Dünyanı dəyişdirmək və milyarder olmaq istəyən sahibkarlara iki sual.

 

Suallar tarixdə ən uğurlu texnologiya investorlarından biri, Piter Tiildən olacaq.

Piter Tiil həm bakalavr, həm magistr təhsilini Stenford Universitetində almışdır. Facebook-un ilk kənar investorlarındandır, həm də Paypal-ın təsisçilərindən biridir. Uğurları, aldığı mükafatlar haqqında çox yazmaq istəmirəm. İnternetdə bu barədə xeyli məlumat var.

Fərqli, qeyri-ənənəvi fikirləri və yanaşmaları ilə tanınmış Tiilin, mənim də özümdən soruşub hələ cavab tapa bilmədiyim məşhur iki sualını bu yazıda sizinlə paylaşmaq isdəyirəm:

  1. On ilə çatmaq istədiyin hədəfi növbəti altı ayda reallaşdırmağı niyə düşünmürsən?

Bu suala cavab vermək bütün uzun müddətli hədəflərimizə qısa müddətdə çatmaq və ya bunun yolunu tapmaq demək deyil. Sadəcə, bu yolla hədəfə çatmaq üçün bizə doğrudan da on il tələb olunub olunmadığını müəyyən edirik. Biz təyin edirik ki, bu həqiqətən də hədəfdir, yoxsa, bizim özümüzə təkrarladığımız bir xülya.

  1. “Demək olar ki, heç kəsin səninlə razılaşmadığı bir şey (bir həqiqət) de mənə.”

Bu sualın başqa bir versiyası belədir: Hazırda heç kimin başlamadığı, sənin başlayacağın və uğurlu olacağın halda hansısa sahədə inqilabı dəyişikliklər edəcək, sənə milyardalar qazandıracaq hansı biznes var?

Piter, bütün nəhəng şirkətlərin sirləri olduğunu, və yaxud, hansısa sirri taparaq uğur əldə etdiklərini deyir. Özümüzdən soruşsaq, bu sual, zehnimizi müxtəlüf təmayüllərin, bunlarla bağlı şişirdilmiş xəbərlərin, söhbətlərin hipnozundan, tilsimindən təmizləməyə və ya zehnimizi belə təsirlərdən qorumağa kömək edir, bizi orijinal olmağa, təkrarsızlığımıza qayıtmağa, məsələlərə, planlarımıza və ətrafda baş verənlərə oradan baxmağa vadar edir. Piterin təbiri ilə desək, biz, boyük şirkətlər kimi, hansısa bir sirri və ya sirləri açıb, müvafiq sahədə inqilab etmiş, dünyanın nəhəng bizneslərindən birini qurmağa aparan yola qədəm qoymuş oluruq.

Bu iki sualla həm də, Henri Fordun çox az sayda insan edir dediyi o çətin işi etmiş olacağıq yəni məqsədləri şəkildə düşünəcəyik.

“Düşünmək dünyanın ən çətin işlərindən biridir: hər halda buna görədir ki,  çox az sayda adam edir bunu.”

İndi bu iki çətin sualı özünüzə verin və cavablandırın. Bu, asan görünə bilər, amma cəsarət lazımdır ki, bu sualı soruşub, üzərində düşünəsən və cavab tapmağa çalışasan.

Əgər, sadəcə ətrafdakıları təkrarlayaraq hamının məşğul olduğu işlərdən birinə başlayıb, sadəcə pul qazanmaq üçün vaxt sərf etmək (bunun heç bir eybi yoxdur, orijinallığımızı yoxlamağımıza da mane olmamamılıdır),  istəmirsinizsə, çətin olsa da, bu suallara vaxt ayırmalısınız.

Bu gün təsəvvür belə edə bilmədiyiniz yerlərdə olmaq, kiçik yox, çox böyük bir ehtimalla mümkündür…

Bunun üçün özünüzə verdiyiniz bəsit, gərəksiz, neqativ suallardansa, bu çətin suallara vaxt ayırmaq daha ağıllı, daha məntiqlidir…

Uğurlar!

Advertisements

Günümüzün ƏN ƏHƏMİYYƏTLİ biznes bacarığı. (Hamı öyrənə bilər.)

Diqqətimiz indiyə qədər olmamış, ciddi, amansız və aramsız bir savaşın hədəf nöqtəsindədir.
– telefonumuz, laptopumuz, sosial media hesablarimiz, e-məktublarımız.
– internetdə işləyərkən qarşimiza çixan və diqqətimizi cəlb edən məlumatlar.
– fikrimizi tam cəmləyib işimizlə məşğulkən alqoritmlərin monitorun sağindan, solundan altindan, üstündən yəni hər yerdən çixardiği maraqlandiğimiz sahələrlə bağli, kitab, seminar, kurs reklamlari, almaği düşündüyümüz geyim, aksesuar, avtomobil, elektronik hansisa cihazla bağli endirim reklamlari (ad-lər).
Biz bu rahatlıq verməyən okeanın ortasında qarşımıza qoyduğumuz hədəfə çatmaq naminə işləyir, mübarizə aparırıq.
Bu barədə düşünəndə heyrətə gəlməmək mümkün deyil. Çünki, düşündüyümüz anda anlayışımız artır.
Az-az da olsa, bunlara nə qədər vaxt itirdiyimizi anlayiriq. Ən önəmli hədəflərimiz naminə işləməyə vaxt qalmadığını, bunun nəticəsində əldə edə biləcəyimiz, amma əldən verdiyimiz nəaliyyətlər, itirdiyimiz pullar, keçə biləcəyimiz, amma keçmədiyimiz imtahanlar, ala bilmədiyimiz beynəlxalq dərəcəli sertifikatlar, başlayıb bitirə bilmədiyimiz layihələr göz önünə gəlir…
Bunların üzərində düşünən və zehnini yoran hər kəs dəhşətə gəlir. Bunun yaxşı tərəfi anlayışımızın artmasıdır, amma mənfi tərəfi də var. O tərəzinin üstünə qalxmaqdan qorxanların seçim etməsi ilə eynidir:
Qalxmaq ya qalxmamaq?
Çünki qalxdığımız anda, həqiqəti görəcəyik. Bu günə kimi vermiş olduğumuz sözlərin, pozitiv gözləmələrin boşa çıxmış, yarımçıq qalmış olduğunu, özümüzün isə istəmədiyimiz bir vəziyyətdə olduğumuzu anlayacağıq. Bütün bu arzuolunmazları dəyişmək yolunda ilk addım bunlarla üzləşməkdir. Buna cəsarəti çatmayanlar sona qədər boş ümidlərlə yaşayacaqlar. Heç vaxt reallaşmayacaq ümidlərlə yaşamaqdansa, reallıqla üzləşib, nə dərəcədə acı və xoşa gəlməz olmasının fərqi yoxdur, məsuliyyəti cəsarətlə öz üzərinizə götürməyi seçərsinizsə, onda tərəziyə qalxacaqsınız. Tez-tez, müntəzəm olaraq və nə qədər pafoslu danışdığınıza, hansı yeni rejimə başladığınıza, nə qədər dəyilşməyi istədiyinizi danışmağa və s. deyil, real nəticələrə baxacaqsınız.
Menecment dahisi Peter Drucker hədəfi düz ortasından vuraraq açıq-aydın və qısaca deyirdi “Ölçmədiklərinizi inkişaf etdirə bilməzsiniz”.
Biz mütləq “harada” olduğumuzu bilməliyik, hazırkı iş göstəricilərimizi ölçməliyik ki, öz həyatımıza, ən önəmli məsələlərimizə, əsas hədəflərimizə yad olmadığımızı göstərək.
“Bunu necə edə bilərik?” sualına çoxlu cavab tapmaq mümkündür.
Mən bunların ən səmərəlilərindən birini sizinlə paylaşmaq isdəyirəm.
Bu bir növ fövqəladə hal çağırışı olacaq.
Bu gün ölçün! Dəqiq, mükəmməl ölçməyə çalışmayın, gözəyarı dəyərələndirin: diqqətinizin neçə faizini həyatınız üçün ən vacib olan məsələlərə, işlərə sərf edirsiniz?
Növbəti addımda hansı işlərin, vərdişlərin, məşğuliyyətlərin diqqətinizi özünə alüdə etmiş olduğunu, bunlardan doğru bildiklərinizi, yanlışları varsa, onları təyin edin.
Daha bir addımda isə, yanlışları həyatınızdan bir-bir necə çıxaracağınızın hərəkət planını hazırlayın.
Və, bəli, düz təxmin etmisiniz, həyata keçirin bu planı.
Bugünün iş dünyasında uğurlu olmaq isdəyiriksə, ən həyatı bacarıqlardan olan diqqətimizi, foksumuzu qorumalı, gücləndirməliyik.
Son addım, ya da, son qərarımız isə ən önəmlisidir:
Bu, ən həyatı bacarığımız olan diqqətimizi ən önəmli hədəflərimizə yönləndirmə bacarığını davamlı qoruma və gücləndirmə uğrunda mübarizənin
1. birikigünlük və ya həftəlik bir iş olmadığını,
2. getdikcə daha da, çətinləşəcəyini,
3. sonu olmayan bir mübarizə olduğunu
qəbul etmək və bu savaşdan geri çəkilməyəcəyimizə dair özümüzə söz verməkdir.
Məsələ, xeyli sadə, amma çox vacib, təcili hərəkət tələb edən və şərəfli bir mübarizədədir.
Odur ki, özünüz üçün, arzularınız naminə işə başlayın.
Ancaq sabah yox — elə indi, burada!

