Planlaşdırılmış Geniş Zaman Dilimləri

Yuxarıdakı iki metoddan – əgər bu üçüncünü etməsək – çox da faydalana bilməyəcəyik. Çünki həm pürdiqqət işləmək üçün, həm də bir anda sadəcə bir işlə məşğul olmaq üçün bu işlərə kifayət qədər vaxt ayırmaq lazımdır.

fatih

Diqqətimizi dağıdan bir çox faktor var və onlar haqqında əvvəlki yazıda danışmışdıq. Biz bu diqqət dağıdan faktorları aradan qaldıra, onlara qarşı mübarizədə qalib gələ bilərik. Lakin vacib, əhəmiyyətli bir çox işlərimiz bizdən sadəcə 10-15-20 dəqiqə yox, daha çox vaxt tələb edəcək. Çünki üzərində işlədiyimiz bəzi işlərə sadəcə tam köklənə (fokuslana) bilmək və zehnimizin o işə isinməsi üçün üçün elə ən azı 10-15 dəqiqə vaxt lazım olur. Biz maksimum məhsuldarlıq və işi keyfiyyətli, eyni zamanda tez bir şəkildə bitirə bilmək üçün beynimiz yorulsa, bizə sıxıcı gəlsə belə, 15 dəqiqə sonra fasilə etməyi deyil, davam etməyi hədəfləməliyik. Qətiyyət göstərib o işlə o qədər bir olmalıyıq ki, bir növ zaman və məkan məfhumundan uzaqlaşaq və özümüzü o işdə itirək. Sultan Fatihin bu deyimindəki qətiyyət, güc, sevda və ölümünə adanmışlıqla o işə başlayacaq, o cür toxunacaq, o keyfiyyətdə işləyəcəyik. Bunu dərhal, indi bacarmasaq da, (ki, bu normaldır) hədəfimiz daima buna yaxınlaşmaq olacaqdır. 

Bir neçə saniyəliyinə dayanın və oxumağa davam etmədən düşünün! Ən son nə vaxt, hansı vacib iş, tapşırıq, probleminiz üzərində fasilə vermədən, aralıqsız, başqa heç bir şeylə məşğul olmadan, tam köklənmiş (fokuslanmış) halda, pürdiqqət işlədiniz? Bu sualı ətrafımdakı insanlardan soruşmaq bir növ mənim hobbim olub. Şişirtmədən deyə bilərəm ki, rahatlıqla gün və ya tarix göstərərək bu suala cavab verən çox az insan var. Çünki diqqət iqtisadiyyatı dövründə yaşayırıq və hər kəs laptopumuz, telefonumuz vasitəsiylə diqqətimiz üzərində saysız-hesabsız oyunlar oynayır. Sırf diqqətimizi onlara, onların məhsuluna, xidmətlərinə yönəldə bilmək üçün. Bütün bunlar bizdə hazırda vərdişlər formalaşdırıb və formalaşdırmağa da davam edir. O vərdişlər ki, artıq bizim üçün 10 dəqiqə telefonumuzu yoxlamadan keçirtmək dəhşətli bir müşkül halına gəlib.

Gəlin indi birlikdə bir addım geriyə gedək və bütöv rəsmə baxaq.

  1. Bir tərəfdə o böyük xəyalınız var. Çatmaq, əldə etmək, reallaşdırmaq istəyirsiniz.
  2. Xəyalını qurduğunuz bu zəfəri yaşamaq üçün də etməli olduğunuz işlər var. Hansı ki, sizdən saatlarla oturub bütün gücünüzlə, qüvvətinizlə işləməyinizi tələb edir. Digər tərəfdə isə, telefonunuz var, sosial media hesablarınız var və ən əsası, hər yoxladığınızda tapacağınız yeniliklər. Hansı ki, bunlar beynimizin ən çox sevdiyi şeylərdir. Faydalıdır demirəm, sadəcə sevdiyi.
    3. Nəhayət ən xoş xəbər: sizin edə biləcəkləriniz var. Yəni, gündə ən azı bir geniş zaman dilimi ayırıb, bu ayırdığınız vaxt ərzində ən vacib işinizdən başqa heç nəyə diqqətinizi sərf etməmək  qərarını vermək və bunu etmək. Əlbəttə daha yaxşı olar ki, bir dəfə yox, daha çox olsun. Ancaq heç yoxdansa, bir dəfə belə olsa, olması çox böyük uğurdur. Əsas odur ki, az da olsa, davamlı olsun, bir vərdiş, həyat tərzi halına gəlsin.

Atalarımız nə deyib?  “Dama-dama göl olar.”

Uğurlar!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s