E-poçtdan İstifadə Etməyən Stenfordlu (Stanford) Professor.

Prof. Donald E. Knut komputer elmləri sahəsində hazırda yaşayanlar arasında ən məşhur mütəxəssisdir. Sahəsinin ƏN-i, bir nömrəsidir, dünyanın ən mötəbər universitetlərindən biri olan Stenford Universitetində professordur.
Deyə bilərsiniz ki, komputer elmləri və ya bu sahənin bir professorun bloqun mövzusu ilə nə əlaqəsi var?
Əlaqəsi var və aşağıdakı yazıda bunun səbəbi sizə aydın olacaq.
Professor Knutun haqqında qısa məlumat əsasında onun həyatının nə dərəcədə dolğun olduğunu, yəqin ki, təxmin etmək mümkündür.
Ancaq başqalarının ona bu dərəcədə yüksək tələbatı olan professor e-poçtunu üç ayda ancaq bir dəfə yoxlayır. Üstəlik bunu özü etmir. Köməkçisi önəmli bildiyi məktubları çap edib professora verir və o, e-məktublarla bu cür tanış olur.
Əvvəlcə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Əsla demək istəmirəm ki, Professorun uğurlarının yeganə səbəbi onun e-poçt işlətməməsidir. Nə də demək istəmirəm ki, e-poçt işlətməməklə iş sahənizdə dünyanın ən yaxşısı olacaqsınız.
Burada əsas paylaşmaq istədiyim mesaj fikir ki, hazırda e-poçt bir yana, ciddi hədəfləri olduğunu, uğurlu, zəngin olmaq istədiyini deyən insanlar telefonlarından facebook və digər sosial media hesablarını silməkdə tərəddüd edirlər. Çünki, hər birimiz özümüzü inandırmışıq ki, böyük nəaliyyətlərə imza atmaq istəyiriksə, sosial mediada mütləq aktiv olamlıyıq, hər asudə vaxtımızda yazışmamızı yoxlaya bilməliyik, dostlarımızın nə paylaşdığını izləməliyik. Bütün yeniliklərdən xəbərdar olmalıyıq. Üstəlik, diqqət edin, tamamilə bağlamağı demirəm, sadəcə telefondan silməyi. Çünki telefonda olanda intellektual uğurlarımız baxımından bunların bizdən oğurladığı vaxt və enerji dəhşətli dərəcədə çoxdur. Biz buna görə qorxunc bir qiymət ödəyirik.
Professor Knut bu cür bir həyat tərzini niyə seçdiyini izah edir.
Mən bunu sizinlə bu yazımda paylaşıram.
Necə olur ki, bu səviyyədə uğur qazanmış bir insan e-poçtsuz yaşayır? Bu qədər tələbəsi, onunla işləyən insanlar, etdiyi tədqiqatlar, araşdırmalar? e-Poçtsuz bunları necə edə bilir?

Bu suallara cavab tapmaq üçün gəlin elə professorun özünü dinləyək.

İlk növbədə o, e-poçtsuz həyat tərzinin onun məmnunluğunu artırdığını qeyd edir.
“1 yanvar 1990-cı il tarixdən e-poçt istifadə etməməyə qərar verdim və həmin gündən çox xoşbəxt bir insanam. Təxminən 1975-ci ildən e-poçtdan istifadə edirdim. E-poçtla keçirdiyim 15 il bir insan həyatı üçün xeyli çoxdur.”
Aşağıda o bunun əsas səbəbini göstərir və biz anlayırıq ki, onun e-poçtsus həyat tərzi seçməsi nə dərəcədə cəsarətli və müdrik bir addım olub.
“E-poçt, həyatda şeylərin zirvəsində, səthində olan insanlar üçün çox gözəl bir vasitədir, alətdir. Mənim üçün isə bu belə deyil: çünki mənim vəzifəm şeylərin içində, dərinliyində olmaqdır. Mənim etdiyim işlər uzun sürən araşdırma, öyrənmə və fikri fasiləsiz, aramsız olaraq cəmləməyimi tələb edir.”
Əgər işiniz sizdən ciddi araşdırma, tədqiqat etməyinizi tələb edirsə, onda siz həyatınızı uzun müddət bu işlə məşğul ola bilmək üçün qurmalısınız. Siz ciddi araşdırma aparırsınızsa, öyrəndikləriniz üzərində də, ciddi zehni əmək sərf etmək lazım olacaq. Qırılmayan fokusla intensiv olaraq aralıqsız bir iş üzərində düşünmək, təfəkkür etmək, analizlər aparmaq və.s. Ancaq, siz əgər hər zehniniz üzərində işlədiyiniz işdən sıxıldığında, sosial media hesablarınızdan yeni və maraqlı yazılar, şəkillər, videolara çıxa bilirsə niyə də, özünüzü yorasınız ki? Bunu etmək əgər bu hesabllar telefonda varsa, əslində çox çətin olacaq. Çünki beyniniz sizinlə mübarizə aparacaq əlinizdəki işi buraxıb son bir saat ərzində kimlər, yeni nələr paylaşıbdır, postunuza necə rəylər yazıblar yoxlamaq üçün.
Bəs professor Knut əməkdaşlıq etdiyi, ondan cavab gözləyən insanlarla necə əlaqə saxlayır? E-poçtsuz çətin deyilmi dünyanın dörd bir yanından yazan insanlarla əlaqədə olmaq, onların suallarını cavablandırmaq? Bəli, professor Knutun bu suala da cavabı, buna uyğun öz sistemi var.
“Digər tərəfdən, kitablarımı yazdığım müddətdə bütün dünyada minlərlə insanla əlaqədə olmalıyam. Həmçinin kitablarımı oxuyan və bu mövzuda mənə suallar, rəylər yazan insanlara da mütləq cavab vermək istəyirəm. Hədəfim, bunu “paket rejimində, yəni, bircins olanları qruplaşdıraraq, məsələn, üç ayda bir dəfə, maksimum effektiviliklə etməkdir. Odur ki, hər hansı bir mövzuda mənə yazmaq istəyirsinizsə, yaxşı bir poçtla aşağıdakı ünvana məktub göndərin.”
Aldığı emaillərin də, hər birinə cavab vermir. Birbaşa zibil qutusuna gedir bu emaillər. Bunları necə qruplaşdırdığını, hansı emailləri zibil qutusuna atdığını isə, bu kiçik paraqrafda izah edir. Professorun izahını oxumadan öncə düşünün gündəmimiz, hədəflərimizlə yaxından-uzaqdan əlaqəsi olmayan emailləri, postları oxumaq üçün son 5 ildə nə qədər vaxt itirmişik? Düşünəndə çox faciəvi bir nəticə canlanır deyilmi zehninizdə?! Doğurdan da, faciəvidir. 😦
“Mənə göndərilən e-məktubları nəzərdən keçirən çox gözəl bir katibəm var. O, hansı e-məktubları təcili gözlədiyimi bilir və bunları başqalarından ayırır. Digərləri isə dövrü olaraq boşaltdığım bufer saxlama yerinə gedir.”
Professor Knut faks da işlədir və bunun üçün onun öz sistemi, qaydası var. Aşağıdakı iki cümlə ilə o, faks vasitəsilə aldığı məktublarla bağlı rəftarını izah edir. Bu, dəhşətdir 🙂
“Mənə faksla da yaza bilərsiniz – bu nömrəyə: 650-725-4671. Ancaq bilin ki, fakslara sonuncu olaraq baxıram: heç üç ayda deyil, altı ayda bir dəfə.”
Bəs professor özü e-məktub göndərirmi? Bəli, göndərir və hətta bunun da öz qaydası var. Buyurun tanış olun.
“Bəzən üzərinə işlədiyim layihə ilə əlaqədar katibim vasitəsilə məktub alanı narahat etməyəcəyimdən əmin olanda e-məktub göndərirəm. Gözləmədiyim e-məktub almaqdan heç də həmişə məmnun olmamağımın səbəbini, ümid edirəm ki, anlayırsınız. 1962-ci ildə yazmağa başladığım “Komputerdə proqramlaşdırma ustalığı” kitabını başa vurmağa çalışdığım və bunun üçün çox uzun illərə ehtiyacım olarkən səbr və əməkdaşlıq etdiyinizə görə sizə minnətdaram. Buna görə də sizə xoş qarşılamayacağınız e-məktub göndərməyəcəyimə söz verirəm.”
Yuxarıda vurğulamışdım ki, bu yazı ilə e-poçt işlətməməklə ciddi uğurlar əldə edəcəyimizi demək istəmirəm. Sadəcə, dostcasına təklif edirəm ki, e-poçt bir yana sosial media hesablarımızı, interneti, telefonlarımızı niyə və necə istifadə etdiyimizi yenidən dəyərləndirək. Gündə, həftədə, ayda bunlara nə qədər vaxt ayırdığımızı, bu vaxt ərzində nələr öyrəndiyimizi və bu öyrəndiklərimizin həyatımızın ən önəmli hədəflərinə, məsələlərinə necə təsiri olduğunu yoxlayaq.

Gəlin daha ciddi olaq, bunlar üçün yeni qaydalar tapaq, məhdudlaşdıraq, təəssüf etmədən kəsib ataq bütün lazımsızları ki, sürətlə tükənən, bitən ömrümüzdə mənalı işlər üçün vaxtımız, enerjimiz, həvəsimiz qalsın.
Sadəcə ümid etməklə, müsbət düşüncələrlə, təlqinlərlə, xəyallar qurmaq və arzuları göz qabağına gətirməklə həyatımızda ciddi dəyişikliklər olmayacaq.
Oturun, düşünün, yeni qərarlar verin və daha dərin, daha mənalı bir həyat yaşamaq üçün daha qətiyyətlə hərəkət edin…
Uğurlar…

“Əksəriyyətlə eyni tərəfdə olduğunuzu görsəniz, əmin olun ki, istiqamətinizi dəyişmək vaxtı gəlib çatıb.”

— Mark Tven

“Peşmanlığı Minimallaşdırma Çərçivəsi.” -$82,5 milyardlıq Qərarvermə Texnikası-

 

Bir ön not: Soyad çox insanın səhf tələffüz etdiyi kimi, Bezos deyil, Beyzosdur. Bunu yazıya başlamadan öncə paylaşmağımın səbəbi, belə kobud bir səhf etdiyimi düşünmə ehtimalınıza qarşı bir öntədbirdir.
İndi isə başlayaq əsas mövzuya…
Ceff Beyzosa aid olan bu yanaşma bugün “hərşey mağazası” olaraq bilinən amazon-un təməlini atan qərarın arxasındakı metoddur.
Bu metodun izahına və önəminə aid yazmağa başlamadan öncə, bir mövzuya aydınlıq gətirmək istəyirəm . Hər çətin seçim qarşısında qalan sahibkarın, iş adamının bu metodla qərar verəcəyi halda nəhəng uğurlara imza atacağı milyoner vəya milyarder olacağına təminat vermir. Amma, olmayacaq da, demək deyil.
Bucür düşünməyimin səbəbi, siz oxuculara sadəcə “baxın bu yanaşmanı seçimlərinizə, qərarvermə prosesisinizə tədbiq edin, siz də, möhtəşəm uğurlar azanacaqsınız”  deyə boşboşuna motivasya, həvəs vermək istəməməyimdir.

Biraz daha dərinə gedək, yəni sadəcə bu qərarvermə alətinin effektliliyindən, gücündən danışmaq Cef Beyzosun bu qərarı vermədən öncəki təhsil və təcrübəsinə baxmadan, həmçinin başladıqdan bugünə kimi olan prosesi və bu müddət ərzindəki dataya diqqətlicə baxmadan analiz etmədən, bütün uğurunu sadəcə bu qərarvermə alətinə bağlamaq çox safca bir qənaət olar.
Ətraflı yazmayacağam, amma təklif edirəm ki, sadəcə nəzərdən keçirəsiniz əgər maraqlısınızsa.
Beyzos uşaqlıqdan çox özəl bir məktəbdə təhsil alıbdır, araşdırsanız görəcəksiniz ki, daha gənc yaşlarında iştirak etdiyi proqramlar nə dərəcədə keyfiyyətli idi.
Universitet təhsilinə baxdıqda isə görəcəksiniz ki, dünyanın ən nüfuzlu universitetlərindən olan Prinston Universitetinin məznudur.
İş həyatına nəzər salanda isə, işlədiyi şirkətlər savadı, xarakteri, ambisyaları haqqında təəsürat yaratmağa kifayət edəcəkdir.
Uşaqlığı, təhsili, iş həyatı ilə bağlı qısaca yazmağımın səbəbi, bunları rahatca istəsəniz internetdən tapa biləcəyinizi düşündüyümdən və yazının əsas mesajının bu olmadığındandır.
İndi, “Peşmanlığı Minimallaşdırma Çərçivəsi” (PMÇ) haqqında danışaq.
Beyzos internetin yeni məşhurlaşdığı dönəmdə, kitab satışı ilə bağlı fikirlərini iş yoldaşları və müdürü ilə müzakirə edirdi.
Amma, bu tamamən bir yenilik, çılğın bir fikir olduğundan başlamaqda da, tərəddüd edirdi. Çünki çox əla işi, maaşı və gələcəyi vardı. Bir müddət müzakirələr etdikdən, fikrini dostları, iş yoldaşları ilə paylaşdıqdan, və bazar araşdırması etdikdən sonra, bu riskə getməyə qərar verir. Xanımı ilə də, bu fikrini paylaşdıqda, o da təsdiqləyir və Beyzosa dəstək olacağını deyir.
Növbəti addım olaraq, Beyzos müdürünə gedərək online kitab satışı ilə məşğul olmaq, online mağaza fikrini başlamaq istədiyini və işdən ayrılmaq istədiyini deyir. Müdürü isə gəl yürüyüşə çıxaq Mərkəzi Parkda (New York Central Park) və orada müzakirə edək. Bu yürüyüş iki saat davam edir və bu əsnada imkanları, riskləri hərşeyi müzakirə etdikdən sonra müdürü Beyzosa 48 saat ərzində yenidən hərşeyi düşün, hesabla və bundan sonra qərar ver deyir.
WallStreet-də uğurlu iş həyatını və parlaq gələcəyi bu hədəf uğruna fəda etmək Beyzosa çətin gəldiyindən, düşünərkən PMÇ yanaşmasını bir növ kəşf edir. Və bu qərarvermə metodunu öz vəziyyətinə tədbiq etdikdən, uğurlu və uğursuz ola biləcək hərşeyi bu prizmadan baxıb dəyərləndirdikdən sonra qərarını verir və bugün 23/24 il sonra dünyanın ən zəngin, ən uğurlu insanlarından biri olmaqla nəticələnir bu qərar.
Beyzosun PMÇ metodunu özü belə açıqlayır:
“Özümü 80 yaşımda təsəvvür etmək istədim. İndi deyək ki, mən geriyə doğru həyatıma baxıram. Həyatımdakı peşmanlıqların sayını azaltmaq, minimallaşdırmaq istəyirəm. Bilirdim ki, 80yaşımda olduğumda bi fikrim üçün riske getdiyimə görə peşmançılıq yaşamayacağam. Buna cəhd etməkdə və böyük bir uğur qazanacağıma inandığım internet adlanan bu feonmendə iştirak etdiyimə görə heyfslənməyəcəyəm. Əmin idim ki, əgər uğursuz olsam peşmançılıq yaşamayacağam. Bir mövzuda tam əmin idim: əgər cəhd etməsəm, riskə getməsəm mütləq peşman olacağam, heyfslənəcəyəm və bu məni rahat buraxmayacaq, gözümün önündən getməyəcək, yaxamı buraxmayacaq. Bucür düşündüyüm üçün də, bu riskə getmək çətin qərar olmaqdan çıxıb, inanımaz dərəcədə çox asan bir qərar oldu mənim üçün.”
Bəli PMÇ budur. Yəni qısacası çətin bir seçim qarşısımda qaldığımızda, hansisa bir fürsəti dəyərləndirib-dəyərləndirməmək deyə suallar bizi fərqli tərəflərə çəkdiyində oturub düşünürük bunu etsəm, 80 yaşım olduğunda dönüb geri baxdığımda etdiyim üçün peşman olacağammı, yoxsa yox. Cavab yoxdursa nə qədər çətin, riskli görsənsədə o fürsəti dəyərləndiririk. Kobudca PMÇ-nin izahı budur.
İndi siz də, əgər hansısa sizi həyacanlandıran, başlasam çox böyük uğurlar qazanacağam, hansısa sahədə inqilab edəcəyəm kimi və bənzər fikirləriniz varsa və başlamaq sizi qorxudur, tərəddüd edirsinizsə o zaman bir də bu prizmadan baxın, PMÇ ilə dəyərləndirin riskləri və qərar verin.
Amma, sadəcə peşman olmayacağm deyib qərar vermək deyil, yaxşıca hər ehtimalı hesabladıqdan və düşündükdən sonra. Motivasya, həvəs tələsinə düşmədən. Burada da, başqa bir xatırlatma etməyimdə fayda var yəqin ki, bilirsiniz ki, edib-etməmək üzərində oturub çox düşündükdə, hərəkət etmədən sadəcə ehtimalları sorğulayıb, hesabladıqda bu zaman da, hərəkət etmə, başlama bacarığımızı iflic etmiş oluruq. Sadəcə oturub düşünür, heçnə etmir, bəlli bir zaman sonrada o olan həvəsimiz də gedir. Ən acısı isə, bir də hardasa eyni bizim uzun zamandır zehnimizdəli o biznesi kiminsə başlamaəş olduğunu görürük şəhərdə anidən bir yerdə. Bu səbəbdən bu hərəkət bacarığımızın iflic olduğu çizgiini keçməməkdə çox titiz, diqqətli olmalıyıq. Mövzu Beyzos olduğundan elə ondan çox əla bir misal paylaşım. O bu biznesə başladığında ilk investorlarından olan ata və anasına, həmçinin sonradan yatırım edən investorlara bu biznesin uğurlu olma şansı 70%-dir deyirdi. Odur ki, araşdırmalarınız nəticəsində topladığınız datanın 100% uğurlu olacağınızı dediyi ana qədər gözləməyin.
Mən özüm bucür bir çətin qərar vermişdim və onu indi sizinlə paylaşmağa qərar verdim.
Mən ABŞ-a gəlmədən öncə də, bir riskə getməli idim buraya gələ bilmək üçün. Çox çətin idi, bir çox səbəbdən. O zaman mən özümə iki sual vermişdim. Birinci sual bu idi: “Əgər getməsəm, Bakıda qalsam, iş həyatında çox yaxşı yerlərə gəlcəyəm. Maddi baxımdan da, çox yaxşı olacaq vəziyyətim. Ev, maşın, status və.s bunlar hər biri olacaq. Bəs bütün bunlara nail olmuş halda bir neçə il sonra riskə getmədiyim üçün, ABŞ-a o hədəflərim üçün getməməmiş olmağım məni narahat edəcəkmi? Üzüləcək, “kaş” deyəcəyəmmi?” Cavab çox yekə, barız, dolğun və dərhal gələn bir “HƏ” idi.
Daha sonra ikinci sualı soruşdum: “Əgər getsəm ola biləcək ən mənfi nəticə getmə səbəbim olan hədəflərimdə ABŞ-da uğursuz olmağımdır. Bu isə deməkdir ki, həm uğursuz olacağam, həm də, Bakıdakı bütün bu imkanları itirmiş olacağam. 2-3-5 il sonra bu məndə peşmançılığa səbəb olacaqmı?” Bu sualın cavabı isə, güclü, enerji dolu, yekə, şəffaf bir “ƏSLA” idi.
O an, o gün indi bütün detalları ilə xatırlayıram, saat 15-16 radələri idi müdürlə görüşüb qərarımı, şirkətdən ayrılmaq fikrimi paylaşdım. O, indiyə kimi birlikdə işlədiyim ən möhtəşəm insanlardan biri idi və hələ də, mənim üçün belədir. Yaxşıca düşünməyimi, ağılsızlıq etməməyimi, nələri itirəcəyimi ətraflıca bir daha hesablamağımı tövsiyyə etdi. Lakin, mən qərarımı vermişdim artıq. Bəlkə, düşünə bilərsiniz ki, ABŞ-a getməkq niyə çətin olsun ki, bundan daha yaxşı nə olar? Çətinlik deyərkən nəzərdə tutduğum vəzifəmi, aldığım maaşı itirmək deyildi, əsas çətinlik burda detallarına girmək istəmədəyim başqa məsələlər idi. Yəni sadəcə işdən çıxıb, buraya gəlməyə çətinlik demir, bunu nəzərdə tutmuram. Bunun nə olduğunu da, başqa bir yazıda, vaxtı gəldiyində mütləq paylaşacağam.
O zaman Beyzosun PMÇ metodu haqqında məlumatım yox idi. Necəsə qərar verib-verməym deyə düşünərkən bu iki sual zehnimə gəldi və məndə cavablandırıb doğru olduğunu düşünüyümü etdim. Mən Ceffin uğurları ilə, müüqayisə belə oluna bilməyəcək qədər uğrlara imza atmasamda, öz dünyamda mənim üçün çox önəmli olan bir neçə çoxdankı xəyallarımın təqibinə başlamış oldum. Və ən əsası PEŞMAN DEYİLƏM!
İndi siz də, əgər bucür bir dilemma ilə qarşı-qarşıyasınızsa o zaman PMÇ özünüz üçün, öz vəziyyətinizə və suallarınıza tədbiq edin. Ömrümüzün sonunda gücümüzün, enerjimizin, imkanlarımızın tükənmiş olduğu bir yerdən geriyə baxıb heyfslənmək, peşmançılıq yaşamaq heçnəyi dəyişdirməycək.
Bugün, indi başlayın və ömrünüzün sonunda özünüzü təbrik edəcəyiniz, geriyə baxıb qürür duyacağınız o qərarı verin, o anı yaşayın.
Ən pis halda nə olacaq bilirsiniz – uğursuz olacaqsınız, nələrsə itirəcəksiniz.
Yaxşıca düşünün və elə indi PMÇ-ni cavablandırıb lazım olan nədirsə elə indi, gecikdirmədən etməyə başlayın.
Bəlkədə, növbəti inqilabı ideya sizdədir. Ən əsası reallaşdıracaq olan da, məhz sizsiniz.
HEÇ. BİLMƏK. OLMAZ.
Amma, bu həvəsləndirici bu cümlələrdən sonra aşağıdakıları paylaşmağı da, özümə borc bilirəm:
1. Bucür qərar verdikdə dünyanın ən zəngin insanı olacaq deyə bir təminat yoxdur. Yuxarıda Beyzosun təhsili, təcrübəsi haqqındakı yazdıqlarımı xatırlayın.
2. Amazonun uğurlu olmasını sadəcə bu metoda bağlamaq, bununla əlaqələndirmək də, tamamən səhfdir. Başlamaq və uğurlu olmaq, uğurlu qalmaq və bucür davam etməkdən tamamən fərqlidir. Hər iksinin də, tələb etdikləri arasında eyniliklər olduğu kimi, ciddi fərqlər də var.
3. Hansı sahədə olduğumuzda, xatırlamalı olduğumuz başqa həyatı bir faktordur.
Bundan sonrası isə, sizə qalıbdır…
Bəlkə gələcəkdə yazacağım yazıların biri də, məhz sizin hekayəniz olacaq?! 🙂

Sahibkarlıqla bağlı MIT-də öyrəndiyim üç əsatir.

Dünyanın ən tanınmış universitetlərindən olan MIT-də, sahibkarlıqla bağlı təhsilim zamanı mənim üçün çox yeni olan, bir çox qənaətlərimin, inanclarımın və yanaşmalarımın əksinə olan metodlar, yanaşmalar, fikirlər, strategiyalar oldu.

Mümkün qədər qısa olmağa çalışdım izahlarda. Anlaşılmayan nüanslar olarsa emaillə suallarınızı yaza bilərsiniz.

Bunlardan ən faydalı olacağını düşündüklərimi sizinlə paylaşmağa qərar verdim. Bloqu oxuyan və sosial mediada məni izləyənlərin böyük əksəriyyətinin şəxsi bizneslərini başlamaq kimi hədəfləri, niyyətləri olduğunu bilirəm. Bunun üçün də, bir növ faydalı olmaq, mövzunun daha yaxşı anlaşılmasına kömək etmək, və sizin hər birinizin uğurlu olmaq ehtimalını artırmaq üçün bu bilikləri, dünya səviyyəli elm və təhsil ocağının ən məşhur kurslarından birindən öyrəndiklərimi sizinlə paylaşıram.

Başlayaq.

Yəqin ki, sizə də, tanışdır bir vaxtlar qızğın müzakirələr gedirdi ki, bəs, “lider doğulur, yoxsa lider olunur.” İndi buna bənzər müzakirələr sahibkarlıqla bağlı müzakirə olunur kitablar, konfranslar, araşdırmalar və.s vastəsilə. Bu üç əsatir ən çox müzakirə olunan, və yanlış anlaşılanlar sırasındadır və bunun üçün mən də, məhz bunları seçdim paylaşmaq üçün.

1-ci əsatir: Şirkətlərin, bizneslərin əsasını fərdlər qoyur.

Sadəcə bir nəfər. Yəni sahibkar. Sahibkar bir tənha qəhramandır. Məsələni diqqətlə təhlil edənlər isə bunun tam əksini deyir: işlərin əsasını komandalar qoyur. Komanda böyük (və) peşəkarlardan ibarət olduqca onun uğur ehtimalı da bir o qədər böyük olur.

2-ci əsatir: Bütün sahibkarlar xüsusi bir vergiyə, xarizmaya malikdirlər.

Məhz bu, uğurun açarıdır. Bəzi hallarda xarizmanın önəmli rol oynamasına baxmayaraq, uğurun açarı tamam fərqli xüsusiyyətlər və bacarıqlardır. İşin lap əvvəlində həmtəsisciləri və digər komanda üzvlərini müəyyənləşdirmək və cəlb etmək bacarığı xarizmadan daha üstündür. Sahibkarlar, xarizmatik olmaqdansa, yüksək ünsiyyətcilliklə danışıqlar aparmağı bacarması, işçi seçimində xeyli məharətli və satışda çox əla bacarıqlara olması daha vacibdir. Saydığımız keyfiyyətlər və bacarıqlar sahibkarın başladığı işdə uğurlu olmaq ehtimalına xarizmadan daha çox təsir edir, daha əhəmiyyətli rol oynayır.

3-ci əsatir: Sahibkarlıq irsi olaraq, yəni genlərlə ötürülən xüsusiyyətdir.

Bu yanlış yanaşmaya görə insan ya sahibkar doğulur, ya da yox. Bəzi insanlar dünyaya irsən biznes qurmaq, şirkətlər yaratmaq üçün genetik kodlanmış gəlirlər. Əslində isə sahibkarlıq öyrənilə və öyrədilə bilən bir şeydir. Yəni sahibkarlıqda bəzi xüsussiyyətlər daha faydalı olsa da, burada uğurlu olmaq üçün tələb olunan bilik və bacarıqlar fövqəltəbii deyildir – çox əla öyrədilə bilən bilik və bacarıqlardır.

Əgər sizdə şəxsi biznesinizi başlamaq kimi bir fikir varsa, onda buna yarayıb yaramadığınız üzərində heç düşünməyin. Əgər uğurlu olmaq isdəyirsinzsə, öz biznesinizi başlamaq və bununla məşğul olmaq isdəyirsinizsə, onda əmin olun ki, bunu edə bilmək üçün tələb olunan bilik və bacarıqları yaxşıca öyrənə bilərsiniz. Hətta bunda ustalaşa və başqalarına nümunə ola bilərsiniz. Hətta, karizmatik biri kimi, görməyə bilərsiniz də, özünüzü, bu zaman da, ikinci mifi xatırlayın və tam rahatlıqla əmin olun ki, karizmə ciddi bir təyinedici faktor deyil və olmayacaqdır. Əsl xarizma arzuladığın bir həyatı yaratmaq, xəyalındakı bir işi başlamaq və bunda uğurlu olmaq deyilmi, məgər?

Sahibkarlığın digər cəhətləri ilə bağlı növbəti yazılarda sizinlə yenə görüşəcəyəm. Və həmin yazılarda, əsasən MIT-də təhsil aldığım zaman öyrəndiklərimdən ən çox bəyəndiklərimi paylaşacağam.Növbəti yazıda görüşənə qədər.

İndi isə bu yanlış təsəvvürləri, əsatirləri rədd edin.

Birdəfəlik!

Və biznesinizə başlayın…

İşinizdə irəliləmək istəyirsinizsə, işə vaxtinda getməyin. Əsla! II

Yəqin ki, kiminsə sizi məsuliyyətsiz, qeyri-peşəkar, intizamsız kimi dəyərləndirməsini istəməzsiniz. Deyə bilərsiniz ki, başqalarının mənim haqqımda fikirləri vecimə deyil: Kim nə düşünürsə, düşünsün, nə deyirsə, desin – öz işidir.
Bu belə olsa da, bunun sizin davranışınıza təsir etdiyini artıq bilirsiniz. Siz əhəmiyyət verməyə bilərsiniz, amma bu özünü sizdən asılı olmadan göstərir. Əsla demirəm ki, başqalarının haqqımızda mütləq yaxşı düşünməsi xatirinə işləməliyik. Onda bu, insan ömrünün israfı demək olar.
Burada çox incə bir xətt var: biz əhəmiyyət verməyə bilərik, amma bu, təsirdən kənarda qalmaq da mümkün deyil.
Bu zaman etdiklərinizin əsas məqsədi digərlərinin haqqınızda yaxşı düşünməsi yox, özü özünüzə hörmət və özü özünüzə verdiyiniz dəyərdir. Güclü bir xarakter formalaşdırmaqdır.
Özümüzə hörmət etdiyimiz üçün, bu şüuraltı dəyərləndirmələrin bizim gələcəyimizə mənfi təsirinin qarşısını almaq üçün, layıq olduqlarımızı əldə etmək üçün, ətrafdakıların bizim haqqımızda mənfi qənaətlərini aradan çıxarmalıyıq. Bunu etməyin bir yolu ən azı beş dəqiqə əvvəl ofisdə olmaq vərdişini özümüzdə formalaşdırmaqdır.
Yəni, işə, əsla, vaxtında getməməliyik. Belə bir məqsədimiz olmamalıdır. Ən azı beş dəqiqə əvvəl ofisdə olmaq vərdişi olmalıdır qaydamız.
Bunu edə bilmək üçün, qeyri-adi istedad, dərin bilik və təfəkkür, fövqəltəbii güclər, beynəlxalq dərəcəli sertifikatlar və s. lazım deyil. Hər birimizin edə biləcəyi bir şeydir.
Şirkətinizi, müdirinizi, işinizi sevməyə bilərsiniz, amma, bunların bu vərdişin həyatınızda kök salıb, daha yaxşı iş tapmaq ehtimalınızı hər gün bir neçə % daha azaltmasına izacə verməyin. Bunu özünüz üçün edin. Hər formalaşdırdığımız müsbət bir vərdişin yan təsirlərinin nə dərəcədə önəmli olduğunu da bilirsiniz.
Yəni, bu sadə dəyişikliklə ətrafdakı insanların haqqınızda qənaətlərinə təsir edəcəksiniz və onların dəyişən qənaətləri isə sizin işinizin gələcək nəticələrinizə.
Özünüzü necə gördüyünüzə, özünüzə olan hörmətinizə. Yəqin ki, bütün bunların hansı nəticələr verəcəyini təxmin edirsiniz. Odur ki, bir-bir saymayacağam.
5 dəqiqədə gələcəyimizi yaxşı mənada dəyişə bilərik. Bunu niyə də etməyək axı?!
İşiniz üçün etmək istəməsiniz də, özünüz üçün edin. Gələcəyiniz üçün. Seçimlərininizin, imkanlarınızın sayını artırmaq üçün. Seçilən yox, seçən olmaq zövqünü yaşamaq üçün.

İşinizdə irəliləmək istəyirsinizsə, işə vaxtinda getməyin! Əsla!

Bir sualla başlayaq:
Mütəmadi olaraq işə gecikən insan haqqında fikriniz, hissləriniz necədir?
Bu şəxsin işində irəliləməsi (maaş artımı, vəzifədə yüksəliş), güclü bir imic yaratması mümkündürmü?

Bəs siz özünüz işə gecikdikdə günə necə başlayırsınız? Beyninizdə hansı fikirlər sürətlə cərəyan edir? Özünüzü necə hiss edirsiniz? Günə belə düşüncələr və hisslərlə başlamağı sevirsinizmi? Bu, gün ərzində məhsuldarlığınıza və rəhbərliklə münasibətinizə necə təsir göstərir?

Bu sualların cavablarını yaxşı bilirik. Məhz buna görə işə vaxtında getməyi əsla planlaşdırmamalıyıq. Hədəfimiz bu olmamalıdır.
Hədəfimiz ən azı beş dəqiqə tez artıq ofisdə, otağımızda, işə başlamış olmaq olmalıdır.
Niyə? Bunun bir neçə səbəbi var…

Birinci səbəb budur ki, biz belə vərdişi özümüzdə formalaşdırmasaq, illərlə layiq olduğumuzun azı ilə kifayətlənməyimizlə nəticələnəcək, özümüzün və başqalarının bizə olan inamını, hörmətini sarsıdacaq. Vəziyyət, dəyişmədən uzun müddət davam edərsə, o bizə ikinci “mən” olacaq. Bu andan dəyişdirməyi heç düşünməyəcəyik. Çünki belə bir insan olduğumuzu qəbul edəcək, bu səhf qənaətimizə təslim olacağıq. İcazə verəcəyik ki, həyatımızı o, idarə etsin.

Gəlin 1960-cı ilə gedək. Həmin il mənim də təhsil aldığım (2014) Berkeley Kaliforniya Universitetində professor Robert Rosental bir insanın başqasından gözlədiklərinin o insanın davranışına necə təsir etdiyi ilə maraqlanmağa və bu mövzunu araşdırmağa başlamışdı.

Bu tədqiqatda Professor Rosentalı heyran etmiş bir incəlik var idi. Biz də bunu nəzərdən qaçırmamalı və bunu xeyrimizə istifadə etməliyik. Professorun bu kəşfindən istifadə edərək, ətrafımızdakı insanların, xüsusilə də, həyatımızda önəmli olan insanların bizim haqqımızda qənaətlərini və gözləmələrini xeyrimizə dəyişəcəyik.

Bu kəşf bizim alqoritmin əsası olacaq. İşləyib hazırlayacağımız alqoritmlə gözlə görünməyən və ələ götürülə bilməyən haqqımızda mənfi qənaətlərı bir-bir sıradan çıxaracağıq. Amma bunu başqaları tərəfindən bəyənilmək, sevilmək üçün deyil, sadəcə özümüz üçün edəcəyik. Maraqlısı budur ki, biz bunu özümüz üçün etsək də, bunun kənar təsirləri olacaq – başqalarının rəğbəti, hörməti, müsbət münasibəti və s.
Kənar təsirlər sadəcə kənar təsirlərdir, mərkəzdə özümüzük, özümüzə verdiyimiz dəyər və gələcək barədə arzularımız, planlarımızdır.

Əvvəlcə professor Rosentalı heyran etmiş məqamı açıqlayacağam. Sonra isə bunu xeyrimizə dəyişməyin alqoritmini və ondan necə istifadə edəcəyimizi.
Professor Rosentalı gözləmələrin (bir insanın başqasının davranışı ilə bağlı gözləmələrinin) öz-özünü reallaşdıran bir “cadu” kimi təzahürü cəlb etmişdi.
Bunun bütün hallarda belə olacağını demək çətindir.

Lakin bizim davranışımızın formalaşmasında nəyi və necə edib etməyəcəyimizi müəyyənləşdirən ən güclü amillərdən biri, həyatımızda bizim üçün önəmli olan insanların gözləmələri (expectations) olur.

Ən başlıcası: bu bir çox hallarda şüuraltı baş verir, biz bunu heç duymuruq yəni. Bu isə yetərli səbəbdir ki, bunun üzərində düşünək, işləyək və başlı-başına buraxmayaq. Fərqində olmadığımız, amma fərqinə varıb dəyişdirə biləcəyimiz bir amilin şəxsi və professional həyatımızı iradəmizin ziddinə məhvə aparmasına niyə yol verməliyik axı?

Onda, başlayaq…
(davamı növbəti yazıda)

W. Buffet şəxsi pilotuna hədəf seçməyi bucür öyrətdi. 25-5 Metodu!

Diqqətimizin saysız hesabsız, bizə maraqlı gələn app-lar, oyunlar, sosial media hesablarımız,  var-dövlət gətirəcəyəni eşitdiyimiz ideyalar, startup qurma xəyallarımız kimi bir çox meyarlar tərəfindən ciddi hücuma məruz qaldığı bu günlərdə, bu mesajı diqqətlə oxumaq və təkidlə tətbiq etmək çiddi bir fərqlə üstünlük qazandıracaqdır bizə.
Bugünün ən dəyərli veriləni, ən önəmli resursumuz diqqətimiz, cəmləşməyi bacarmağımızdır. Bunu qoruyub düzgün istifadə edə bilsək, zəmanəmizin uğurlularından, xoşbəxtlərindən olarıq. Əks təqdirdə isə, ömrümüzü gözləri uzaqlaşan hədəflərə zillənmiş,  “Kaş ki”-lərlə yaşayan, həsrət çəkən Diqqət İqtisadiyyatının qurbanları kimi başa vurarıq.

İlk öncə, bu yazıda vermək istədiyim mesajın tam anlaşılmasını təmin etmək üçün iki sizə sualım var:.
1. Son bir il ərzində qarşınıza hansı hədəfləri qoyduğunuzu, hansı layihələrdə iştirak etdiyinizi, və iştirak etmək istədiyiniz neçəsində bunun alınmadığını yadınıza salın. Hansı sahələrlə maraqlanırsınız? Hansı sahəyə keçsəniz, daha çox pul qazanacağınızı və mənən də məmnun olacağınızı düşünürsünüz?
2. Bir qədər fərqli bir sual: Son 3-5 il üzərində işlədiyiniz layihə, əldə etmək istədiyiniz, çatmaq istədiyiniz bir hədəf varmı? Burada “son 3-5 il” dedikdə, fasiləsiz, həftələrlə, aylarla hansısa bir ideyanı reallaşdırmaq üçün əmək sərf etdiyiniz bir dövrü nəzərdə tuturam. Bir müddət üzərində işləyib, sonra başqa işlərlə məşğul olduğunuz, təkrar başladığınız, beləcə keçirdiyiniz 3-5 illik dövrü yox.
Başlayıb, fasilə vermədən, hər gün, həftələrlə, aylarla üzərində işlədiyiniz nəsə olubmu? Ondan ayrılmadan, diqqətinizin dağılmasına, cəmləşmək (fokus/konsantrasya) bacarığınızın pozulmasına imkan vermədən üzərində işlədiyiniz bir layihə, çatmaq arzusunda yaşadığınız hədəf, məqsəd olubmu?
Bunu bacaran adam çox azdır. Əgər bacarmısınızsa, həyatınızda bir zaman çox arzuladığınız nəyisə artıq reallaşdırmış olduğunuzu düşünürəm. Əgər bacarmamasınızsa, onda, yəqin ki, fikrinizdə müxtəlif, həyacanlandırıcı xəyallarla, sizə sərvət gətirəcəyini düşündüyünüz niyyətlərlə hələ də yaşayırsınız.
Qarşıya bir hədəf qoymaq və bu hədəf naminə fasiləsiz çalıaşmaq, mübarizə aparmaq və müvafiq nəticə əldə edənə qədər dayanmamaq, zəfərin, qalibiyyətin gözardı edə bilməyəcəyimiz ən qədim qaydalarıdır.
“Bunun Baffetin pilotuna olan məsləhəti ilə əlaqəsi nədir?” deyə soruşursuz yəqin və indi bunu da açıqlayım.
Bir gün Baffet Stiv adlı şəxsi pilotuna “Hələ də mənimlə işləməyin, işimi, üzərimə düşəni düzgün etmədiyimi deyir mənə. Hazırda sənin öz hədəflərini, xəyallarını izləməyin, onlar üçün işləməyin lazımdır.”
Bu barədə ona kömək etmək üçün Baffet pilotuna onun həyatda etmək istədiyi ən önəmli 25 şeyi yazmağı tapşırır. Sonra isə ondan siyahıdakı 25 hədəfdən daha vacib olan beşini seçməsini istəyir.
Bu mərhələ tamamlanandan sonra Baffet: “Yerdə qalan 20 hədəfi nə edəcəksən? Bunlarla bağlı planın nədir?” deyə soruşur. Stivin cavabı belə olur: “Ən vacib 5-lik üzərində cəmləşəcəklərimdir, yerdə qalan 20 hədəfə gəlincə, bu beş əsas hədəfimə yaxınlaşdıqda, onlarla da məşğul olacağam, onları da reallaşdırmaq üçün çalışacağam.”
Burada cənab Baffet ciddiləşir və deyir: “Stiv, səhf anladın, fikrimi almadın. Siyahıda dairəyə almadığın şeylər “nə olursa olsun qarşısı alınmalılar” siyahısıdır. Nə olursa-olsun, əsas 5 hədəfində uğurlu olmayana qədər, bunlara diqqət yetirməyəcəksən. 5-likdə cəmləşəcəksən, bunlarla məşğul olmayacaqsan.”
Yəqin ki, artıq bu yazının məqsədi olan əsas fikri anladınız?!
İlk sətrlərdə vurğuladığım kimi ən önəmli və üzərində təsir gücümüz olan resurslarımızdan biri diqqətimizdir, cəmləşmək bacarığımızdır. Bunu düzgün idarə edə bilsək, bundan istifadədə mümkün qədər strateji, uzaqgörən olsaq, xəyallarımızı həyata keçirmək şansımızı artırmış olarıq.
Bu yanaşmanı belə bir sadə riyazı düsturla da ifadə edə bilərik:
Az sayda hədəf üzərində uzun müddətə əsaslı surətdə cəmləşmiş, strateji uzaqgörənliklə istifadə olunmuş diqqət = reallaşmış xəyallar
Bəlkə siz də Stiv kimi edəsiniz? Yəni reallaşdırmaq, əldə etmək istədiyiniz 25 hədəfinizin siyahısını tutun, daha sonra, bunların arasından reallaşdıracağınız təqdirdə sizin üçün böyük nəticələri olacaq əsas beş hədəfi seçin.
Bundan sonra var gücünüzlə, diqqətinizlə, cəmləşmək bacarığınızla həmin hədəflərə çatmaq üçün çalışmağa başlayın.
Unutmayın, əvvəlki yazıda (S. Jobs bu tövsiyəni sizə versəydi nələrə “YOX” deyərdiniz?) da vurğuladığım kimi, həmişə ayıq-sayıq olmaq vacibdir. Bizə maraqlı görünəcək, bizi bu ən önəmli hədəflərdən yayındıracaq yeni və dəfən-dəfən qarşımıza çıxacaq imkanlara, fürsətlərə, əla ideyalara və layihələrə “YOX” deməliyik ki, seçdiyimiz beş hədəfə ömrümüz başa çatmamış çataq.
Dahi Nizamı dediyi kimi,
“Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”
Bir çox fərqli sahədə nələrisə bilməkdənsə, az sayda işin “ƏN”i, superstarı olmağa niyə də hədəflənməyəsiniz?

 

 

 

S. Jobs bu tövsiyəni NIKE-ın CEO-su Mark Parkerə deyil də, sizə versəydi nələrə “YOX” deyərdiniz?

Mark Parker NIKE şirkətində CEO olaraq yeni işə başladığı günlərdə, Steve Jobs-a zəng vurub yeni vəzifəsində uğurlu olmasına kömək edəcək hansı məsləhətləri verə biləcəyini soruşur. Steve Jobs ilk öncə Marka heç bir məsləhətə ehtiyyacı olmadığını və yeni vəzifəsində böyük uğurlara imza atacağına inandığını deyir. Amma, biraz sonra, əslində demək istədiyim bir məsələ var “NIKE-ın çox əla məhsulları var. Bu sahədə dünyadakı ən mükəmməl məhsullar sizə aiddir. Amma, eyni zamanda çox bərbad məhsullarınız da var. Bu bərbat məhsulları yox et və sadəcə əla olan məhsullarınız üzərində fokuslaş.”
Steve Jobs, Apple şirkətinin uğurunu da, bənzər bir cavabı ilə izah etmişdi. Yəni, ondan uğurun sirrini soruşduqlarında, “Biz üzərində işlədiyimiz layihələrdən, məhsullardan daha çox, “YOX” dediyimiz layihələr və məhsullara görə öyünür, fəxr edirik. Uğurumuzun sirri də budur.” deyə cavab vermişdi.

İndi çox məşğulsunuzsa, etmək istədiyiniz işlər üçün vaxt tapa bilmirsinizsə o zaman oturun düşünün. Təsəvvür edin ki, cənab Jobs sizə bu məsləhəti vermişdi. O zaman, nələri artıq ləğv edərdiniz? Hansı layihələri sonlandırardınız? Nələrə artıq vaxtınızı ayırmaz və YOX deyərdiniz?
Və ən əsası, intensiv olaraq üzərində fokuslaşacağınız nə olardı?
Bu elə bir layihə olmalıdır ki, onu reallaşdırdığınızda həyatınızda sadəcə az fərqlə müsbət ədyişiklik görməyəcəksiniz, satışlar biraz daha yaxşı olmayacaq, gəlirlər biraz daha artmayacaq. Bunu başlasanız və bitirsəniz nəticəsi gözqamaşdırıcı olacaq. Uzun müddət təsiri qalacaq həyatınızda. Sizi onunla tanıyacaqlar. Siz “ƏN” olacaqsınız bu sahədə.
Yəni o sahədən, məhsuldan, xidmətdən söhbət açıldığı anda paralel olaraq sizin adınız gələcək hərkəsin ağlına. Sinonimi olacaqsınız bir növü o sahənin.

Burada önəmli olan başqa mühim bir nüans da odur ki, əslində prestijli universitetlərdən məzun olmaya bilərsiniz, çox əla iş təcrübəniz, əlaqələriniz olmaya bilər, öhdəlikləriniz çox vaxtınız yetərsiz görsənə bilər. Amma, bunlar əslində problem deyil. Məsələ bizim intensiv, disiplinli və çox az sayda hədəflər üzərində fokuslaşmamağımızdır. Bir anda, bir çox layihə üzərində işləyir olmağımızdır.
Düşün və indi qərar ver: Hansı məşğul olduğun, vaxtını ayırdığın, uğrunda zəhmət çəkib, əmək sərf etdiyin bərbad layihələri ləğv etməli, nələrə artıq yox deməli və bütün qüdrətinlə nələr üzərində işləməyə başlamalı və tamamlayana qədər də, davam etməlisən?

Hansı işin, sahənin, məhsulun Apple-ı, vəya Nike-ı olacaqsan?

 

P.S. Bu bloqu izləyənlər üçün bir sürpriz hazırladım. Bir növ həm oxuyub, özünü inkişafda maraqlı olduğunuz üçün təbrik etmək məqsədilə. Həm də, bloqu izlədiyiniz üçün təşəkkür etmək məqsədi ilə. Sürprizi də, yazının ən sonunda açıqlayıram çünki, sadəcə sona qədər oxuyanlar faydalansın istədim. 

Sürpriz budur:

“Elit Məhsuldarlıq” fərdi kouçinq proqramında endirimli olaraq iştirak etmək  imkanını verirəm. Maraqlanırsınıza email yazmaqla bildirə bilərsiniz və emailinizi aldıqdan sonra daha ətraflı məlumat alacaqsınız.

email: valiyevcoachinglobal@gmail.com

P.S.S. Bu məlumatı başqa yerlərdə və şəxslərlə paylaşmamağınızı xaiş edirəm. Çünki sadəcə bloqun izləyiciləri üçündür.

 

“ƏN” lərin Ortaq Sirri MEB.

MEB uğur düsturları adlandırdığım qısaltmalardan biridir. MEB nə deməkdir?
M: Maksimum E: Elastiklik B: Bacarığı deməkdir. Siz əgər böyük uğurlar qazanmış insanlardan soruşsanız ki, sizing uğurlu olmağınızda ən çox hansı xüsusiyyətiniz sizə köməklik edibdir. Onların hər biri mütləq sadalayacaqları xüsusiyyətlər arasında MEB-i də əlavə edəcəklər. Onlar bunu əlbətdəki, MEB kimi adlandırmır, nədəki MEB mənim ixtiram deyil.
Mən sadəcə bunu daha yaxşı yadda qalması, və maraqlı olması baxımından bu formada işlədirəm. Onlar mütləq sizə deyəcəklər ki, əsas səbəblərdən biri o oldu ki, mən fərqi yoxdur neçə dəfələrnən məğlub oldum, uğursuzluğa uğradım amma əsla və əsla vazkeçmədim. Dönmədim çıxdığım yoldan. Hər dəfə uğursuz olduqda cəhdlərimi sonlandırmağı və başqa hədəflər arxasınca getməyi yox, məni hədəfimə aparacaq başqa metodlar, vasitələr tapmağı seçdim.
Həyatda uğursuzluq yaşamayan, məğlubiyyəti dadmayan insan yoxdur. Həm ciddi nəaliyyətlərə imza atmış insanlar, həm orta səviyyədə uğurlu olanlar, həm də uğursuz insanlar hər kəs dəfələrnən uğursuzluq yaşayırlar. Uğurlu insanları da uğursuzlardan ayıran əsas fərqlərdən biri də məhz bu uğursuzluqlar ard-arda gəldikdə onların bunu özlərində necə şərh etdikləri və buna necə reaksiya verdikləri olubdur.
Bir qrup insanlar uğursuz olduğu an da bacarıqsız, istedad baxımından digərlərindən zəif olduğunu və gəlcəkdədə, heç nəyin dəyişməyəcəyini və uğursuzluğun, arzulamadığı bir həyat yaşamanın alın yazısı olduğunu qəbul edir. Bundan sonar isə həyatını tamamilə kənar təsirlərin kontrolunda yaşayır. Özünə aid olmayan bir həyatı yaşayır, buna mənim həyatım deyərək həm də. Başqa bir qrup insanlar da varki, bunlar üçün uğursuzluq həyatın hava su kimi lazımlı ingridentidir.
Bu insanlar MEB-i öz həyatlarına tədbiq edən insanlardır. MEB-i özündə formalaşdırmayan insanlar ciddi uğurlara da imza ata bilməzlər. Çünki vazkeçmək uğursuz insanların xüsusiyyətləridir. Qaliblər adətən, vazkeçməyənlərdir . Kənardan insanlar, şanslıdır, bəxti yaxşı gətirir, day-dayı var və s. kimi əsassız səbəblərə bağlayırlar onların nəaliyyətlərini amma, əksəriyyətin görmədiyi acı təcrübələr, ağır çətinliklər, ümidləri öldürən uğursuz nəticələr dayanır adətən onların göz qamaşdırıcı qalibiyyətlərinin arxasında.
Əgər zehnin ekranlarında seyretdiyin xəyallarını reallaşdırmaq isdəyirsənsə MEB-i özündə formalaşdırmalısan. Çıxacağın yolda çətinliklər, uğursuzluqlar, problemlər olacaqsa,sənin də MEB-in olacaq. Bir çox dəfə böyük inamla belə olsa atdığın addım uğursuzluqnan nəticələnəcək və bu dəfələrlə təkrar olunacaq amma, səndə MEB olduqdan sonar bunlar səni yolundan döndərməyəcək əksinə daha da gücləndirəcək. Hər məğlubiyyətdən bir çox dərslər öyrənəcəksən. Bu öyrəniklərinlə də, gün keçdikcə daha müdrik və daha uğurlu olacaqsan.
Etdiyin cəhd alınmadıqda durub düşünəcəksən, yeni yolla raxtaracaqsan, gah yeriyəcəksən, bəzən qaçacaqsan, bəzən daha ağır əmək sərf edəcəksən, bəzən sadəcə dayanıb dua edəcəksən və bir müddət gözləyəcəksən amma, əsla vazkeçməyəcəksən. Su axan bir yerdə suyun qarşısına nəisə bir əşya at və izlə. Su ilk öncə toplanacaq bir yerdə və daha sonar isə o əşyanın ya sağından, ya solundan, ya da ondan daha çox olub büstündən axmağa davam edəcək. Uğursuzluq sənə “alınmır vazkeç” demir, bacararsan amma başqa cür və yenidən cəhd et deyir. Bruce Lee də bunu nəzərdə tutmurdumu “Su Kimi ol Dostum” deyərkən?!
Su Kimi Ol dostum, DURDURULAMAZ OL!